Hamiləlik və şəkərli diabet

Şəkərli diabetli qadınlar hamiləlik planlaşdırılması zamanı bir neçə ay qabaqdan insulinə keçməlidirlər və fol turşusu qəbul etməlidirlər. Belə ki əgər hamiləlik zamanı qlikozilləşmiş hemoqlobin 10 faizdən böyük olarsa döl anomaliyaları ola bilər.  Hamiləliyin ilk 28 günü ərzində yaxşı idarə olunmayan qan şəkəri sinir borusu deffektinə səbəb ola bilər.

Ümumiyyətlə şəkərli diabet döldə həm ölçü həm də struktur anomaliyalarına səbəb olar- sinir borusu deffekti, ürək anomaliyaları, böyrək anomaliyaları, omanın inkişaf etməməsi, az çəkili döl, makrosomiya- iri çəkili döl və s.

Əgər qadında əvvəllər ölü döl doğuşu olubsa, qan şəkəri idarə oluna bilmirsə,  həyat yoldaşı  da şəkərli diabetikdirsə, şəkərli diabetlə yanaşı digər xəstəliklər də varsa, retinopatiya ağır dərəcə varsa, nefropatiya ağır dərəcə varsa, mikroangiopatiya varsa hamiləlik məsləhət görülmür.

Şəkərli diabetli qadınlarda hamiləlik zamanı düşük, vaxtından əvvəl doğuş,  preeklampsiya, ketoasidoz, qanda şəkərin idarə oluna bilməməsi, bakterial infeksiya, kesar əməliyyatı riski ola bilər.  Doğuşdan sonra döldə bir müddət qanda şəkərin azalması, kalsiumun azalması, bilirubinin artması ola bilər.

Şəkərli diabetli qadınlar hamiləlik zamanı (16-20 həftədə) USM və genetik testlər aparılmalıdır.

Hamiləlik zamanı yaranan şəkərli diabet- hamiləlik şəkərli diabeti isə digər anlayışdır.

Hamiləlik zamanı plasentar laktogen, sərbəst kortizol artması, estrogen və progesteronun artması, insulinin sürətli parçalanması ilə əlaqədar mədəaltı vəziyə yük düşür. Ananın mədəaltı vəzində genetik zəfilik varsa bu zaman hamiləlik şəkərli diabeti yaranır.

Hamilənin hər qəbulunda sidikdə qlukoza yoxlanmasının da əsas məqsədi hamiləlik şəkərli diabetinin nəzərdən qaçırmamaqdır. Hər bir hamilədə 20 həftədə hamiləlik şəkərli diabetin olub olmadığını təyin etmək lazımdır.  Bunu təyin etmək üçün şəkər yükü sınağı aparılmalıdır.   Əgər hamiləlik zamanı hamiləlik diabeti təyin edilsə hamiləyə pəhriz və idman hərəkətləri təyin etmək lazımdır. Belə hamilələnin sutkalıq qida kalorisi çəkiyə 30 kKal olmalıdır .  Əgər bu vasitələrlə qanda şəkər tələb olunan səviyyəyə enmirsə insulin təyin edilməlidir. Qanda şəkərin təyin edilən səviyyəsi ac vaxtı 95 mq%, yeməkdən sonra isə 120 mq %i keçməməlidir. Belə hamilələr  28 həftədən sonra qeyri stress test,  biofiziki profil keçməli, hər həftə evdə qanda acqarına şəkər yoxlanılmalı və hər ay döl USMi olmalıdır.

Hamiləlik diabeti olanda döldə olacaq anomaliyalar çəki anomaliyalarıdır.  Belə qadınların yaxın 10-15 il müddətində şəkərli diabet inkişaf etmə riski var.  Hamiləlik şəkərli diabetli qadınların uşaqlarında ilk günlərdə  qanda şəkərin səviyəsinin enməsi ola bilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma