Beçəxor

 

Beçəxor trofoblast xəstəliklərindən biridir.

Beçəxorun bir neçə növü var.

Tam beçəxor

Hissəvi beçəxor

İnvaziv beçəxor

Tam beçəxor-   boş yumurtahüceyrə və spermatazoidin (iki) birləşməsi zamanı yaranır. Daha çox 46 XX genotipinə malik olur. Döl toxumaları olmur.  Beçəxorun yaranma riski aşağıdakı hallarda yüksəkdir-

Yaşı 40 dan yuxarı və 20 dən az olan qadınlarda

Şəkərli diabet olanlarda

A vitamini, Fol turşusu defisiti,  zülal defisiti olanlarda daha çoxdur.

Ana ikinci qan qrupu ata isə birinci qan qrupu olanlarda

Hissəvi beçəxor isə yumurtahüceyrə ilə iki spermatazoidin birləşməsindən yaranır. Əsasən genotip 92 XXY olur.

Hissəvi beçəxor riski atanın yaşı 35 dən yuxarı olanda artır.

Hissəvi beçəxor zamanı döl membranları olur , amma belə genotiplə yaşama qabiliyyəti olmur.

Beçəxorun əlamətləri:

Üzüm salxımına bənzər ifrazat

Erkən hamiləlik toksikozu (ağır dərəcə)

Preeklampsiya və eklampsiya (20 həftədən əvvəl)

Qarın nahiyyəsində ağrı

Uşaqlıq qanaxması

Hissəvi beçəxorda atanın yaşının 35 dən yuxarı olması da rol oynayır.

Beçəxorun proqnozu aşağıdakı hallarda pisdir:

Doğuşdan sonra təyin olunan beçəxor

 Axırıncı menstruasiya tarixindən 4 ay keçibsə

Ananın yaşının 40 dan yuxarı olması

Persistə edən beçəxor

XQ nin 40000 dən böyük olması

Metastaz – qaraciyər və beyinə varsa

Yumurtalıq  sarı cisim kistlərinin diametrinin 6 sm dan  böyük olması

Hipertireodizm əlamətləri varsa

Anamnezdə  beçəxor hadisəsi varsa

Diaqnostikası:

USM də “qar boranı” şəklinin görünməsi diaqnozu təsdiq etmək üçün kifayət edir.

Amma hansı növ beçəxor olduğu isə ancaq materialın histoloji müayinəsindən sonra təyin edilir.

Müayinə zamanı belə xəstələrdə ağciyərdə də kölgələr (infiltratlar) müəyyən oluna bilər. Amma bu müalicə zamanı aradan qalxır.

 Müalicəsi

Kuretaj edildikdən sonra qanda beta XQ (xorionik qonadotropin)  təyin edilməlidir.(1 ay kuretajdan sonra. Bəzi ədəbiyyatların  məlumatına görə 2 ay sonra yoxlanılmalıdır).

Beçəxordan sonra 2-3 ay qanda  XQ mövcud olur.  Əgər qanda beta XQ əvvəlki  göstəricidən çoxdursa və ya dəyişmirsə onda kimyəvi terapiya başlanmalıdır.

Beçəxor müalicə edildikdən 1 il sonra hamiləlik planlaşdırıla bilər.

Küretaj zamanı ən çox təsadüf olan ağırlaşmalar:

Uşaqlıq deşilməsi

Uşaqlıq daxili infeksiya

Uşaqlıq qanaxması

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma