Hamiləlik dövründə hansı vitamin və mikro- və makroelementlərin defisiti olur?

Hamiləlik dövründə vitamin E artıqlığı olur.

Vitamin A, B1, B2, B5, B6, B12, C ,H defisiti olur.

Kalsium defisiti əsasən hamiləliyin ikinci yarısından təyin olunur. Çünki ciftdən böyüməkdə olan dölə keçir.  Qanda ümumi kalsium miqdarı azalsa da, sərbəs kalsium miqdarı azalmış olur. Bunun üçün Kalsium qəbulu gərəklidir.

Magnezium defisiti hamiləlik dövründə labüddür.

Dəmir defisiti- hamiləlik zamanı dəmirin sorulması artır, çünki sərfi artır.  Adətən anada anemiya olsa belə döldə olmur. Amma bu da müəyyən dərəcə anemiyaya qədər olur

Hamiləlik dövründə anemiya diaqnozunu qoymaqda ən çox kömək edən transferrinin doyma dərəcəsidir. O birisi göstəricilər dəqiq olmaya bilər.

Sink konsetntarsiyası da hamiləlik zamanı azalır.

Mis isə əksinə, hamiləlik zamanı qanda konsentrasiyası artır.

Fol turşusu hamiləlik planlaşdırılan dövrdən qəbulu məsləhətdir. Bu gələcəkdə meqaloblastik anemiyanın əmələ gəlməsinin qarşısını alar.

Fol turşusu defisiti hamiləlik zamanı üzdə əmələ gələn ləkələrin, xoleazmanın əsas səbəbidir.

Bundan əlavə fol turşusu defisiti sinir borusu deffektinə səbəb ola bilər. Hamiləlik inkişafında digər ağırlaşmalara da səbəb ola bilər. Unutmayın ki, fol turşusu dölün orqanlarının düzgün formalaşmasında əsas rol oynayır.

B12 defisiti özünü meqaloblastik anemiya ilə göstərir, amma bu adətən pəhrizlə düzəlir.

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma