Kesar əməliyyatı

Kesar əməliyyatı sayı son illərdə çox artmışdır. Kesar əməliyyatında bu artış həm müasir müayinə üsullarında artış, həm də fetal ölüm faizini azaltmaq səyləri ilə əlaqəlidir.

Kesar əməliyyatı həm maaliyyə cəhətdən az sərfəlidir.Digər tərəfdən ölüm faizi fizioloji doğuşa nəzərən daha yüksəkdir, həm də histerektomiya əməliyyatı kesar əməliyyatından sonra 5 dəfə daha artıqdır.

Kesar əməliyyatına göstərişlər mütləq və nisbi olur.

Mütləq göstəriş varsa hamiləlik ancaq kesar əməliyyatı ilə həll oluna bilər. Nisbi göstərişlərdə isə hamiləliyi kesar əməliyyatı ilə bitirmək daha yaxşı nəticələr verər, nəinki fizioloji doğuşda.

Kesar əməliyyatının indiki texnikası aşağı seqmentdə köndələn kəsik aparmaqla dölün çıxarılmasından ibarətdir. Qanitirmə orta hesabla 800-900 ml dir.

Mütləq göstərişlər:

Tam plasenta previa

Plasentanın vaxtından əvvəl ayrılması (əgər servikal açıqlıq dölü təcili xaric etməyə imkan vermirsə)

Göbək ciyəsinin öndə gəlməsi

Arxa üz gəlişləri

Fetal hipokisiya (ağır)

Aktiv herpes və papilloma virusu

QİÇS

Ginekolji şişlər

Dölün texniki cəhətdən xaric olunması mümkün deyilsə (məs,bitişik ekiz)

Dar çanaq (üçüncü və dördüncü dərəcə).

Nisbi göstərişlər:

Uşaqlıq boynunda tikiş

əgər uzun müddət sonsuzluq, müalicə ilə hamiləlik və ya ilk hamiləlikdirsə  uzunmüddətli müalicədən sonra , anamnezdə uşaq ölümü varsa

sağrı gəlişi,ilk hamiləlik

sağrı gəlişi və  döl çəkisinin 2500 dən  az olması

sağrı gəlişi və döl çəkisinin 3500 dən çox olması

sağrı gəlişi və başın açılış formada olması

az çəkili döl

serklyaj (əgər təkrari hamiləlik planlaşdırılırsa).

köndələn vəziyyət

miopiya (yüksək dərəcə), qlaukoma

uşaqlıqda tikiş (məsələn,keçirilmiş kesar əməliyyatı)

kesar əməliyyatından əvvəl antibiotikoterapiya başlansa əməliyyatdan sonrakı ağırlaşmalar az olar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma