Hamiləlik dövründə dölün inkişaf geriliyi.

Dölün inkişaf geriliyi dedikdə dölün çəkisinin hamiləlik müddətinə uyğun olmaması, çəkinin az olmasıdır.

Dölün çəki azlığı həmişə xəstəliklə əlaqəli deyil. Konstitusional mənşəli də ola bilər. Dölün çəkisinin konstitusional mənşəli olmasını təyin edən zaman ananın və atanın çəkisi, nəsildə olan uşaqların çəkisi, dölün cinsi, ananın hamiləlik dövründə dərialtı piy təbəqəsi qanlınlğı təsir edir.

Dölün çəkisinin normadan az olması simmetrik və ya asimmetrik ola bilər. Asimmetrk olduqda həyati vacib orqanlarım çəkisi adətən normaya yaxın olur. Simmetrik olduqda isə bütün orqanlar normadan az çəkili olur. Belə uşaqlar doğulduqdan sonra hüceyrə immuniteti zəifliyi olur. Bundan əlavə belə hamiləlikdə azsululuq müşahidə olunur.

Dölün bətndaxili inkişaf geriliyi səbəbləri-

  1. Genetik xəstəliklərin yarısında dölün inkişaf geriliyi olur.

Daun xəstəliyi ən birinci namizəddir.

  1. Bətndaxili infeksiya- qrip, sitomeqalovirus,toxoplazma, listeria, rubella,herpes, suçiçəyi, malyariya
  2. Ciftin ayrılması,cift infarktı, ciftdə iltihfbi prosseslər.
  3. Uşaqlıq anomaliyaları
  4. Ekiz döl
  5. Ilk doğuş
  6. Anada hipertoniya
  7. Anada zərərli vərdişlər- alkoqolizm, siqaret çəkmə, narkomaniya
  8. Fol turşusu defisiti, varfarin qəbulu
  9. Kollagenozlar , xüsusilə damar zədələnirsə
  10. Birinci tip şəkərli diabet
  11. Ananın kiçik ölçülü olması
  12. Ananın zəif qidalanması
  13. Anemiya
  14. Anada yanaşı xroniki xəstəliklər ,xüsusuilə mədə-bağırsaq xəstəlikləri,pankreatit
  15. Dölün cinsi (qız uşaqları adətən oğlan cisninə nəzərən az çəkili olurlar)

Diaqnostikası:

Ultrasəs müayinəsi ilə təyin edilir.

Müalicəsi

Səbəbi müəyyən olunmalıdır. əsasən döıdə genetik anomaliya olmamasının təsdiq etnək lazımdır.bunu üçün kardiosentezdən istifadə olunur. Alınan nümunədə genetik anomaliya olub olmadığı təyin edilir.

Pəhrizdə zülal qəbulu və kaorili qida qəbulu artırılmalıdır.

Yanaşı gedən xəstəliklər müalicə olunmalıdır. Malyariya təyin edilərsə malyariya əleyhinə müalicə aparılmalıdır.

Müalicə zamanı hər həftə dölün çəki artımı qeyd olunmalıdır.

əgər dopler müayinəsi ilə cift qan dövranının zəiflədiyi təyin edilirsə az dozada aspirin təyin etmək olar.

Belə hamiləliyi adətən kesar əməliyyatı ilə bitirmək  məsləhət görülür. Çünki doğuş zamanı dölün travma alma riski yüksəkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma