Follikul stimuləedici hormonun normadan yüksək olması nə deməkdir?

 

Follikul stimuləedici hormonun (FSH)  yüksək olması səbəblərinə keçməmişdən əvvəl normal menstrual sikldə bu hormonun nə kimi rolu olduğunu aydınlaşdırmaq lazımdır.

FSH hipotalamusun nəzarəti altında hipofizin bazofil hüceyrələri  tərəfindən sintez olunan qlikoproteindir. FSH 6 və 11 ci xromosomlar tərəfindən kodlaşdırılır.    FSH   qadınlarda yumurtalıqda granuloza hüceyrələrin proliferasiyasını və estrogen sintezini təmin edir.  FSH yumurtalıqda follikul yetişməsini təmin edən hormondur. Yumurtalıqda follikul yetişdikcə daha yüksək miqdarda estrogen sintez edir, çünki qranulyoza hüceyrələrin sayı artır. (28 günlük sikl sona çatmağa yaxın artıq FSH səviyyəsində da müəyyən artım qeyd olunur). FSH ın təsiri nəticəsində follikul yetişir. Menstrual siklin 3 cü günündə follikulun diametri 3-5 mm olur. Follikul diametri 10 mm olduqdan sonra o estrogen sekresiya etməyə başlayır.   Estrogenin səviyyəsinin qanda  artması FSH ın miqdarının  tədricən azalmasına səbəb olur.  Bu asılılıq həm də hər menstrual sikldə yalnız bir follikulun yetişməsini təmin edir (istisnalar ola bilər). Bu normal menstrual sikldə FSH ın səviyyəsində olan dəyişiklikərin səbəbidir.

Qanda FSH ın artması hansı xəstəliklərdən xəbər verir?

 

  1. Qonodal disgeneziya ,Turner sindromu
  2. Yumurtalıqların polikistozu ( bu zaman FSH səviyyəsində artma ola bilər).
  3. Yumurtalıqda yumurtahüceyrə defisiti
  4. Perimenopauza (menopauzada daha da artır).
  5. Yumurtalıqların əməliyyatla götürülməsi.
  6. Svayer sindromu
  7. Kongenital adrenal hiperplaziya

 

 

Bu xəstəliklərdə FSH ın artmasının yeganə mexanizmi yumurtalıqların normal olmayan fəaliyyətinə (yumurtalıqda follikul yetişməməsi və ya bunun üçün yumurtahüceyrənin olmaması) bağlıdır.

Diaqnostikası:

Turner sindromu- X xromosomun birinin olmaması ilə xarakterizədir. Spesifik xarici görünüşləri olur- qısa boy, geniş döş qəfəsi, pərdəli boyun, tük sərhəddinin boyunda aşağıda olması, şişkinlik, qulaqların normadan aşağıda yerləşməsi. Bundan əlavə sikl pozğunluqları kimi əlamətlər də olur. Ağız boşluğundan götürülən yaxmada Barret cisimciyinin tapılmaması diaqnozu təsdiq edir.

Yumurtalıqların polikistozu- qanda LH/FSH nisbətinin 2 dən böyük olması və USM də polisistik yumurtalıqların qeydə alınması diaqnozu təsdiq edir.

Perimenopauza- menopauzaya girişdir. Özünü sikl pozğunluqları, qanaxma ilə, aybaşı qanaxmasının bir sikldə bir neçə dəfə olması ilə və digər nevroloji, kardioliji, urogenital, istilik tənzimi mərkəzi pozulmaları ilə xarakterizə edir.

Yumurtalıqların əməliyyatla götürülməsi (kastrasiya)-  hər hansı bir səbəbdən yumurtalıqlar götürülübsə bu FSH ın miqdarının artmasına səbəb olur.

Yumurtalıqlarda yumurtahüceyrə defisiti- bu həm genetik səbəbdən, həm də yatrogen ( yəni müalicə ilə əlaqədar ) ola bilər.   Məsələn, polisistik yumurtalılarda aparılan yumurtalıqların elektrokoaqulyasiyası zamanı ola bilər.

Svayer sindromu-  xarici görünüşdən qadın cinsinə oxşasa da  XY xromosom daşıyıcısıdır və  yumurtalıqlar nazik zolaq şəklində olur və nonfunskional olur. Əgər əvəzedici hormon terapiyası aparılmasa normal cinsi yetişkənlik dövrü də baş verməz.

Kongenital adrenal hiperplaziya-  böytəküstü vəzin kortizol sintezində iştirak edən 5 fermentdən birinin genetik kodlaşmasına olan pozğunluqla əlaqədar yaranır. Bu zaman böyrəküstü vəzinin funksiyasını idarə edən adrenokortikotrop hormon artır və böyrəküstü vəzinin androgen sintezini artırır. Qızlarda tüklənmə, sikl pozulması, klitor böyüməsi kimi hallar olur.

 

Yuxarıda qeyd olunan xəstəliklərin əksəriyyətində əvəzedici estrogen terapiyası təyin olunur. Kongenital adrenal hiperplaziyada kortizolun verilməsi hormonal disbalansın aradan qalxmasına səbəb olur.

Yumurtalıqların polikistozu xəstəliyində isə müalicə daha çoxşaxəlidir. Müxtəlif yaş dövrlərində məqsəddən asılı olaraq fərqlidir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma