Endometrioz

Endometrioz – uşaqlıq daxilində və kənarda  uşaqlığın daxili selikli qişasının quruluşuna uyğun düyünlərin yaranması ilə baş verən ginekoloji xəstəlikdir.

Endometriozdan ən çox uşaq dünyaya gətirə bilən yaşda olan qadınlar əziyyət çəkirlər.Çox zaman diaqnoz sonsuzluğun səbəblərini aydınlaşdırmaq üçün aparılan müayinələr zamanı qoyulur.

Çox hallarda sonsuzluğun səbəbi qadın cinsiyyət orqanlarındakı iltihabi proseslərlə və ya mioma ilə birgə bu xəstəlik olur.

Xəstəliyin aşağıdakı formaları var:

  1. piqmentasiyanın güçü      (ağ,qırmızı-göy,qəhvəyi-qara),fibroza görə peritoneal forma müxtəlif ola      bilər
  2. kistoz ovarial forma      yumurtalığın endometrioz kistalarının yaranması ilə xarakterizə olunur.Bu      diaqnozda bitişmələrin sayı və xarakteri        mühüm əhəmiyyətə malikdir.
  3. rektovaqinal forma dərin      (uşaqlıqda) və səthi (yumurtalıqlarda,uşaqlıq borularında,uşaqlıq və      bağırsaq-uşaqlıq bağlarında) olur.

Endometriozun patogenezi

Xəstəliyin yaranma səbəblərini izah edən bir neçə fərziyyə var.

Embrional yaranma fərziyyəsi düyünlərin paramezonefral axarların qalıqlarından formalaşdığına əsaslanır.

İmplantasion fərziyyə xəstəliyin yaranmasını endometriyanın həyat qabiliyyətli hissəciklərinin cinsiyyət sisteminin müxtəlif toxumalarına düşərək endometrioid heterotopiya əmələ gətirdiyilə izah edir.

Metaplastik fərziyyə epitelial komponentin mənbəyinin metaplaziyaya uğramış peritonun mezoteli olduğunu göstərir.

Endometriozun inkişafının risk faktorları:

-uşaqlıq borularının quruluşunun xüsusiyyətləri -immun sistemdə pozulmalar -estroqenin yüksək səviyyəsi -irsi meyllilik -menstrual tsikldə günlərin sayının azalması -maddələr mübadiləsinin pozulması -uşaqlığın cərrahi müdaxilələri (abort,Kessariyə kəsiyi və s.) -30-45 yaş

Endometriozun simptomları:

-ağrı sindromu -cinsi əlaqə zamanı ağrı -menstrual funksiyanın pozulması -menstruasiyalar arası qanlı ifrazat -sonsuzluq

Xəstəliyin əsas simptomu menatruasiyadan əvvəl  güclənən və menstruasiyadan sonra zəifləyən güclü ağrıdır.Defekasiya zamanı (düz bağırsaq zədələndikdə) və sidiyə gedərkən (sidik kisəsi zədələndikdə) ağrı ola bilər.

Bəzi pasiyentlər cinsi əlaqə zamanı ağrı və diskomfortdan şikayətlənirlər.Bu, sağrı-uşaqlıq bağları,rektovaqinal arakəsmələr,düz bağırsaq-uşaqlıq sahəsi və uşaqlıq yolu zədələnmələri olan qadınlarda rast gəlinir.

Menstrual funksiyanın pozulması menstruasiyanın ağrılı,çox qan itirmə və  uzun müddətli olmaqla dövriliyin pozulması ilə özünü biruzə verir.Menstruasiyadan əvvəl və bilavasitə sonra menstruasiyalar arası ifrazatın olması mümkündür.

Endometriozu olan qadınların təxminən yarısı sonsuzluqdan əziyyət çəkir.Sonsuzluğu yaradır:

– ovulyasiya prosesinin pozulması – keyfiyyətsiz endometriya – kiçik çanaqda bitişmələrin yaranması – prostoqlandinlərin izafilliyi (yüksək olması) – ümumi və yerli immunitetin dəyişməsi

Bu xəstəliyə uzun müddətli və proqressiv gediş xarakterdir.Xəstə nə qədər həkimə tez müraciət etsə, reproduktiv funksiyanın bərpa olunma şansı bir o qədər çoxdur.

Endometriozun diaqnostikası

Bu xəstəliyə diaqnoz qoyaraq  müalicəni yalnız həkim  təyin edə bilər,özünü müalicə yolverilməzdir.Endometriozun  digər ginekoloji xəstəliklərlə oxşar simptomlarına görə bəzi qadınlar dərmanlar qəbul edirlər ki, bu isə həm  kömək etmir,həm sağlamlığa zərər vurur,eləcə də,xəstəliyin proqressivləşməsinə təkan verir.Yalnız mütəxəssis baxışı və müvafiq müayinələrdən sonra endometroz diaqnozunu qoya bilər.

Diaqnostika qayda üzrə anamnez toplamaqdan başlayır ki, anamnez və şikayətlər əsasında həkim sonrakı müayinələri təyin edir.

Endometriozun diaqnostikasına daxildir:

-ginekoloji baxış -transvaqinal datçikdən istifadə etməklə USM diaqnostika -histeroskopiya (diaqnostik qaşınma ilə) -rentqenoloji müayinələr (histerosalpinqoqrafiya) -kolposkopiya -laparoskopiya -qanın hormonal fona müayinəsi -endometrioz hüceyrələrə xarakter markerlərin aşkar olunması

Bu müayinələr endometriozun yayılma,xəstəliyin ağırlıq dərəcəsini müəyyənləşdirməyə imkan verir.

Endometriozun müalicəsi

Endometriozun müalicəsində dərman, cərrahi üsullar, eləcə də bu üsulların

kombinasiyasından istifadə olunur.Erkən diaqnostika yalnız dərmanlarla müalicə olunmaqla cərrahi müdaxilədən qaçmağa imkan verir.

Endometriozun dərman müalicəsinə pasientin uzun müddət qəbul etdiyi hormonal preparatların təyini daxildir. Bunlar yumurtalıqların işini normallaşdırmaqla yeni ocaqların yaranmasının qarşısını alır.

Lakin bu üsul, xəstəliyin kistalar hələ yaranmamış ilkin mərhələsində effektlidir.Qeyd etmək lazımdır ki,retroservikal endometriozda hormonal terapiya effektsizdir.Bundan əlavə, onun tətbiqinə bir sıra əksgöstərişlər mövcuddur:

-allerqiya -şəkərli diabet -qan və ürək-damar sistemi xəstəlikləri -mədə-bağırsaq sistemi xəstəlikləri

Yumurtalığın endometrioid kistasını kəsib çıxarmaq və ya konservativ müalicə nəticə vermədikdə onun cərrahi yolla müalicəsi aparılır.Hazırda elektrokoaqulyasiya və ya lazerin köməyilə kiçik kəsikdən cərrahi əməliyyatı aparmağa imkan verən laparoskopiyaya əsaslanan üsul geniş tətbiq olunur.Belə müdaxilədən sonra menstrual tsiklin normallaşdırılması üçün  dərman müalicəsi və fizioterapiya kursu  keçmək vacibdir.

Xəstəliyin ağır formasında, əgər qadın daha uşaq dünyaya gətirməyi planlaşdırmırsa uşaqlıq tam kəsilib çıxarılır.

2 thoughts on “Endometrioz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma