Erkən hamiləlik toksikozu

Erkən hamiləlik toksikozu hamiləliyin birinci yarısında təsadüf olunur. Bunlara emesis gravidarum (hamiləlik qusması) və ptialism (ağıs suyu axması) aiddir.

Hamiləlik qusması- hamiləlik qusmasının çox müxtəlif səbəbləri var. Parasimpatik sinir sisteminin yüksək tonusu, embrion intoksikasiyası, böyüyən uşaqlıq və s.

Hamiləlik qusması 3 dərəcəyə bölünür.

Birinci dərəcə (yüngül dərəcə)- hamilə səhər durduqda və qida qəbul etdikdə qusur. Bu zaman hamilənin orqanizmində ciddi dəyişikliklər yaranmaz. Sadəcə iştaha pozulması və taxikardiya təsadüf olunar.

BU zaman müalicəyə ehtiyac yoxdur, bu hal öz-özünə keçər. Lakin bu ikinci dərəcə qusmaya da keçə bilər. (10% hallarda). Belə qusmanın aradan qaldırılması üçün limon və s iyli aromaterapiya, limonlu qazlı su qəbulu, qida qəbulundan sonra bir müddət horizontal vəziyyətdə olmaq, dəniz xəstəliyi üçün satılan xüsusi bilərziklərdən istifadə kifayətdir.

İkinci dərəcə hamiləlik qusması (orta ağır dərəcə) -qusma artıq təkcə qida qəbulu ilə bağlı olmur. gün ərzində qusmaların sayı 10- 20 arasında olur. Bu zaman subfebriltemperatur, eritremiya, hipoxloremiya, sidik ifrazında dəyişiklik, iştaha pozulması da təsadüf olar. Bu halda müalicə labüddür.

Üçüncü dərəcə (ağır dərəcə) hamiləlik qusması – qusmaların sayı 20 və daha artıq olur gün ərzində. Bu isə artıq asidoza səbəb olur, qanda zülal səviyyəsinin azalmasına, elektrolit defisitinə səbəb olar.  Bu zaman hamilə stasionarda müalicə almalıdır.

Hamiləlik qusmasının müalicə prinsipləri;

1. mərkəzi sinir sistemini sakitləşdirmək

Bunun üçün brom preapratları təyini və ya elektroforezi, iynəbatırma, bitki tərkibli sakitləşdiricilər təyin edilməlidir. əgər efek vermirsə aminzain, serukal təyin edilə bilər.

2. aclıq və susuzlaşma ilə mübarizə

əgər qida qəbulu zamanı qusma refleksi oyanırsa onda parenteral yolla hamiləni qidalandırmaq lazımdır.

bundan əlavə polivitamin təyini də qusmanın sayının azalmasına səbəb olar. Xüsusilə piridoksin təyini bu halların azalmasına səbəb olar.

3-  paralel gedən xəstəliklərin müalicəsi

4- mübadilənin bərpası

əgər asidoz varsa onun müalicəsi (natrium bikarbonat təyini)

elektrolit mübadiləsinin bərpası

Hamiləlik qusması zamanı sarılıq, qanda zülalın ciddi şəkildə enməsi, sidikdə zülal təyini, müalicəyə baxmayaraq vəziyyətin yaxşılaşmaması hamiləliyin pozulmasına göstərişdir.

Ptializm ( ağıs suyu ifrazı)

gün ərzində orqanizm 1 litr maye itirə bilər bu halda. Ptializm həm iştaha , həm də yuxu pozulmasına səbəb olar. Ağız ətrafında maserasiyaya səbəb olar, suzuzlaşmaya da gətirib çıxarar.

Ptializm zamanı ( əgər yüngül haldırsa) konfet sormaq çox yaxşı kömək edir. Qalan hallarda  pipolfen belə hallarda çox yaxşı kömək edir. Ağız boşluğunun çobanyastığı dəmləməsi, palıd qabığı dəmləməsi ilə yxalanması, ağız ətrafına vazelin mazı çəkilməsi ( masresiyanın qarşısını almaq üçün ), çoxlu maye qəbulu ( əgər sizdə şişkinlik və ya böyrək problemləri və ya yüksək təzyiq yoxdursa)  polivitaimin qəbulu da vacibdir.

bundan əlavə sakitləşdirici preparatların qəbulu, lazım olsa psixoterapiya, fizioterapiya aparılmalıdır.

Erkən hamiləlik toksikozunun əlamətləri müalicə olunsa da, uzun müddət nəzarət, vitaminoterapiya aparılamlıdır ki, prosses yenidən başlamasın. Çünki bu hallar təkrarlanmaya meyllidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma