Ağrılı menstrual qanaxma (alqomenorreya)

Ağrılı menstrual qanaxma və ya alqomenorreya  menstrual qanaxma zamanı qarnın aşağı nahiyyəsində yaranan və bud nahiyyəsinə, oma nahiyyəsinə yayılan tutmaşəkilli ağrılarla xarakterizə olunur, bəzən isə küt ağrılarla xarakterizə olur. Ağrıdan əlavə bu patalogiya həm də vegetativ əlamətlər adlanan ürəkbulanma, qusma, ishal, tərləmə, baş ağrıları ilə də müşaiyət olunur.

Alqomenorreya ən geniş yayılmış ginekoloji patalogiyalardan biridir.  Səbəbi hələ də dəqiq məlum deyil. Amma belə bir indi daha çox prostaqlandinin alqomenorreyanın yaranması ilə əlaqələndirilir.

Alqomenorreyanın yaranma mexanizmi: menstrual qanaxma zamanı  uşaqlıq əzələsi normadan artıq yığılır və bu uşaqlığı qidalandıran damarların sıxılmasına və uşaqlığın qansızlaşmasına səbəb olur, bu isə ağrıya səbəb olur. Yəni miokardın işemyası kimi bir hal burada da yaranır.

Müşahidələr göstərir ki, normal menstrual qanaxma zamanı uşaqlıq daxili təzyiq 6 mm c s olur.  Alqomenorreya zamanı isə bu göstərici iki dəfə artır.

Birincili alqomenoreya  adətən gənc qızlarda yaranır. İkincili alqomenorreya isə ömrün 3cü və 4 cü onilliyində təsadüf olunur.

Birinci alqomenorreya:

Bu menarxedən bir il sonra yaranır  və vegetativ əlamətlər daha qabarıq olur. Birincili alqomenorreya adətən astenik bədən quruluşuna sahib olan, həssas, ağrı qapısı daha aşağı olan qadınlarda təsadüf olunur.

Diaqnostikası:

Xəstəlik tarixinə, konstitusional quruluşa nəzərən və kiçik çanaq orqanlarının USM i zamanı heç bir orqanik dəyişiklik tapılmamasına əsasən qoyulur.

İkincili alqomenorreya:

Endometrioz

Submukoz mioma

Kiçik çanaq venalarının genəlməsi

Uşaqlıq anomaliyaları

Diaqnostikası:

Alqomenorreyanın ikincili olmasına abort, travmatik doğuş, ginekoloji orqanlarda cərrahi əməliyyat aparılması şübhə yaradır.

Kiçik çanaq orqanlarının USM i yuxarıda qeyd olunan dəyişikliklərdən birini və ya bir neçəsini təyin edir.

Müalicəsi:

Birincili alqomenorreya zamanı ilk əvvəl qeyri-steroid iltihab əleyhinə preparatlar təyin edilməlidir.

Bu menstrual qanaxmaya iki- üç gün qalmış təyin edilməlidir. Bunadan əlavə menstrual qanaxmaya 10 gün qalmış sedativ preparatlardan biri, hətta kiçik trankivilizatorlardan biri təyin edilə bilər.

Progesteron preparatlarından biri   də təyin edilə bilər:

Norcolut, MPA və s. Əvvəlcə siklin 16-25 ci günləri təyin edilər, əgər effekt olmasa 5-25 ci günlər təyin edilər.

Əgər qadının hamilə qalmaq istəyi yoxdursa onda belə vəziyyət üçün per oral kontraseptivlər ən yaxı seçimdir.

Uşaqlıq daxili progesteron tərkibli spiral da məsləhətdir, məs: mirena

Bundan əlavə hipoqastral nahiyyəyə novokain elektroforezi (10 gün)

4 sikl iynəbatırma (birinci sikldə hər iki fazada, növbəti sikllərdə ikinci fazada)

Menstrual qanaxmaya bir neçə gün qalmış sedativ maddələrin təyin edilməsi məsləhətdir.

Qarnın aşağı nahiyyəsinə isti qoyma prosedurası menstrual qanaxmaya bir neçə gün qalmış tətbiq edilə bilər.

İkincili aqlomenorreya isə qeyd olunduğu kimi orqanik problemlərlə əlaqəli yaranır və həmin patalogiyaların həlli alqomenorreyanın həll olunmasına gətirib çıxarar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma