Premenstrual sindrom

Premenstrual sindrom, menstruasiya önü sindrom və ya siklik sindrom, menstruasiya önü gərginlik kimi tanınr. Bu menstruasiyaya 2-10-15 gün qalmış baş qaldıran mürəkkəb simptomların kompleksindən ibarətdir.

Menstruasiya önü sindromun rastgəlmə tezliyi gənc yaşlarda 20%, orta yaşda isə 40-50% olur.

Menstruasiya önü sindromun səbəbləri aydın deyil. Bunun yaranma səbəbi kimi hormonal sferada olan pozulmalar hesab olunur ki, bu da sinir sisteminin müvafiq bölgələrinı təsir edərək xəstəliyin yaranmasına səbəb olur.

Menstruasiya önü sindromun yaranmasına səbəb olan risk faktrorları kimi, stress, infeksion prosses, abort, doğuş  qeyd olunur.

Menstruasiya önü sindromun bir neçə forması var:

psixoemosional

kriz

sefalalqik

ödemli

psixoemosiomal forrma zamanı qıcıqlanma, depressiya, aqressiya, zəiflik, ağlağanlıq kimi əlamətlər müşahidə olur.

Bundan əlavə qoxu hissinin pozulması, meteorizm, süd vəzlərində şişkinlik, meteorizm, əlin keyməsi kimi əlamətlər də qoşula bilər.

sefalalqik forma baş ağrıları ilə xarakterizə olunur.

kriz forması zamanı döş qəfəsind sıxılma, arterial təzyiqin qalxması, həyəcan, siyuq tər, ürəkdöyünmə kimi əlamətlər tutmaşəkilli yaranır.

ödemli forma- xüsusilə üzdə və aşağı ətraflarda şişkinlik ilə xrakterizə olunur, süd vəzilərində də şişkinlik və diskomfort hissi ola bilər.

amma adətən bu formalar ayrılıqda deyil birlikdə təsadüf olunurlar.

Menstruasiya önü sindromun iki dərəcəsi ayırd edilir.

Yüngül dərəcə- 3-4 simptom təsadüf olunur və onlardan da yalnız ikisi qabarıq şəkildə özünü biruzə verir.

Ağır dərəcə- 10-15 əlamət birlikdə təsadüf olunur ki bunlardan da 5 i daha qabarıq biruzə verir.

Menstruasiya önü sindromun kompensasiya, subkompensasiya, dekompensasiya olmuş formaları var. Kompensasiya olmuş forma illər boyunca davam edir, lakin progressiya təsadüf olunmur.Menstruasiya başlayan kimi əlamətlər yoxa çıxır. Subkompensasiya formasında isə əlamətlər vaxt keçdikcə ağırlaşır və menstruasiya bitənə qədər mövcud olur.

Dekompensasiya forması vaxt keçdikcə ağırlaşır və əlamətlər menstruasiya bitəndən sonra bir müddət davam edir. işıqlı dövr lap qısa olur.

Diaqnostikası:

əsasən əlamətlərin siklik xarakter daşıması diqanozu təsdiq edir. Lakin xroniki xəstliklər də menstrual qanxmanın başlanması ilə kəskinləşə bildiyinə görə ex juvantibus müalicə aparıb diaqnozu dəqiqləşdirnək lazımdır.

hormonal profilin yoxlanması isə mütləqdir.Xüsusilə estradiol, prolaktin, aldosteron progesteron yoxlanılmalıdır.

Müalicəsi:

qanda hansı hormonun normativ daxilində olmamasından asılı olaraq aparılır.

estrogen normativdən yüksək olduqda_ progesteron preparatları təyin edilir, siklin 16 cı günündən 25 ci gününə qədər təyin edilir. Əgər effekt olmazsa siklin 5 ci genendən 25 ci genenə qədər təyin etmək lazımdır.

və ya per oral monofazal kontraseptivlərdən biri təyin edilə bilər.

prolaktinin normativdən yüksək olduğu təyin edilərsə, parlodel və ya bu qrupdan olan digər preparatlar menstrual siklin ikinci fazasında təyin edilə bilər.

aldosteronun yüksək olduğu hallarda isə, menstruasiyaya 4-5 gün qalmış veroşpiron təyin edilməlidir.

psixoemosional formada isə menstruasiyaya 10 gün qalmış seduksen və ya digər sedativ preparatlar təyin edilməlidir və bərabər olaraq byun nahiyyəsinə massaj və ya ümumi massaj təyin edilməlidir.

və ya bir neçə sil nootropil, aminalon təyin edilə bilər.

sefalalqik formada isə menstruasiyaya bir neçə gen qalmış tavegil, diazolin və yta therolen təyin edilə bilər.

 

menstruasiya önü sindromun həllində massaj, boyun nahiyyəsinin massajının çox böyük rolu var.

kriz formasında 10 günlük elektroanalgeziya effektivdir.

əlamətlər bir neçə sikl müalicədən sonra aradan götürüldükdən sonra profilaktik tədəbir kimi vitaminlər, ümumi möhkələndirici vasitələr təyin edilməlidir.

 

Menstruasiya önü sindromun atipik formalarına- siklik bronxial astma,siklik allergik reaksiyalar, dizovarial miokardiodistrofiya, iridosiklit, fasiləsiz qusma, hipersomnik forma, miqrenin hipertemik oftalmopleqik forması, xoralı qinqivit və stomatit aiddir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma