Mastopatiya

Mastopatiya sud vəzinin xəstəliyi kimi tərcümə olunur və süd vəzisində baş qaldıran bir qrup xəstəlikləri əhatə edir.

Mastopatiyanın  inkişaf səbəbi aydın deyil. Bəzi nəzəriyyələrə görə bu nisbi və ya mütləq estrogen artıqlığı ikə əlaqədardır. Lakin bu tam sübut oluna bilmir, çünki xəstəliyin əlamətləri estrogenin qadın orqanizmində ən az olan dövründə, yəni menstruasiya qabağı daha da kəskinləşir. Digər nəzəriyyələrə nəzər salsaq yenə də hormonal səbəblər  haqda danışılır: prolaktin, prostoqlandin və s.

Mastopatiyanın praktikada istifadə olunan təsnifatı,

Adenozun üstünlüyü ilə fibroz-kistoz mastopatiya

Fibroz üstünlüyü ilə fibroz -kistoz mastopatiya

Kistoz üstünlüyü ilə fibroz- kistoz mastopatiya

Qarışıq diffuz mastopatiya

Düyünlü mastopatiya

Əlamətləri:

Süd vəzinə ağrı (bu kürəyə və qola yayıla bilər).

Bəzən gilədən ifrazat

Adenozlu fibroz-kistoz mastopatiya – bu cinsi inkişafın sonunda və hamiləlik dövründə ilk aylarda da təsadüf oluna bilər. Bu növ adətən gənc yaşlarda təsadüf olunur.

Fibroz üstünlüyü ilə fibroz kistoz mastopatiya

Daha çox reproduktiv dövrün ortalarında, sonlarında təsadüf olunur.

Kistoz üstünlüyü ilə fibroz kistoz mastopatiya

Bu formada müayinə daha ciddi aparılmalıdır, yəni kistoz boşluqda törəmə və ya möhtəviyyat varsa xarakteri  təyin edilməlidir.

Müayinə metodları:

Rentgenoskopiya və rentgenoqrafiya

USM

Ehtiyac varsa sitoloji müayinə

Ehtiyac varsa biopsiya

Müalicə metodları:

Progesteron preparatları

Norcolut, medroksiprogetseron

Per oral kontraseptivlər

Androgen preparatları

Metiltetsesteron

Antiestrogen preparatlar

Tamoxifen

Dofamin agonistləri

parlodel

Jod preparatları

Kalium jod

Vitaminlər,

Vitamin E, vitamin A, B qrupu vitaminləri.

Mastopatiya zamanı sedativ maddələrdən də istifadə etmək məsləhətdir, məsələn: bromkamfora və s.

Mastopatiyada akupunktura kimi alternativ müalicə üsulu da çox effektivdir.

Düyünlü mastopatiyada hələ ki yeganə müalicə üsulu düyünün cərrahi əməliyyatla xaric edilməsidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma