Klimakterik sindrom

Klimakterik sindrom bir xəstəlikdir. Belə ki klimaks bir fizioloji prossesdir və klimakterik sindrom kimi əlamətlərə malik deyil. Fizioloji olaraq klimaks zamanı qonadotrop hormonların qanda səviyyəsi artır estrogenin səviyyəsi isə azalır. LH (lüteinləşdirici hormon) qanda miqdarının FSH (follikulstimullaşdırıcı hormon ) qanda miqdarına olan nisbəti klimaks zamanı 0.7 olar. Bu nisbətin 0.7 dən daha aşağı olması klimakterik sindromdan xəbər verir. Nisbətin 0.7 dən artıq olması da, məsələn; 1-2 yenə də klimakterik sindromdan xəbər verir.

Klimakterik sindromun  inkişaf əlamətlərinə görə bir neçə təsnifatı var, məs: vazomator, psixoemosional, urogenital, predmenstrual sinroma bənzər, metabolik pozulmalar, hiperprolaktinemik.

Klimakterik sindromun müalicəsi nə qədər tez başlasa o qədər tez də aradan qalxar.

Klimakterik sindromun dərəcələri:

3 dərəcəsi var- birinci dərəcəsi: 10 istigəlməyə qədər olursa və əmək fəaliyyəti pozulmayıbsa.

ikinci dərəcə, 10- 20  istigəlmə və əmək fəaliyyəti hissəvi pozulubsa,

üçüncü dərəcə-  20 istigəlmədən çox  və əmək fəaliyyətinin tamamilə itirilməsi.

klimakterik sindromun əlamətləri həddindən çox müxtəlif olur. O hətta bronxial astmanı belə simulyasiya edə bilər və əlbəttə bronxial astmanın izoləolunmuş müalicəsi heç bir effek vermir.

yüngül dərəcə klimakterik sindromun müalicəsində valeriana, passiflora kimi preparatların təyini kifayətdir.  əlavə olaraq Calsium preaparatlarından biri, vitamin C, B qrupu vitaminləri və Vitamin A təyini də pis olmazdı.

İkinci və üçüncü dərəcə klimakterik sindrom:

estrogen tərkibli preparatların təyini:

proginova.

progesteron preparatlarının təyini,

norcolut siklin 16-25 ci günlər arası, və ya sikl yoxdursa onda 21 gün qəbul oluna bilər.

kombinə olunmuş preparatlardan ,yəni per oral kontraseptivlərdən də istifadə oluna bilər.

projestijel süd vəzilərinə çəkmək də olar.

klimara, dionegest, klimodien, kimi plastır, gel və tabletlər də var ki bunlar da yaxşı təsir edir.

əgər simptomlar siklik olaraq baş verirsə, onda bu baş verməmişdən bir iki gün qabaq pogesteron prepartalarından biri təyin edilə bilər və bu əlamətlər itəndən sonra 10 gün də təyin edilməlidir.

qeyd emək lazımdır ki, əgər klimakterik sindrom hiperestrogenemiya founda baş vermişsə onda estrogen preparatlarının təyini vəziyyətə kömək etməz.

hiperprolaktinemik formada isə prolaktinin səviyyəsini endirmək kifayətdir ki, vəziyyət yaxşılaşsın.

klimakterik sindrom zamanı inkişaf edən stenokardiya zamanı nitroqliserin tipli preparatlardan yox, beta blokatorlardan istifadə etmək lazımdır.

klimakterik sindrom zamanı fizioterapevtik vasitələr, balneoterapiya, ayaq vannaları, massaj əvəzsiz vasitələrdir.

urogenital problemlər olanda, əgər klimakterik sindrom ilə bağlıdırsa onda ovestin yarım tabletka daxilə və yarım tabletka intravaginal qoyula bilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma