Trixomoniaz

Trixomona vaginalis cinsi yolla yoluxan infeksiyadır. Onun dalğalanan membranı və qamçıları vardır . Bu ona hərəkət etmək imakanı verir. T.vaginalis hərəkət edərək qarın boşluğuna qədər gedə bilər.

Trixomona vaginalis məişət-kontakt yolu ilə də yoluxa bilər, məsələn: ana ilə qız eyni süngərdən istifadə etdikdə. Doğuş zamanı da yenidoğulmuşa yoluxa bilər.

Trixomoniaza yoluxan insanda göynəmə, qaşınma, bozumtul ifrazat- köpüklü olmağı ilə fərqlənir.

Trixominiaz kəskin, yarımkəskin, xroniki , torpid və daşıyıcılıq şəklində ola bilər.

Kəskin trixomoniaz zamanı yuxarıda qeyd olunan əlamətlər üzə çıxar, yarımkəskin və xroniki formada əlamtlər ya olmur, ya da çox zəif mövcud olur. Torpid formada isə klinik əlamətlər müvcud olmur.

Trixomona vaginalis daxili cinsiyyət orqanlarında spematozoidlərin hərəkətini azaldaraq sonsuzluğa səbəb olar. Trixomona vaginalis hərəkətli olduğuna görə sidik yollarına da keçə bilər və sitstit, uretrit törədə bilər ki bu zaman klinikaya sistit, uretrit əlamətləri də qoşular.

Diaqnostikası:

ginekoloji müayinə

bakterioskopik müayinə

Müalicəsi:Müalicəyə cinsi partnyor da  yoluxmalıdır.

Cinsi əlaqə yalnız prezervativlərlə həyata keçirilməlidir.

müalicədə,

fazijin, trixominasid daxilə və uşaqlıq yoluna, trixopol daxilə təyin edilə bilər və ya metronidazol daxilə və uşaqlıq yoluna təyin edilə bilər.

Xroniki trixomoniazın müalicəsində Solko Trixovaq vaksinindən istifadə olunur. Bu vaksin trixomoniazla xəstə olan qadınlardan alınır və t. vaginalisə qarşı antitellərdir.

Trixomoniazın müalicə olunduğunu uşaqlıq yolundan yaxmada törədici tapılmadıqda və klinik əlamətlərin yox olduqda demək olar.

Trixomona vaginalis daşıyıcısı xəstə olmasa belə xəstəliyi cinsi patrnyoruna yoluxdura bilər.

2 thoughts on “Trixomoniaz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma