Qeyri-spesifik vaqinit

 Qeyri-spesifik vulvovaginitin törədiciləri adından da məlum olduğu kimi çox müxtəlifdir. Stafilokok, streptokok, eşerixa koli və s. Əıbəttə qeyri-spesifik vulvovaginitin inkişafına yerli mikrofloranın dəyişilməsi, immunitetin enməsi, mexaniki və termiki və kimyəvi faktorlar zəmin yaradır. Qeyri-spesifik vulvovaginit cinsi həyat yaşayan qadınların böyük əksəriyyətində təsadüf olunur. Qeyri-spesifik vulvovaginitin klinik əlamətləri- qaşınma, göynəmə hissi və iyli və irinli ifazat, cinsi əlaqə zamanı ağrıdır. Diaqnozun qoyulmasında ginekoloji müayinə, bakterioskopik və bakterioloji müayinə aparılmalıdır. Vulvovaginit xroniki formaya keçərsə qranulyar vulvovaginit inkişaf edər. Müalicəsi bir müddət bitki dəmləməsi ilə uşaqlıq yolu yuyulmalıdır. daha sonra antiseptiklərdən biri yerli təyin olunmalıdr. Yaxşı olar ki, etinilestradiol və sintomisin qarışığından istifadə edilsin bu məqsədlə. paralel olaraq xarici cinsiyyət orqanlarına hər gün sintomisin mazı çəkilməlidir. sonra intravaginal şamlardan biri təyin edilməlidir, məsələn: polijinax və ya terjinan. müalicə bitdikdən sonra isə intravaqinal laktobakterin, bifidolak təyin edilməlidir(1o gün). Daha sonra isə apilak maz və ya tablet şəklində intravaqinal təyin edilməlidir (10 gün).

 

2 thoughts on “Qeyri-spesifik vaqinit

    1. polijinaksın kontraseptiv effekti yoxdur. polijinaks zamanı hamilə qalmısınızsa narahat olmayın və sadəcə onun istifadəsini dayandırın.
      sualınız dəqiq olmadığına görə dəqiq məqsədinizi anlaya bilmədim. siz polijinaksı hansı törədici ilə əlaqəli istifadə etdiyiniz də həlledici rol oynayır. belə ki uşaqlıq yolunun mühiti 4-6 olmalıdır. iltihabi prosses zamanı isə mühit turşuluğa doğru dəyişir və normal halda qadın orqanizmində 4 gün yaşayan spermatazoidin ömrü belə mühittə az olur. əlavə olaraq qeyd edim ki əgər sizdə iltihabi prosses uşaqlıq boynunda da varsa, bu isə qonoreya, xlamidia, trixamona kimi törədicilələ əlaqəli olur onda bu sonsuzluq üçün daha bir səbəbdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma