Bakterial vaqinoz

Bakterial vaqinozun səbəbləri: uzun müddət antibiotik qəbulu, per os kontraseptivlərdən uzun müddət istifadə etmək,
keçirilmiş iltihabi prosses, uşaqlıqdaxili spiral, oliqo və opsomenorreyaya səbəb olan hormonal pozulmalar, immunitetin aşağı enməsi,prtnyorların tez- tez dəyişilməsi və s dır.
Bakterial vaqinozoun törədiciləri müxtəlifidir.Bu prosesdə əsas problem uşaqlıq yolunda laktobasillərin azalmasıdır.Bu zaman patolji mikroflora artır. Buna həm də vaqinal disbakterioz da deyirlər.
Bakterial vaqinozun törədiciləri çox müxtəlifdir, bunların içində xüsusuilə mütləq anaerob bakteriyaları
qeyd etmək lazımdır.
Bakterial vaqinozun əlamətləri, göynəmə, qaşınma, boz kreməbənzər ifrazat, cinsi əlaqə zamanı
ağrıdır.
Bakterial vaqinozun diaqnostik kriteriləri aşağıdakılardır:
spesifik ifrazat
uşaqlıq yolundan götürülən materialı qram üsulu ilə boyayanda açarabənzər elementləri təyin edilməsi
uşaqlıq yolunda PH ın 4.5 dan yuxarı olması
uşaqlıq yolundan götürülən yaxmada leykositlərin çox miqdarda çıxmaması
uşaqlıq yolu ifrazatına KOH əlavə etdikdə spesifik balıq iyinin əmələ gəlməsi ( amin testi)
Yuxarıdakı kriterilərdən 3 nün müsbət olması diaqnozu təsdiq edir.
Bakterial vaqinozun müalicəsi:
müalicə zamanı cinsi partnyorun müalicəsi mütləq deyil, prezervativ istifadə etmək də mütləq deyil. Amma cinsi partnyorun da yoxlanması məsləhətdir. Ola bilsin ki, partnyorda uretrit var və müalicəyə ehtiyacı var.
ilk 5 -7 gün metronidazol, tenidazol və ya ornidazol per os və ya yerli təyin eidlməlidir.
daha sonra intravaqinal şamalrdan biri, məsələn: terjinan və ya polijinaks təyin edilməlidir.
müalicə bitdikdən sonra _ bifidobakteri, laktovaq, laktobakterin, Acidif CV kimi preparatlardan
biri təyin edilməlidir.
Daha sonra isə Apilak 3% li mazı təyin edilməlidir.
Bakterila vaqinoz ciddi ağrılaşmalara səbəb olmayan və müalicəsi mümkün olan bir patalogiyadır.
Bakterial vaqinozda immunoterapiya və immunoprofilaktika məqsədi ilə Solko Trixovaq vaksinindən istifadə etmək olar. Bu zaman patoloji mikroflora məhv edilir və vaqinanın normal mikroflorası bərpa olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma