Vulvit

Vulvit xarici cinsiyyət orqanının iltihabi prossesidir . Vulvit adətən ikincili olur. Yəni yuxarıda yerləşən orqanların iltihabi prossesi zamanı yaranır. Çünki bu zaman patoloji ifrazat xarici cinsiyyət orqanlarına dəyərək onun iltihabi prossesinə səbəb olur. Lakin bəzi hallarda, məsələn: çəki atrıqlığı olan qadınlarda, gigiyenik qaydalara riayət etməyən qadınlarda, termiki və ya mexaniki təsirdən, şəkərli diabet olan qadınlarda vulvit birincili ola bilər.

Vulvitin əlamətləri:

qaşınma, acışma, irazat ola da bilər olmaya da, vulva hiperemik olur, qaşıma izləri də görünər.

Müayinə:

ginekoloji müayinə

bakterioskopik və bakterioloji müayinə

Müalicəsi:

bir neçə gün bitki dəmləmələri ilə yuyunmaq, antiseptiklərlə yuyunmaq (dioksidin, yodinol, kalium permanqanat və s)

daha sonra vaginal şamlardan biri təyin edilməlidir (polijinaks və ya terjinan)

və bununla bərabər xarici cinsiyyət orqanları hansısa antisepptik xüsusiyyətli mazla işlənməlidir (sintomisin).

qaşınma olanda və bu müalicələrlə bərabər, anestezin mazı və ya antihistamin prepartlardan biri təyin edilməlidir.

Kəskin dövr bitdikdən sonra, lazer terapiyası və ya UYT təyin edilə bilər. Və ya yerli olaraq solkoseril, aktovegin, çaytikanı yağı və ya vitamin A və ya vitamin E yerli olaraq təyin edilməlidir ki, sağalma prossesləri sürətlənsin.

 

Vulvit cinsi həyat yaşayan qadınlarda çox tez-tez təsadüf olunur.Və ciddi fəsadları da yoxdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma