Daxili cinsiyyət orqanlarında iltihabi prosses

Image

Daxili cinsiyyət orqanlarının iltihabi prossesi kəskin, yarımkəskin və xroniki ola bilər. Bura adneksit, endometrit aiddir. Adneksid- uşalıq borusu, yumurtalıq və bağların iltihabi prossesidir. Kəskin adneksid zamanı qarnın aşağı nahiyyəsində ağrılar olur bu ağrılar bel nahiyyəsinə və aşağı ətraflara yayıla bilər.Uşaqlıq yolundan irinli ifrazat və ya az irinli ifrazat gələ bilər. İltihabi prossesin digər əlamətləri olan yüksək temperatur, titrəmə, leykositoz, EÇS yüksəlməsi olur. Müayinə zamanı qarnın aşağı nahiyyəsi ağrılı olur. Diaqnozun qoyulmasında USM kömək edir. Müalicəsi: genişspektrli antibiotik,məs.ampicid, seftriaxon təyin edilə bilər. antifungal preparat iltihabəleyhi preparatlardan biri, məs: indometasin şamı vitamin C Aloe B qrupu vitaminləri yataq rejimi kifayət qədər maye qəbulu DD tok UYT terapiya əgər adneksid düzgün müalicə olunmazsa o yarımkəskin və xroniki formalara keçər. Xroniki adneksid qarnın aşağı nahiyyəsində küt ağrılara səbəb olar. Sikl pozğunluğu ola bilər.sarı cisim matmazlığı da eyni tezliklə təsadüf ola bilər.Adətən küt ağrılar menstrual qanaxma zamanı daha da artar. subfebril temeperatura da səbəb ola bilər. və qanda xroniki iltihabi prossesə uyğun dəyişikliklər təyin edilər. USM artımlarda dəyişikliklər təyin edər. anovulyasisya təyin edər. Xroniki adneksid sonsuzluğa səbəb ola bilər Bu həm yumurtalama prossesinin pozulması ilə əlaq adar olar. həm də uşaqlıq borusu keçməzliyi ilə əlaqədar ola bilər. Müalicəsi: 1 ay DD tok və UYT, sonra 10 gün lidaza 64 vahid 1 ml həlledicidə həll edib vurulmalıdır. Papaverinşamı və indometasin şamı düz bağırsağa qoyulur, sonra 1 ay aloe. bəzi mənbələrdə qeyd olunur ki, ovulyasiyanı bərpa etmək üçün jod elektroforez edliməlidir və radon vannaları qəbul ediməlidir. sarı cisim çatmazlığının aradan qaldırılması üçün isə sink elektroforezi yaxşı təsir göstərər.

endometrit kəskin ednometrit abort, doğuş, uşaqlıq daxili spiral qoyulmadan sonra ola bilər. kəskin endometrit 10 gün davam edər və adətən sağalma ilə nəticələnər. (əgər düzgün müalicə olunarsa). kəskin endometrit zamanı yüksək temepratur.titrətmə,irinli ifrazat, qarnın aşağı nahiyyəsinin ağrılı olması müşahidə olunur.  Kəskin enodmetritin diaqnozu həm daxili müayinə zamanı qoyulur, həm də USM uşaqlıq boşluğunda hipoexogen maye görür. Uşaqlıq ölçüləri də böyümüş olur. Müalicəsi: geniç təsirli antibiotiklərdən biri və metronidazol , uşaqlıq boşluğuna dimexid, vitaminoterapiya lazımdır. Əlbəttə bu prossesi törədən səbəbi xaric etdikdən sonra müalicə aparılmalıdır. Xroniki endometrit bu kəskinendometrit düzgün müalicə olunmasa, orqanizmin reaktivliyinin yüksək olmadəığı hallarda və ya törədicinin özü ilə bağlı ola bilər. Xroniki endometrit zamanı qarnın aşağı nahiyyəsində küt ağrılar olur. sikl pozğunluğu, menorragiya və menometrorragiya tısadüf olunur. libido pozğunluğu. Xroniki endometrit diaqnozunun qoyulmasında bir sıra əlavə müayinə üsulları kömək edə bilər. Amma ən dəqiq variant histeroskopiya və bioptatın götürülməsidir. Müalicəsidə əsaən fizioterapevik üsullardan istifadə olunur. Belə ki, əgər prosses 2 ildən az davam edibsə, maqnit sahəsi ÜYT, və SM , əgər 2 ildən çox davam edibsə onda impuls şəklində UYT lazımdır. sikli bərpa etmək üçün isə monofazal kontraseptivlərin təyini kifayətdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma