Uşaqlıq mioması

Uşaqlıq mioması bütün ginekoloji xəstəliklərin 30% ni təşkil edir. Əsasən 40 yaşı ətrafında daha çox rast gəlinir. Uşaqlığın miomasının yaranma səbəbləri müxtəlifdir. Yəni onun yaranması haqqında müxtəlif nəzəriyyələr var. Hormonal səbəblər, genetik səbəblər, immun reaktivliyin dəyişməsi. Uşaqlığın miomasının müxtəlif təsnifatları mövcuddur. Bunlardan biri sadə və proliferasiya edəndir. Tərkibinə görə fibromioma, leyomioma,sadə mioma. Yerləşməsinə görə submukoz, interstisial, subseroz mioma olur. Subseroz və submukoz mioma yerləşmə dərinliyinə görə siniflərə bölünür: 0,1,2. Uşaqlığın miomasınının klinikası onun lokalizasiyasından asılıdır. Əgər o submukoz yerləşərsə menstrual qanaxmanın bol olması, menstrual qanaxmaarası qanaxmaların olması, anemiya, qarnın aşağı nahiyyəsində ağrılar hansı ki, belə, aşağı ətraflara yayılır. Submukoz miomada miomatoz düyünün doğulması riski var ki bu da çox ciddi bir problemdir.  İnterstisial mioma uşaqlığın divarında, yəni divarı daxilində yerləşər. Bu qarnın aşağı nahiyyəsində küt ağrılara səbəb ola bilər. Menstruasiya zamanı qanaxmanın çox olması çox da xarakter deyil. Subseroz mioma- bu daha çox sidik kisəsi, sidik axarları, düz bağırsaq tərəfdən problemlərə səbəb olar. Küt ağrılara səbəb olar. Menstruasiya zamanı bol qanaxma isə həmişə xarakterik deyil. Miomanın diaqnostikası: daxili müayinə usm kt mrt histeroskopiya hidrosalpinqoqrafiya və s bu da miomanın lokalizasiyasından asılı bir problemdir. Uşaqlıq miomasının müalicəsi konservativ və cərrahi üsulla həll oluna bilər. Konservativ müalicə uşaqlıq mioması 12 həftəliyə qədər daha effektivdir. Müalicədə- prfesteron preapartları- levonergestrel, noretisteron, medroksiprogesteron istifadə oluna bilər. Bu adətən mioma 8 hətəliyə qədər olanda effektiv olur. Əgər menstrual sikl hələ davam edirsə onda bu aybaşının 5 ci günündən təyin edilir, əgər sikl yoxdursa onda 6 ay fasiləsiz təyin edilməlidir. Bu miomanın 1-2 həftə kiçilməsinə, qanaxmaların azalmasına kömək edir. Mirena- levonergestrel tərkibli uşaqlıqdaxili spiraldır. Bu əgər mioma 12 həftəliyə qədərdirsə təyin oluna bilər. və ya 3 aylıq kurs şəklində az dozalı estrogeni olan per monofazal per os kontraseptivlər təyin edilə bilər. qonadotropin reseptorlarının aqonistləri, yəni buserelin, qoserelin, leuprorelin təyin edilə bilər.Bunlar 3 formada istifadə oluna bilər- monoterapiya şəklinəd , cərrahi ə məliyyata hazırlıq üçün, danazolla kombinə olunmuş şəkildə 3 inyeksiya kifayətdir (28 gün fasilə ilə). Mifepriston- progesteron reseptorlarının antoqonistidir.Bu 3 aylıq kurs şəklində təyin olunur- 20 mq, siklin 5 ci günündən. Danazol 100 mq  gündə iki dəfə 6 ay müddıtinə monoterapiya şəklində təyin edilə bilər. Amma həmişə konservativ müalicə effekt vermir. Cərrahi əməliyyata göstərişlər: 14 həftədən böyük mioma mioma il ərzində 4 həftə böyüyürsə menopauzadan sonra mioma uşaqlıq boynunun mioması müalicə oluna bilməyən anemiyaya səbəb olursa miomada iri nekroz ocaqları əmələ gəlirsə qonşu orqanıların funksiyası pozulursa Uşaqlıq mioması zamanı cərrahi əməliyyatların müxtəlif formaları var. Uşqlığın saxlanması ilə olan əməliyyatlar: miomektomiya, defundasuya. menstrual funksiyanın saxlanması ilə olan uşaqlıq üstü yüksək amputasiya uşaqlığn tam götürülməsi ilə olan əməliyyatlar: uşaqlıqüstü amputasiya artımların saxlanması ilə ekstripasiya alternativ yollara aiddir: mioliz, uşaqlıq arteriyasının embolizasiyası, uşaqlıq arteriyasının bağlanması,fokuslanmış ultrasəs şüası ilə miomanın ablasiyası. Mİoması olanlara əks göstərişdir: isti proseduralar,salyari, fizioterpiya, massaj. Əgər miomaya görə əməliyyat olunmusunuzsa 3 ay kontrasepsiya, estrogen qəbulu  (bir neçə ay) lazımdır.

Mioma sonsuzluğa səbəb ola bilərmi? bəli xüsusilə submukoz mioma sonsuzluğa səbəb ola bilər.

18 thoughts on “Uşaqlıq mioması

  1. Salam məndə uşaqlığın sağ divarinda 5,96 sm ölçüdə subreroz düyün vardı. Yanvar ayında müalicə götürdüm. sonra getmədim. İndi hiss elədim ki, sağ yumurtaliqdan nəsə pristup verir. 43 yaşım var ailə qurmamışam. nişanlıyam. Həkimə getdim. Uziyə düşdüm. Həkim dedi ki, sən ailə qura bilməzsən. Uşaqlığın ölçüsü 9,3 sm. miomanın ölçüsü isə 6,8-7.9 sm olub. Uşaqlığın sağ divarından inkişaf edərək uşaqlığı deformasiyaya uğradıb və içəriyə dolub. Həkim dedi i\ki. ərə getsən qanaxma verə bilər. Mütləq uşaqlığın götürülməlidir. Çox gecikmisən. Cox pis olmuşam Ölmək istəyirəm.Mən güciksəm də ailə qurmaq, uşaq dünyaya gətirmək istəyirdim. İndi ağlamaqdan başqa çarəm yoxdu. Bilmirəm neyləyim. Mənim bir çıxış yolum varmı ki, uşaq dünyaya gətirim. Xahiş edirəm mənə məsləhət verin

    1. Salam. Mioma dünyanın sonu demək deyil. Siz subseroz miomadan danışırsınız. Sizdə böyük ölçülü mioma olsa da bunu ən azı cərrahi yolla həll etmək olar. Siz yanvar ayında hansı müalicələr almısınız, ultrasəs müayinəsinin nəticələri var mı?

  2. Mən miomin içmişəm, bir də zirə toxumunu balla qarışdırıb yemişəm.deyiblər ki, şişlərə kömək edir. Amma Yanvar ayından bəri müalicə götürməmişdim. İndi yoxlananda dəli oldum. Çünki şiş də, həm də matka da çox böyüyüb. Matkanın ölçüsü 9,3 sm, şişin ölçüsü 6,9-7,8 sm olub. Yanvardan indiyə kimi kompyuterdən çox istifadə etmişəm.çox qorxuram. Çünki uşaq istiyirəm.bu şişlə uşaq olarmı.

    1. Gülnar xanım. Miomanı cərrahi yolla götürmək barədə düşünürsünüz mü? Mən sizin müayinə cavablarınızı görmədiyimə görə xəstəliyiniz haqqda ancaq sizin dediyiniz məlumatlara görə nə isə deyə bilərəm. Belə ölçülü mioma ilə hamilə qalmaq olar, əgər mioma uşaqlıq boşluğunda deformasiyaya səbəb olmayıbsa, özü də sizdə subseroz miomadır. Amma hamiləlik vaxtı mioma özünü necə aparacaq, bunu bilmək olmur. Məsləhətim budur ki, hamiləlikdən öncə ya dərman, ya da cərrahi yolla düyünün kiçilməsinə nail olasınız. İndiki dövrdə daha böyük miomaları Laparoskopik yolla xaric etmək olur və sonra hamiləlikdə də heç bir problem olmur.

  3. Jalə xanım dəyərli məsləhətləriniz üçün sizə çox , çox təşəkkür edirəm.Sizə qurban olum mən ailə qurmağa qorxuram ki, bu problemimi bilib məni saxlamayalar. Məndəki mioma uşaqlığı deformasiyaya uğradıb və uşaqlıq boşluğuna daxil olub. Ən çox ona görə qorxuram ki, ailə quracağım oğlan subaydır və uşaq istiyir. Uşaqlıq boşluğuna daxil olan miomanı matkanı çıxarmadan xaric etmək mümkündürmü?. Və ya müalicə yolu ilə bu böyüklükdə miomanı kiçiltmək olarmı?

  4. Çox sağ olun mənə çox ümid verdiniz. Allah sizdən razı olsun. Allah köməyiniz olsun. Belə şişlə uşağa qalıb, sonra uşaqla birlikdə şişi götürmək mümkünmü. yoxsa şişi götürdüb getmək lazımdır. Əvvəlcədən yenə də təşəkkür edirəm.

  5. Sizcə 8sm böyüklükdə miomanı müalicə etdirmək mümkünmü? Mən getdiyim həkim müalicə yazmadı ki, gecikmisən, get əməliyyat elətdir. Özü də matka iə birgə mioman götürülməlidir. Mən də ona görə dəli oldum. Çox sağ olun ki, sizinlə danışandan bir az içimə ümid dolub.Allah sizdən razı olsun. Bir də sizdən bir söz də soruşum burda laporoskopik əməliyyat harda aparılır və çox baha deyilki? Amma mən toy ərəfəsindəyəm ailə qurduqdan sonra bu əməliyyatı etdirə bilrərəmmi? Və ya əməliiyat olunmamış uşaq dünyaya gətirə bilərəmmi? yenə də əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Çox sağ olun hər şey üçün.

    1. Belə ölçüdə dərman müalicəsinin effekti düyünün kiçilməsi olur. Siz isə hamiləlik planlaşdırırsınız. Belə halda miomanı uşaqlığı saxlamaq yolu ilə çıxarılması daha düzgün olardı. Sizin qəbul etdiyiniz dərman preparatı elə də effektiv deyil. Yəni miomanın böyüməyi heç də gözlənilməz deyil. Türkiyədə və ya Almaniyada belə əməliyyat müvəffəqiyyətlə keçirilir. Siz ilk növbədə buradakı həkimlərlə məsləhətləşin. Hal hazırda bizim őlkədə Almaniya və Türkiyədən çoxlu műtəxəssislər gəlir. Almaniyada müalicə almaq istəsəniz sizə klinika adı da çəkə bilərəm. Siz ailə qurandan sonra da bu problemin həlli ilə məşğul ola bilərsiniz. Amma belə vəziyyətdə hamiləlik məsləhət görmürəm. Problemi həll edənə kimi qorunmaq məsləhətdir.

    1. Əgər bunu uşaqlıq miomasına görə içirsinizsə bir o qədər də effektiv olduğunu deyə bilmərəm. Bu halda yalnız dərman müalicəsi və ya cərrahi müalicə kömək edə bilər. Bitkinin tərkibində olan təsiredici maddə o səviyyədə ola bilməz ki onun kiçilməsinə kömək etsin.

  6. salam hekim,men usm muayinesi etdim.Mende arxa divarda1.28×1.34sm,0.86×0.98 olcude intersistal miomalar.on sol divarda 1.87×1.90 sm olcude subseroz+intersistal mioma askar olunub.Hekim bu miomlar menim ailme qurub usaq sahibi olmama ne qeder ziyandir?

      1. Tesekkur edirem hekim cavablandirdiginiz ucun.Hekim mende olan miomlarin kicik oldugunu dediz.Amma men hekim mesleti ile dermsn qebul edirem.Bu dermanlar mene ziyanliw eder?Evadol,Fibramix oil,Orgenzyme…..Aysel

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma