Vulvanın qaşınması

Vulvanın qaşınması hər yaşda qadında müşahidə oluna bilər. Bu qadınlar arasında 30% yayılmışdır. Bu hər hansı bir xəstəliyin əlaməti şəklində də üzə çıxa bilər, həm də esensial yəni, sərbəst xəstəlik şəklində də üzə çıxa bilər.

Vulvanın qaşınmasının səbəbləri çox müxtəlifdir. Xarici cinsiyyət orqanlarında iltihabi prosses, göbələk infeksiyası, şəkərli diabet, digər endokrin xəstəliklər, nevroloji və psixoloji sferada poğunluqlar, qan xəstəlikəri, mədə bağırsaq xəstəlikləri, parazitoloji xəstəliklər, allergik xəstəliklər, intoksikasiya.

Esensial formada isə neyroendokrin sistem  pozğunluqları üstünlük təşkil edir.

Vulvanın qaşınması zamanı əlavə olaraq quruluq hissi, ifrazat, pis iyli ifrazat da ola bilər. Vulvanın qaşınması əsasən gecə daha çox olur. Bu zaman vulvanı qaşımaq düzgün deyil, çünki bu həmin nahiyyədə əlavə miktrotravma və travmaya gətirər və iltihabi prossesin baş qaldırmasına səbəb olar.

Vulvanın qaşınmasının müalicəsi: əgər bu hər hansı xəstəliklə əlaqədardırsa həmin xəstəliyin gedişatı nəzarətə alınmakıdır.

Qeyri spesifik müalicə olaraq:

daxilə tavegil, diazolin kimi preparatlar qəbul olunmalıdır.

əlavə olaraq polivitamin ( tərkibində maqnesium və kalsium elementləri olsa daha yaxşı olar) daxilə qəbul olunmalıdır.

Vamellan və ya valeriana kimi sedativ preparatlar da qəbul olunmalıdır. ( yatmazdan əvvəl xüsusilə məsləhətdir).

yerli olaraq:

sintomisin 10% -20 ml+ estrogen dipropionat 0.05 %-1 ml qarışığını 7 gün vulvaya çəkmək məsləhətdir. Əgər quruluq hissi də varsa qarışığa testesteron dipropionat əlavə etmək məsləhətdir.

Yerli olaraq hidrokorizon 1% mazı istifadə etmək olar. Bunu 14 gündən artıq istifadə etmək məsləhət görülmür.

Əgər bu müalicələr effekt vermirsə onda, novokain blokadasından istifadə edilir. Bu zaman 0.25% li novokain işiorektal nahiyyəyə yeridilir. (yəni aralığa hər iki tərəfdən 5-7 sm dərinliyə yeridilir).Lakin bunun da effekti daimi deyil.

Lazer terapiyası (helium- neon) daha yaşı effektə malikdir. Bu zaman təsir olunan nahiyyədə qan dövranı artır, sinir uclarının fəaliyyəti normallaşır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma