Uşaqlıq boynunun eroziyası və psevdoeroziyası

Uşaqlıq boynunun eroziyası uşaqlıq boynunun çoxqatlı epitel qatının dağılması deməkdir. Uşaqlıq boynunun eroziyasına səbəb daxili cinsiyyət orqanlarının iltihabıdır. Belə ki iltihabi prosses həm uşaqlıq yolunda mühiti turş edərək uşaqlıq boynunun çoxqatlı epitel qatının hüceyrələrinin zədələnməsinə və mexaniki təsir nəticəsində dağılmasına səbəb olur.

Uşaqlıq boynunun eroziyası sərbəst xəstəlik kimi heç bir əlaməti olmur. Lakin eroziya əsasən iltihabi prosseslə birlikdə mövcud olduğuna görə iltihabi prosses əlamətləri, yəni ifrazat, qaşınma, pis qoxu ilə birlikdə olur.

Uşaqlıq boynunun eroziyasının diaqnostikası:

daxili müayinə (uşaqlıq boynunun uşaqlıq yolu hissəsində qızartı təyin edilir.

kolposkopiya

Müalicəsi:

uşaqlıq boynu eroziyası 3-7 gün müddətində epitelizasiyaya uğrayır, yəni sağalır.

cinsi kontaktdan uzaq olmaq

yerli antibakterial terapiya

laktobakterilərin yerli istifadəsi

epitelisaziyanı sütrətləndirmək ( məs: solkoseril)

bəzi hallarda eroziya epitelizasiyaya uğrayarkən yastı deyil, silindrik epitellə örtülür. Bu uşaqlıq boynunun psevdoeroziyasına səbəb olar. Uşaqlıq boynunun psevdoeroziyası, eroziyaya nisbətən daha ciddi xəstəlikdir.

Uşaqlıq boynunun psevdoeroziyası da heç bir əlamət verməz. Amma iltihabi prosses davam edərsə ifrazat, qaşınma, pis qoxu ola bilər.

Uşaqlıq boynunun psevdoerozisyaının diaqnostikası:

daxili müayinə (uşaqlıq boynunda qızartı)

kolposkopiya

sitoloji müayinə

biopsiya

əlavə olaraq PAP test aprmaq da məsləhətdir.

Uşaqlıq boynunun psevdoeroziyasının müalicəsi:

əgər doğmamış qadındırsa nəzarətdə olmalıdır sadəcə.

əgər iltihabi prosses mövcuddursa iltihab əleyhinə müalicə aparılmalıdır. PAP test pozitivdirsə virusəleyhinə müalicə aparılmalıdır. 

Əgər qadın daimi cinsi kontaktdadırsa, lazer vaporizasiya, radiocərrahi metodod, diatermokoaqulyasiya üsullarından istifadə etmək olar.

Anadangəlmə psevdoeroziya da mövcuddur. Belə halda sadəcə nəzarət etmək kifayətdir. Bunun yaranmasında səbəb pubertat dövründə silindrik epiteli və yastı epitelinin uşaqlıq boynununda düzgün yerləşməməsidir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma