Ana bətnində gələcək yenidoğulmuşun inkişafı, hamiləliyin hansı dövrlərində gələcək yenidoğulanın hansı orqanları əmələ gəlir.

 

Ilk 4 həftə- mayalanma dövrü hesab edilir, 3- cü həftədən embrionun mərkəzi sinir sitemi və ürəyi formalaşmağa başlayır.

 

4-8 həftəlik hamiləlik- baş beyin və onurğa beyni mövcuddur, həzm sisteminin əsası qoyulur. Ətraflar formalaşmağa başlayır. 7 həftəlikdə ürək döyünməyə başlayır. Embrionun üzü əmələ gəlir. Qaraciyər, böyrəkləri, dili var.

12 həftəlik hamiləlik- artıq dölün barmaqları var, dırnaq yataqları formalaşır, ağzını açıb bağlaya bilir, göz qapaqları var, əlini açıb- yuma bilir.

16 həftəlik hamiləlik- dölün qaşları və kirpikləri formalaşmışdır, ətrafların oynaqları formalaşmışdır, dərisi nazik tük örtüyü olan lanuqa ilə örtülüdür, döl barmağını sora bilir, yəni artıq əmmə qabiliyyəti formalaşmışdır.

24 həftəlik hamiləlik- dölün hərəkəti aydın hiss edilir, dölün yuxusu ananın yuxusu ilə üst-üstə düşməyə də bilər. Döl səs eşidir. Kəskin səslər onu qorxuda bilər.

28 həftəlik hamiləlik- bu dövr beyin qabığının formalaşmasının ən  vacib dövrüdür. Döl ağrı hiss edə bilir, dad hissi formalaşır. Döl artıq gözünü aça bilir. Dölün ürək döyüntüsünü adi fonendoskopla da eşitmək olar. Dölün dərisi qırmızıdır, qırışlar var. Dərialtı piy toxuması əmələ gəlir.

32 həftəlik hamiləlik-  döl qaranlıq və işığı hiss edə bilir. Başı aşağı çevrilməyə hazırlaşır.

36 həftəlik hamiləlik- dəri çəhrayıdır, dəridə tüklər 5 sm uzunluğa çata bilir. Dırnaqlar əmələ gəlir. Oğlan cinsli döldə xayalar daha aydın görünməyə başlayır.

40 həftəlik hamiləlik- dəridəki lanuqa itir (ancaq çiyin nahiyyəsində, əldə və ayaqda qalar), bağırsaqda ilk nəcis olan mekonium var.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma