Hamiləliyin inkişafı zamanı yaranan əlamətlər və səbəbləri. Hamiləliyin inkişaf dövrlərində hansı preparatlar qəbul olunmalıdır.

Hamiləliyin ilk 4 həftəsi- adətən əlamətsiz keçir. İlk 4 həftə mayalanma və embrionun öz daimi yerini alma mərhələsi hesab edilir.

Bu dövrdə fol turşusunun qəbulu məsləhətdir. Bu həm embrionun normal inkişafına səbəb olur, həm də hamiləlik zamanı dəridə ləkələrin əmələ gəlməsinin qarşısını alır.

Hamiləlyin 4-8 həftəsində- ürəkbulanma, qusma, halsızlıq, zəiflik, əsəbi gərginlik, müxtəlif qidalara qarşı ikrah hissi yaranar. Bu əlamətlər mərkəzi sinir sistemindəki dəyişikliklərlə əlaqədardır.  Belə ki mərkəzi sinir sistemi uşaqlıq boşluğunda yerləşən yeni canlıya uyğunlaşır. Bu dövrdə beyində hamiləlik dominant əmələ gəlir.

Bu dövrdə fol turşusu, vitamin A (embrionun ürək və ağ ciyərinin normal inkişafı üçün) və B qrup vitaminlər  (embrionun sinir sisteminin inkişafı üçün) lazımdır.

Hamiləliyin 12 həftəsi- bu dövrdə artıq qusma, ürəkbulanma kimi əlamətlər keçib gedir, qəbizlik kimi problem yaranar. Bir müddət əsəbi gərginlik davam edər. Artıq 12 həftədə çəkidə 1.2 kq artım olur.

Bu dövrdə fol turşusu, B qrup vitaminlər və A vitamin ilə yanaşı, vitamin C, vitamin E qəbul olunmalıdır. Sink, yod, mis, selen kimi mikroelementlərin qəbulu vacibdir.

Çalışın ki hərəkətli həyat tərzi sürəsiniz (düşük qorxusu və ya digər hamiləlik problemləri yoxdursa), çoxlu maye qəbulu vacibdir.

Hamiləliyin 16 həftəliyində hamilə artıq özünü yaxşı hiss edir, yeganə narahat edən problem adətən qəbizlik olur. Bu isə böyüyən uşaqlığın bağırsaqlara mexaniki təsiri ilə əlaqəli olur. Gilədə, qarnın ağ xətt nahiyyəsində piqmentasiya artır.

Bədən çəkisi 3 kq artır.

Bu dövrdə bol maye qəbulu, bol gəzinti lazımdır. Yuxarıdakı vitamin və mikroelementlərdən əlavə vitmamin D, kalsium, magnesium qəbulu məsləhət görülür.

Hamiləliyin 20 həftəsi-  uşaqlıq yolundan ifrazat artır, süd vəzilətrindən ifrazat- colostrum gələ bilər, diş ətinin qanaması mümkündür.

Bel nahiyyəsində ağrılar ola bilər ( onurğanın bel nahiyyəsində bağların yumşalması ilə əlaqədar.

Çəkidə artım 2 kq təşkil edir.

Bu dövrdə yuxarıda qeyd olunan vitamin və mikroelementlərin qəbuludavam etdirilməlidir.

Hamiləliyin 24 həftəsi- hamilənin üzündə şişkinlik yarana bilər, bu isə  bədəndə mayenin saxlanması ilə əlaqədardır. Dölün tərpənməsi hiss olunur. Əgər təkrari hamiləlikdirsə dölün tərpənməsi daha erkən hiss oluna bilər.

Bu dövrdə yuxarıda qeyd olunan vitamin və mikroelementlərlə yanaşı dəmir preapartlarının qəbuluna başlamaq lazımdır.

Bədən çəkisi 2 kq da artır.

Hamiləliyin 28 həftəsi- bu dövrdə hamilə mədə tərəfdən discomfort hissi, spazm, qıcqırma  hissindən şikayət edər. Bu böyüyən uşaqlığın mədəyə mexaniki təsiri ilə əlaqəlidir. Qarnın ön divarında strialar əmələ gəlir.

Bədən çəkisi 4 kq  da artır.

Hamiləliyin 32 həftəsində- təngnəfəslik, qabırğaaltı nahiyyədə ağrılar, sidiyi saxlaya bilməmə problem, çanaq nahiyyəsində discomfort hiss olunar. Bu isə böyük dölün bu nahiyyələrə mexaniki təsitri ilə əlaqədardır.  Artıq qeyri ritmik sancılar hiss olunmağa başlayır. Əgər ilk hamiləlikdirsə bu sancılar nisbətən gec yarana bilər.

Hamiləliyin 36 həftəsi- artıq yuxarıdakı şikayətlər azalmağa başlayır, lakin tez- tez sidiyəgetmə istəyi olur. Bu dövrdə horizontal vəziyyətdə daha çox durmaq məsləhətdir. Əks halda topuq nahiyyəsində şişkinliklər əmələ gələ bilər.

Hamiləliyin 40 həftəsi- qarnın aşağı nahiyyəsində ağırlıq hissi yaranır, qeyri ritmik sancıların tezliyi nisbətən artmış olur.

Bədən çəkisi azalmağa doğru gedir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma