Hamiləlikdə plazmaferez

Plazmaferez nə deməkdir?

Plazma və aferezis sözlərinin birləşməsi olub plazmanın ayrılması deməkdir. Plazmaferezin çoxsaylı növləri var. Bu götürülən qandan plazmanın ayrılmsı üsuluna görə fərqlənir. Plazmaferez zamanı qandan plazma ayrılır və fizioloji məhlul, albumin kimi maddələrlə əvəz olunur.

Plazmaferez  həftədə iki dəfə aparılması məsləhətdir. Amma xəstəliyin aktivlik dərəcəsindən asılı olaraq dəyişilə bilər. Hər prosedur zamanı orqanizmdən 1.5 l qan xaric edilərək təmizlənir. Hər dəfə təxminən qanın 25-27 % i təmizlənir. Götürülən qan formalı elementlərə və plazmaya ayrılır və formalı elementlər olan fraksiyaya plazma əvəzediciləri və ya plazma qatılaraq yenidən orqanizmə qaytarılır. Qanın ayrılması qravitasion (sentrifuqa) və ya filtrasion metodla aparıla bilər.

Plazmaferezin daha bir xüsusi metodu var ki bunun vasitəsilə aterogen lipidləri də orqanizmdən xaric etmək olur- kaskad plazmaferez. Bu zaman götürülən qan təkrari filtrdən keçirilir.

Plazmaferez zamanı insan orqanizmindən nəyi xaric etmək olur?

Zülal

Paraprotein

Antitellər

Immun komplekslər

Laxtalanma faktorları

Iltihab mediatorları

Hormonlar

Plazmaferezə göstərişlər:

Allergik xəstəliklər

Autoimmun xəstəliklər

Mielom nefropatiya

Kraş sindrom

Uremik anemiya

Qlomerulonefrit

Bu siyahını genəltmək də olar. Bu siyahınıda yazılan xəstəliklərin inkişafında antitellər və yaxud da toksinlər rol oynayır. Yəni plazmaferezdən əsasən insan orqanizmindən toksin və ya antitellərin və immun komplekslərin xaric edilməsi zamanı istifadə edirlər.

Hamiləlik zamanı plazmaferezin təyininə göstərişlər:

Allergik reaksiya

Intoksikasiya

Antifosfolipid sindrom  və s.

Hamiləlik zamanı da plazmaferezin təyinində əsas prinsip bədəndən antitellərin, immunkomplekslərin və toksinlərin xaric edilməsidir.

Hamiləlikdə toksoplazmoz, sitomeqalovirus,rubella, mikoplazma,ureoplazma kimi infeksiyalar zamanı, xüsusilə də xroniki formada təyini əsassızdır. Çünki bu parazit və viruslar inkişaf edən dölün orqanlarına daxil olmaqla təsir edir, plazmaferez isə insan orqanizmindən virus və parazitləri xaric etmək iqtidarında deyil.

Plazmaferezə əks göstərişlər:

Hipoproteinemiya

Anemiya

Laxtalanma sistemində olan pozğunluqlar

Qanaxma

Yüksək temeperatur

Irin ocağı (drenə olunmamışsa)

Düşük qorxusu

Plazmaferezdə istifadə olunan komponentlərə allergiya

Sinir sistemi və ürək qan damar sistemində ciddi üzvi dəyişikliklər varsa

Plazmaferez zamanı baş verə bilən, arzuolunmayan hallar:

Arterial təzyiqin enməsi

Anafilaktik şok

Hipokalsemiya

Sepsis

Qanaxma

Tromboemboliya

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma