Uşaqlıqdan kənar hamiləlik səbəbləri, əlamətləri.

 

Uşaqlıqdan kənar hamiləliyin əmələgəlməsi belə olur. Normal şəraitdə mayalanma uşaqlıq boşluğunda gedir. Lakin bəzi hallarda, xüsusilə:

əgər kiçik çanaq orqanlarında iltihabi prosses baş vermişsə

infantilizm

yumurtahücüyrənin normal quruluşlu olmaması, genetik pozğunluq varsa

yumurtalıq stimulayasiyası, EKO ilə formalaşan hamiləlik və s.

Uşaqlıqdan kənar hamiləlik əlamətləri

Menstrual qanaxmanın gecikməsi, az olması, tez qurtarması

Qarnın aşağısında baş verən ağrılar (adətən küt ağrılar olur)

Uşaqlıqdan kənar hamiləlik qarın boşluğunda, yumurtalıqda uşaqlıq borusunda, servikal nahiyyədə baş verə bilər. Lakin daha çox uşaqlıq borusunda baş verir.

Uşaqlıq borusu böyüyən embrion üçün kiçik bir boşluq olduğuna görə bir müddətdən sonra böyüyən embrion uşaqlıq borusuna mexaniki təsir göstərərək onu partladır. Bu isə ağrı, daxili qanaxma, şoka səbəb olar.

Uşaqlıqdan kənar hamiləlikdə (ən çox təsadüf edilən forma olan boru hamiləliyində) müalicə necə aparılır?

əgər uşaqlıq borusu hələ partlamayıbsa- bu adətən USM (transvaginal) ilə təyin olunur, qanda XQ nin artma dinamikasına fikir verilir (adətən uşaqlıqdankənar hamiləlikdə normal hamiləliyə nəzərən XQ çox artmır- 3000 vahiddən kiçik olur).  Amma iki gün sonra qanda XQ iki dəfə artarsa uşaqlıq boşluğunda inkişaf edən hamiləliyə şübhə var.  Uşaqlıqdan kənar hamiləlik üçün qızıl standart laporoskopiyadır. Bu metod həm diaqnostik, həm də müalicəvi məqsəd güdə bilər.

Uşaqlıqdan kənar hamiləlik medikamentoz və cərrahi yolla  müalicə oluna bilər- bu metotreksat kimi sitostatiklərin köməyi ilə aprılır. Əvvəlcə XQ yoxlanılır (qanda) daha sonra müalicəyə başlanılır. Bir müddətdən sonra qanda XQ yenə yoxlanılır, əgər XQ səviyyəsində azalma müşahidə edilərsə müalicə davam etdirilə bilər, əgər azalma müaşahidə edilməzsə embrion cərrahi yolla (laprakopiya ilə) xaric edilməlidir.  

Diaqnostik laporoskopiya  ümumi anesteziya altında qarın boşluğunun xüsusi cihazla müayinəsidir. Əgər boru hamiləliyi müayinə olunarsa boru həmin nahiyyədə kəsilir və embrion xaric edilir, boru isə bərpa olunur.

Bu proseduradan sonra medikamentoz və fizioterapevtik müalicələr aprılmalıdır, ən azı 6 ay kontrasepsiya tələb olunur.

Əgər uşaqlıq borusu partlamışsa , boru tam xaric edilməlidir. Bu əməliyyatdan sonra da medikamentoz və fizioterapevtik müalicələr aparılmalıdır.

Uşaqlıqdan kənar hamiləliyin profilaktikası- hamiləlik təyin olunursa embrionun haradayerləşməsini təyin etmək üçün USM aparılamlıdır, heç olmazsa 9 həftəlikdə bu müayinənin aparılması məsləhətdir.

 

2 thoughts on “Uşaqlıqdan kənar hamiləlik səbəbləri, əlamətləri.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma