Hamilə qalmaq üçün uyğun vaxtı necə təyin etməli?

 

Bu suala cavab verməmişdən əvvəl mayalanmanın necə baş verdiyini və cinsi hüceyrələrin  mayalanmada iştirak etmək şansının nə qədər olduğunu anlamaq lazımdır.

Qadın cinsi hüceyrəsi yumurtlamadan (ovulyasiyadan) sonra 12-24 saat müddətində mayalana bilər. Əgər mayalanma baş vermirsə qadın cinsi hüceyrəsi degenerasiyay uğrayır, yəni məhv olur.

Kişi cinsi hüceyrəsi isə qadın orqanizminə daxil olduqdan sonra 3-5 gün ərzində mayalandırma qabiliyyətini saxlayır. Lakin kişi cinsi hüceyrəsinin mayalandırma qabiliyyəti qazanması üçün qadın orqanizminə düşdükdən sonra 10 saat vaxt keçməsi lazımdır.

Hamilə qalmağın uyğun vaxtları- ovulyasiyadan əvvəlki 5 gün, ovulyasiya baş verdiyi andan etibarən bir gündür. Yəni cəmi 6 gün. Bu 6 gün təbabətdə fertilizasiya pəncərəsi adlanır.

Ovulyasiyanın baş verdiyini necə təyin etməli?

1-      Menstrual siklin neçə gün davam etdiyini təyin edin 28-35 gün (bunun üçün bir neçə ay hesablamaq lazımdır siklin davametmə müddətini, əgər həmişə eyni müddət qədər davam etmirsə sizin üçün uyğun variant deyil).  Siklin davametmə müddətini təyin etdikdən sonra hımin rəqəmdən  14 gün çıxılır və neçənci gün alınarsa bu sizin ovulyasiya gününüzdür.

2-      Ovulyasiya ağrısı- bu qarnın aşağı nahiyyəsində yumurtalama zamanı yaranan birtərəfli ağrıdır (qadın bunu hiss etməyə də bilər)

3-      Sevikal seliyin xüsusiyyəti- ovulyasiya zamanı o maksimal dərəcə uzanmaq qabiliyyətinə malik olur, sürüşkən və daha şəffaf olur.

4-      Ovulyasiya testlərindən istifadə etmək- burada əsas məqsəd bədən mayelərində ovulyasiya zamanı baş verən dəyişiklikləri təyin etməkdir (məs.- LH lüteinləşdirici hormon).

5-      Bazal temeperatur- qadında bazal temperatur ovulyasiyadan sonra 0.5-1.1                          dəyişir və bunu dəqiq təyin etmək üçün, bir neçə sikl təkrar etmək lazımdır.  Dəqiq metod deyil, çünki bunun üçün tam stressdən kənar, rahat yuxu almaq  şərtdir.

6-      USM də ovulyasiyanın baş verməsini təyin etmək olar.

 

Əgər hamilə qalmaq şansını itirmək istəmirsinizsə  yadda saxlayın-

Stressdən kənar olmaq

Cinsi əlaqəyə yalnız hamilə qalmaq fikri ilə daxil olmamaq (qadın orqazmı hamiləqalma shansını artırır)

Həftədə orta hesabla 3 dəfə cinsi əlaqədə olmaq

Cinsi əlaqə zamanı  aktiv poza almamaq

Cinsi əlaqədən dərhal sonra vertikal vəziyyət almamaq

Cinsi əlaqəni  təkcə ovulyasiya gününə saxlamamaq lazımdır.

Yadda saxlayın ki, ovulyasiya hər ay eyni vaxtda baş verməyə bilər.

 

 

Əgər sizdə bir il ərzində hamiləlik baş verməzsə, yaşınız 35 dən yuxarıdırsa 6 ay ərzində baş veməzsə müayinə olunmaq məsləhətdir.

91 thoughts on “Hamilə qalmaq üçün uyğun vaxtı necə təyin etməli?

  1. Salam men hamileyem bu ayin 7-si olmaliydim amma olmadim testi yoxladim musbet cixdi 1 yasli qizim var o vaxti mikroblara mualice elemiwem. indi tesadufen qalib hekime getdim dedi ki tok. ve cmc m formalarini verim yeni mende o iki mikrobum var usaga bir ziyan yoxdu ki bunu bilmek isteyirem? cavablarimi hele almamiwam

    1. Salam.kecen ayin 13ü dedikdə siz iyun ayını nəzərdə tutursunuzsa demək sizdə aybaşı siklində pozģunluq var,çünki bu ay aybaşı olmamısınız. Belə halda gələn ay yumurtalama prossesinin baş verib verməməsi haqqda dəqiq heç nə demək olmur.bunun üçün siz follikulometriya üsulundan istifadə etsəniz yaxşı olar.

      Ümumiyyətlə,sizin aybaşı hər ayın təxminən 13nə təsadüf etsəydi onda mayalanma şansı ayın 19dan gələn ayı 2-3nə qədər műmkűn olardı.

    1. salam. əgər siz yeni ailə qurmusunuzsa heç nə etmək lazım deyil hələ. belə ki sizin və partnyorunuzun orqanizmlərinin bir birinə uyğunlaşması baş verməlidir. Statistikaya görə (dünya üzrə) ailə quran cütlüklərdə hamiləlik ailə qurandan 7-8 ay sonraya təsadüf edir. əgər sizin aybaşı siklinizdə ciddi pozğunluq yoxdursa, menstrual siklin 8 ci günündən 20ci günə qədər hamilə qalma riskiniz yüksəkdir. yəni bu günlərdə cinsi əlaqə olarsa hamilə qala bilərsiniz.

  2. salam hekim axirinci aybasim sentyabr 19-u olmusam. hamile qalmaq ucun uygun vaxt hansi gundur.1de men 1 ildir alileliyem. xahi. edirem cavabland;ras;z.Evvelceden tesekkurle

  3. Salam Hekim sonuncu menis gunun noyabr1olub.13.14gunlerde ovilasiya testi etdim iki xet cixdi bu gun yeniden qarnimda agri his etdim yeniden teat etdim onuda deyim menisin 21ci gunudu yene iki xet cixdi tund.bele bir wey ola bilerki falekul indi yene partdasin?cavabinizi gozduyecem tewkler.

  4. Salam hekim, menim aybashi siklinim 25 gun edir,kecen ayin 16 si bu ayin ise 10 u menstr oldum,menim ovulyasiya gunum hacana dushur? Men hesabladiqima gore 18-23 dekabr olacaq,yani bugunden bashlayir

    1. salam. Sizin ovulyasiya vaxtlarınız bu günlərə düşür. Siz ovulyasiya olub olmamağı həm də ovulyasiya testi ilə də yoxlaya bilərsiniz. Əgər sizdə aybaşı olmamışdan 3-4 gün əvvəl qırmızı ifrazat olursa onda sizə məsləhət görərdim ki, sikin təxminən 21 ci günü qanda progesteron yoxlayasınız.

  5. Salam həkim mən hər ayın 1i axşam aybaşı oluram 8i günorta təmizə çıxıram. Mənə hamilə olmaq üçün ən uyğun əlaqə vaxtını deyə bilərsinizmi? Uje 2ay olacaq ki evliyəm ərim də məndə uşaq istəyirik. Özdə əkiz. Ovulyasiya vaxtını hesablaya bilmirəm.

    1. Salam, Qasim xanım. Sizin sikl 30-31 gün davam edir. Ovulyasiya təxminən 15 ci gün baş verir. Ona görə siklin 11, 12, 13, 14,15, 16 cı günlər uyğun günlərdir. Lakin ovulyasiya vaxtından gec və ya tez baş verə bildiyinə görə, siklin 10-22 ci günləri arasında əlaqə zamanı da hamiləlik baş verə bilər.
      Ovulyasiya vaxtını təyin etmək üçün ovulyasiya testləri də istifadə edə bilərsiniz.

      1. Salam hekim men artiq 5aydirki aileliyem.evlenmemiwden qabag hekimde muayine olunmuwam.hec bir problem yoxdu dediler sadece zobun elametleri var .mende yoldasimda uwaq isteyirik mart ayindan iyul ayina kimi 29 30 gun tsikl ile aybasi olurdun birce kecen ay 3 iyulda aybasi oldum her defe ovulyasyon vaxtlarimi texmini hesablayib elaqede oluruq ancaq hele uwaq olmayib .sizce yumurtlama vaxtim bu ay necenci gunlere duwecey?

      2. Salam. Sikl təxminən 30 gün davam edirsə, gələn aybaşı təqribən avqustun 2-3 nə təsadüf etməlidir. Avqustun 14-19 u arası cinsi əlaqədə olmaq lazımdır. Sizə də məsləhət görərdim ki siklin 8 ci günündən 20 ci gününə qədər cinsi əlaqədə olasınız. İnsan orqanizmi elə qurulub ki, hər şey hesabladığımız kimi olmur. Bəzən elə olur ki, siklin 8 ci günü ovulyasiya olur və ya ayda iki dəfə ovulyasiya olur.

  6. Salam. Mən iki aydıki evliyəm.aybaşında keçən ay 4 gün qabağa vurdu. Bu ayda iki gün gecikdi. İyulun 30 aybaşı oldum.hamilə qalmaq üçün hansı gün uyğun vaxtdı.

    1. Salam. Mayalanma dövrü avqustun 10 dan 15 ə qədər hesab olunur , amma məsləhət görərdim menstrual siklinizin 8 ci günündən 20 ci günə qədər cinsi əlaqə olsun. Məcbur deyil ki bu hər gün olsun. Günaşırı da ola bilər, çünki spermatazoid qadın daxili cinsiyyət orqanlarında 3 gün yaşama qabiliyyətinə malikdir.

      1. Salam. Əgər sizin aybaşı sikliniz həmişə təxminən 27-28 gün olursa, ovulyasiyanız təxminən elə bu gün və sabaha təsadüf edir. Amma hər bir sağlam qadında ovulyasiyanın baş verməsi siklin 8-20ci günlər arasında olma ehtimalı var.

  7. Salam hekim mende mensturasiya həmişə 28 gunden bir olub. Bir defe bu ay demeli iyulun 27 si mensturasiya olmuşdum avqustun 26 si mensturasiya oldum 30 gunden sonra qeyd edimki yeni ailə qurmuşam hamilə qalmaq üçün hansi gun uygun vaxtdı?

  8. Hekim salam men qiz vaxti her ayin 13u aybawi olurdum toyumuzdan besgun sora yene 13u oldum ikinci aymizda iyulun 26si oldu avqustn 27si oldum 3aydi evliyik uwag olmur psixi olmuwam ovlyasiyam nevaxta duwur 😢😥

    1. Salam. Narahat olmayın. 3 ay hamiləliyin olmaması sonsuzluq demək deyil və əksər cütlüklərdə hamiləlik evlilik ilinin ikinci hissəsində olur. Əsəbi gərginliyin heç bir xeyri yoxdur. Ovulyasiya vaxtı təxminən sentyabrın 12 ə təsadüf edir. Hamilə olmaq üçün ən əlverişli vaxt sentyabrın 9 dan sentyabrın 14 ə qədər əlaqədə olmaq məsləhətdir.

  9. Salam aleykum. mən 1 aydı evliyəm, həftədə ən azı 3 dəfə əlaqdə oluruq, bilmək istəyirəm hamilə qalmaq riskim çozdur? Və birdəki hamilə qalmamaq üçün 1 həftə müddətində no-spa dərmani içmək hamilə qalmağa qoymur düzdü?

  10. Salam men iyulun 19 aile qurmuwam ve ele hemin gunu aybawi olub sonra avqustun 15 aybawi olmusam ve sentyabr ayina ayin13 aybawi oldum bugunde temize cixdim yani 18 men bilmek istiyerdim mende hansi gun hamile qala bilerem ya ovulyasi vaxtim hansi gune duwur? Cavabiniz ucu teşekkurler. Amma etrafli yazsaniz cox yaxsi olar. Yani mende tsikl 28 gunnen bir olur cox vaxti.

    1. Salam.Ümumiyyətlə hər ay aybaşı qanaxması olan qadınlarda aybaşı siklinin 8 ci günündən 20 ci gününə qədər hamilə qalmaq riski var. Ona görə ki ovulyasiya bəzən tez, bəzən gec ola bilər və ya bir ayda iki ovulyasiya ola bilər. Sikliniz təxminən 28 gün olduğuna görə ovulyasiya 14 cü günə düşür hesabla. Buna görə də hamilə qalmaq üçün siklin 11-12 ci günündən 14 cü gün də daxil olmaqla əlaqədə olmaq məsləhət görülür.

  11. hekim,salam….evveler 26 gunden bir aybasim olurdum…ovulaciya gunum aybasinin 8 gunune dusurdu….axir 3 ayda ise 30 gunden bir olur…indi bilmek isteyirem ki,ovulaciya gunum ne vaxtdi?,….tesekkurler

      1. Salam hekim.men 2 aydi evliyem.mende indi ye geder heyatimda aybawi pozgunlugu yumurta agrilari olmuyub.men birinci evliliyimde hamile qalmiwdim ve istemediyimden derman atmiwdim ve uwax duwmuwdu 2 il bundan evvel….indi uwax istyrem qalmiram…sebebi nedi sizce?elaqede olanda o menden tez bowaldigini duwunurem.men ise gec.gec dururam ayaga yarim saata kimi uzanam ama sperim gelib tokulur.men her ayin 4 oluram 5 gun erzinde gelen ay ne vaxt olsax hamile qalmax sansim artar? Yawim 19 du..xahiw edirem etrafli cvblandirardiz

  12. Salam.7ci aydi ki ailəliyəm.aybaşı vaxti bir neçə dəfə 3gun bir dəfə 5gun gecikib.keçən ay 16si olmuşdu bu ay isə hələki olmuyub qarinin aşaği hissəsində ağrilar var nədən olar?

  13. salam hekim bagiwlayn narahat edirem.men her ay aybasini 4-5gun qabaga oluram.olan gunu azca agri olur.nisanliyam toyuma az qalib.aile qurmamwdn hansi mualiceni goture bileremki gelecekde cetinlik cekmeyk tez ve mualicesz hamile qalim?

  14. Salam doctor. Men 3 ayliq evliyem. Demeli, menim avqustun 7si toyum oldu. 9u menstruasiya basladi. Sonra, sentyabrin 7si, oktyabrin 7si, noyabrin 3u xestelendim. Isteyerdim, ovulaciya gunlerini ve hamilelik sansinin yuksek oldugu gunleri bilim. Ve deyim ki menim toydan oncede aybasi pozgunlugum hec vaxt olmayib. Onceden tesekkurler.

  15. Salam.men axirinci aybasi 7.10.2015 olmusam.Qan testi ve Usi hamileliyi 3 hefte gosterir.mumkundur mu yoxsa inkisafdan ki qalib.Xahis edirem cavab yazardiz bu meni cox narahat edir.

    1. Salam. Sonuncu aybaşıya görə həftəsi az çıxır. Amma yumurtlama aybaşı siklinin istənilən günündə ola bilər (nadir olsa da). Ona görə də hamiləliyin normal inkişaf edib etməməsini qanda 48 saat fərqlə XQ yoxlatmalqa təyin etmək olar.
      Əgər miqdar normal artırsa ( iki dəfə- ən azı 65%) demək hamiləlik normal inkişaf edir.

  16. Salam.men 7 ayliq aileliyem .kecen ay hekime getdim hormonlarim normadan az cixdi utrojestan bioferol dermanlarini atmagimi meslehet gordu hekim indi helekk o dermanlari atiram ancaq son iki ayda aybasim gah 5 gun gah da 7 gun gecikdi.cox sevinirdim ki hamile qalaram ancaq olmadi her defe test eledim hec ne cixmadi sizce aybasi gecikmem neydendi?bu ay yumurtlama vaxtini texmini hesabladim elaqede olduq ancaq artiq aybasi vaxtima 6 gun qalib uzumde sepgiler var azcada qarinimda agrilar hiss eleyirem sizce hamile qala bilerem?evvelceden cox sagolun deyirem

    1. Salam. Birincisi siz hələ 7 aydıq hamiləsiniz, yəni ki təlaşa bir səbəb görmürəm. İkincisi isə sizin yoldaşınız əvvəlcə spermaqramma verməldiri. Sizdə əgər hər ay yabaşı olursa və əlavə bir şikayət yoxdursa hələ ki tələsməyi məsləhət görmürəm.

  17. Salam hekim.Evvele Allah sizden razi olsun.Yazilan suallara cavablarinizi oxudum cox sag olunki ilk once bizi dusunursuz.Ilk sualim buduki men 7 aydir aileliyem adet halim 27-28-29 gunden bir olur.Hamilelik olmur cox narahatam sizce ne vaxt hekime muraciet edim.Birdeki hekime getdikde hansi analizler verilir?

    1. Salam. Həkimə bir il tamam olduqdan sonra getmək tövsiyyə olunur, əgər heç bir şikayət yoxdursa.
      Bir il sonra hamilə qalmırsınızsa onda yoldaşınız spremaqramma verməli, siz isə ilk növbədə ultrasəs müayinəsindən keçm
      lisiniz, əlavə şikayətlərin olub olmadığı müəyyən edilir. Daha sonra əgər sizdə aybaşı sikli pozğunluğu varsa hormonal profil yoxlanılır, belə şikayətlər yoxdursa yalnız qanda prolaktin və siklin 19-21 ci günü progesteron yoxlanılır. USM nəticələrinə uyöun olaraq müayinə davam etdirlir. Əgər usm də də heç bir dəyişiklik yoxdursa onda uşaqlıq borularının keçiriciliyi yoxlanılır, uşaqlıq yolu və boynundan yaxma götürülür. İmmunoloji faktorlar yoxlanılır. Daha sonra genetik faktorların nə dərəcədə rol oynadığı təyin edilir. Stress faktorunun hansı dərəcədə rol oynadığı, əlaqənin düzgün vaxtlarda olub olmadığı təyin edilir.
      Endometrioz və qarın boğluğu tərəfindən hamiləliyə maneə ola bilən faktorun olub olmadığını təyin etmək üçün qarın boşluğunun laparoskopik müayinəsi keçirilir.

      1. Salam hekim men 3aydirki ayile qurmuwam normalda 28gunden bir aybawim olur ancaq oktyabrin 4olmuwam,noyabrin 9.qabaga atib 5gun.bu ayda hele aybawi olmamiwam.hamile qalmaq istiyirem en uygun gun hansidi zehmet olmasa yazardiz xahiw eliyirem.

  18. Salam, hekim mende herden olurki aybawi 2-3 ay vaxtinda ardicilliqla olur ancaq elede olurki 2 aydan bir aybawi oluram, men 3cu aydir ki aile qurmuwam, dekabrin 6 si aybawj oldum yene, siz mene hansi gunleri hamile qalmaqchun meslehet bilirsiz ?

  19. Salam hekim.Bagislayin sizi narahat elemek istemirem amma bunu bilmek cox vacibdi.Usaq 16heftelik olub.Abortda texminen 10-12 il bundan qabaq olub.Analizler verilende bilinermi bu???Butun analizler verilende.

  20. oktyabrda ayin 17 i noyabrda 12 i bu ayda 13 aybawi olmuwam her aybawi muddetimde 5 gun cekir siz dee bilersiz menim hamile qalmaq ucun en uygun gunum hansi gunlerdi

  21. Salam hekim men yanvarin 1de xesdelenmiwem menim ovulasiya vaxtim hacandi deye bilersiz zehmet olmasa 1ildi evliyem ama hele ne hamile qalmamiwam birce defe de

    1. Salam. Təxmini ovulyasiya vaxtı yanvarın 13-14 nə təsasdüf edir. Amma ovulyasiya aybaşı siklinin 8 ci günündən 20ci gününə qədər baş verə bilər. Cinsi əlaqə ovulyasiya vaxtı yox, ovulyasiyadan 2-3 gün əvvəl başlanmalıdır. Ona görə ki, kişi cinsi hüceyrələri qadın orqanizminə düşün aktivləşməsi üçün zaman lazımdır. Qadın cinsi hüceyrəsi isə maximum 24 saat yaşayır.

  22. Salam men 3aydı aılelıyem dekabr ayında aybawım 3gun oldu ayın 6sı bu ayda ayın 6sı oldu hamile qala bılerem mı hamilelik rıskı var ya yox. Xahıw edırem cavavlandırın

  23. Salam.men bir defe hamilelik kecirmisem ve usaq inkisafdan qalib.6heftelik olanda.analuz filan verdim hec bir problem cixmadi.heddinden artiq stresli ve fikirli oluram.her ay eyni gunde olurdum son iki aydi evvelki aydan gec oluram.yeni kecen ay 25i olmusdumsa ondan sonraki ay 26si xestelendim.usagi goturtduyumden 6ay kecib ama hamile qalmamisam.bu normaldirmi ve hamile qalmaq ucun neynemeliyem?

    1. Salam. Sizin yaşınız 35 dən azdırsa, daxili cinsiyyət orqanlarında heç bir inkişaf qüsuru yoxdursa, hər ay aybaşı olursunuzsa, aybaşı sikli 28 gün və daha çox olursa heç bir narahatlığa səbəb yoxdur. Çalışın stressli-fikirli olmayasınız. Hər şey düzələcək.

  24. Salam Doktor.bagiwdayin cox uzr isteyirem.menim toyum sentyabirin 30u olub.artiq 4 aydi aileliyem.toyumdan sora oktyabirin 4u,noyabirin 30u,dekabirin 28i,bir de bu ayin bu gunu yeni 22si olmuwam.ferqe baxin.hemiwe 4 ya da 2gun qabaga atmiwam.ama bu defe 6 gun.men hamile qalmaq cox isteyirem.xaiw edirem aciq wekilde mene bawa sala bilersiz hansi gunlerde ehtimal boyukdu?he bir de onu deyim ki kecen ay vaxtimdan kecmemiwdi.ama aybawidan 1 gun qabaq testle yoxlamiwdim nazik 2 xett cixmiwdi.ama 1-2 sora yene aybawi oldum.cox xaiw edirem komek edesiz.onceden tewekkurler.

Sekine memmedova üçün bir cavab yazın Cavabı ləğv et