Uşaqlıq boşluğunda polip

 

Uşaqlıq boşluğunda polip uşaqlığın endometrial qatında baş verən ocaqlı hiperplaziyadır (böyümədir).  Endometrium iki qatdan ibarətdir – bazal qat və funksional qat. Buna görə də endometrial polip də iki mənbədən əmələ gələ bilir (funksional və qeyri funksional poliplər). Adətən reproduktiv dövrdə funksional qatdan əmələ gəlir polip. Bazal qatdan əmələ gələn polip adətən 35 yaşdan yuxarı şəxslərdə əmələ gəlir.

Histoloji olaraq polipin vəzili və fibroz formaları olur. Bu bölgünü daha da genəltmək olar. Vəzili polipin adenomatoz polip , yəni bədxassəli formaya keçmə riski var (0.5%).

Polipin əmələgəlmə səbəbləri müxtəlifdir. Adətən vəzili polipin əmələgəlmə səbəbini nisbi və mütləq hiperestrogenemiya ilə əlaqələndirirlər. Amma çoxsaylı abort, uşaqlıqda iltihabi prosses və s digər səbəblər də göstərilir. Digər mənbələrə görə isə polip avtonom fəaliyyətə malikdir, yəni onun əmələgəlməsi və xüsusilə böyüməsi yalnız polipin öz hüceyrələri ilə əlaqəlidir.

Simptomları- polip əlamətsiz də mövcud ola bilər. Polipin verə biləcəyi əlamətləri- menstrual qanaxmanın 7 gündən çox davam etməsi, menstrual qanaxma  zamanı və ya qanaxmadan kənar günlərdə qarnın aşağı nahiyyəsində və beldə ağrılardır ( 2 sm dan böyük olarsa).

Diaqnostikası-  polip sağlam, reproduktiv dövrdə olan qadınlarda USM- də görünə bilər. Düzgün diaqnostika üçün menstrual qanaxma bitdikdən dərhal sonra USM etmək lazımdır.

Uşaqlıq boşluğunun qaşınması – mütləq edilməli bir prosedurdur. Belə ki bu həm polipin müayinə metodu, həm də müalicə variantlarından biridir. Bu metodla polipdə bədxassəli şiş hüceyrələri olub, olmadığı təyin edilir.  

Histeroskopiya- narkoz altında uşaqlıq boşluğuna histeroskop salınır və uşaqlıq boşluğuna maye vurulu. Bu uşaqlıq boşluğundakı patoloji ocağı gözlə görməyə şərait yaradır.

Müalicə-

Əgər polip xəstəni narahat etmirsə və histoloji müayinədə onun xoşxassəli olması təsdiq olundusa nəzarət etmək olar. Çünki kiçik poliplərin öz- özünə soruluması mümkündür.

Konservativ müalicə- progesteron preaparatları, gonadotropin relizinq preparatları agonistləri( buserein, goserelin).

7 gün verilən antibakterial və iltihabəleyhi terapiya müsbət nəticə verə bilər. Hormonal preparatlardan olan per oral kontraseptivlər də təyin edilə bilər (3 ay). Əgər polip xoşxassəlidirsə.

 

 Uşaqlıq boşluğunun qaşınması-  bu prosedur həm də diaqnostik metod olduğundan müalicədə ilk addımdır. Amma uşaqlıq boşluğunun qaşınması zamanı polipin tam xaric edilməməsi riski  var, yəni polipin 70% i xaric olar təxminən, 30 % i isə qalar.

Histeroskopiya ilə edilən prosedurlar isə dəqiqliyi ilə fərqlənir- rezeksiya, koaqulyasiya, kriodestruksiya ,lazer daha effektiv metodlardır. Xüsusilə axrırıncı iki metod daha effektivdir. Çünki endometriumun daha dərin qatlarına keçərək qalıq hüceyrə riskini sıfra endirər.

Qeyd edim ki, əgər polip il ərzində 3 dəfə residiv verirsə, uşaqlığın çıxarılması haqda fikirləşmək lazımdır (cərrahi yolla xaric olunursa).

Polipin cərrahi üsulla xaric edilməsi sonrasında müalicə davam etdirilməlidir, bu zaman progesteron tərkibli preparatlar təyin edilir (17 OPK).

Polip sonsuzluq kimi bir problemə səbəb olar . Və polipin uşaq boşluğundan xaric olunması fertilliyin bərpa olunmasına gətirib çıxarar.Polip həm düşüklərə  səbəb ola bilər, həm də əgər uşaqlıq borularına yaxın yerləşərsə hamilə qalmamaya səbəb ola bilər. Ümumiyyətlə bu barədə çoxsaylı nəzəriyyələr var.  Hamiləlik zamanı polipin yenidən yaranması riski demək olar ki yoxdur.

10 thoughts on “Uşaqlıq boşluğunda polip

  1. salam usaqlıq boşlugunda polip var.diaqnoz qoyulub 4 xestexanada muxtelif ölçülerde qoyulub 23vur11,amma bir xestexanada baxılıb hekim deyir endemetrium uzununa ölçulub.bilmirsen ne edesen xaiş edirem polip uşaqlıq boşlugunda olanda qadında hansı hallar baş verir,cavab yazardız aybaşı nece olmalıdı.

    1. Salam. Ilk öncə qeyd etmək istərdim ki, polip özünü heç nə ilə biruzə verməyə də bilər, və ya aybaşıdan kənar qanaxma, bəzən isə ağrı ilə özünü biruzə verə bilər. Bir sıra qadınlar isə sonsuzluq şikayəti ilə müraciət edirlər.
      Uşaqlıq boşluğunda polip olub olmadığını təyin etmək üçün aybaşı bitənə az qalmış ultrasəs müayinəsindən keçmək lazımdır. Bu halda siz dəqiq biləcəksiniz ki polip var ya yox.

    2. salam usaqliq boslugunda polip var 1 denedi 1 kurs mualice etdirdi bir az balacalandi ancaq sorulmadi sorula bilermi birdeki polip goturulenden sonra hamile qala bileremmi

      1. Salam. Uşaqlıq boşluğunda polipin konservativ yolla müalicəsi nəticəsi positiv olmur həmişə (dərmanla). Uşaqlıq boşluğunun qaşınması və polipin patohistoloji müayinəyə göndərilməsi ən düzgün üsuldur. Polip hamiləliyə maneə olan səbəblərdəndir. Polip götürülsə hamilə qalma şansınız artar.

  2. Salam,endometriyada polip var usm le yoxlanilmisam,qasinib goturulmelidi bilmek istirem goturulendensora hamile qala bilecem ya ciddi problemdi bu?
    Ewelceden tessekur

  3. Salam.Anamin 55 yasi var.Hem endometriya qalindir(10mm) hem de polip var.Hekim deyir mutleq qasinib analiz olunmalidir.Men cox narahatam.Xahis edirem cavab yazin eger analiz yaxsi cixmazsa bu nece mualice olunur?Bir de hansi usulla bunu 100 % aradan qaldirmaq mumkundur?Xahis edirem cavab yazin.

  4. Salam.Cavab yazdiginiz ucun tesekkur edirem.Anam haqqinda yazmisdim.Endometriyanin hiperpllaziyasi.Anamin 55 yasi var.Qasittirmaq isteyirik.Ancaq anamin ureyi xestedi,miokard infakt olub,hem de urek damar catismazligi var.Hekim deyir anesteziya altinda olmalidir.Cox qorxuram.Ureyindeki narahatciliga gore bir problem olmaz ki?Hem qasinma neticesinde matka zedelenmez ki?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma