Süd verən ana necə qidalanmalıdır

 

Süd verən ana  öz qida rasionuna ciddi nəzarət etməlidir. Ona görə ki, ananın qəbul etdiyi istənilən qida körpəyə pis təsir edə bilər.

Süd verən ana nə qəbul etməməlidir?

Soğan, sarımsaq, paxlalı bitkilər, kələm körpədə köp yarada bildiyinə görə qəbul olunmamalıdır. Sitrus meyvələrinin qəbulundan çəkinmək lazımıdır. Vitamin C tərkibli dərman preparatları körpədə allergiya verə bilər.

Süd qəbulu bir stəkandan artıq olamamlıdır gündəlik rasionda.Onun körpədə allergik reaksiya vermək riski yüksəkdir.

Spirtli içki tamamilə qadağandır. Siqaret çəkmə qadağandır (əgər tərgidə bilmirsinizsə süd vermdən sonra siqaret çəkməzniz məsləhətdir). Südü artıran vasitə kimi məsləhət görülən spirtsiz pivə  qəbulu da qadağandır.

Qazlı içkilər körpədə köp yaratdığına görə məsləhət görülmür.

Gündəlik rasionda maye qəbulu 2-3 litr olmalıdır.  Siz maye kimi su, qara çay, yaşıl çay, şüyüt dəmləməsi ( bu həm süd artırır, həm də uşaqda köp olduqda yaxşı kömək edir) qəbul edə bilərsiniz, az miqdarda kofe qəbulu da yolveriləndir.

Əgər siz südvermə dövründə hansısa qidanı yeni qəbul edirsinizsə bunu az qəbul edin və körpənizin ona necə reaksiya verməsinə nəzarət edin.

Qeyd edim ki, süd vermə dövründə qadın orqanizmi normaldan 700 kkal çox enerji tələb edir. Südvermə dövründə çəki azaltmaq üçün pəhriz saxlamaq hec də məsləhət deyil. Çünki pəhriz saxlayan zamanı parçalanma məhsulları, zərərli maddələr süd vasitəsi ilə də xaric olur.

Süd artıran vasitələr kimi məsləhət görülən ərik qurusu, süd və çayın qarışığı əsaslı deyil.

Siz çalışın ki, körpənizlə çox vaxt keçirəsiniz, sizdə analıq hissi yaransın və bu südün yaranmasına və artmasına səbəb olar.

Süd vermədən 10-15 dəq əvvəl maye qəbulu da südün yaranması və artnasına səbəb olar.

Bir də ki, körpənizi 1 saat içində bir neçə dəfə yedizdirməsəniz daha yaxşı olar. Çünki bu həm körpədə köp olmasına səbəb olar, həm körpənin də sizin də gecə yuxusunu pozar. Gecə yuxusu isə süd əmələgəlmədə əvəzsiz rol oynayır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma