Hamiləlik əlamətləri və hamiləliyi təyin etmək üsulları

Hamiləlik əlamətləri 3 qrupa bölünür:

Təxmini əlamətlər:

ürəkbulanma

dad hissinin dəyişməsi

iybilmənin dəyişməsi

qıcıqlanma, əsəbilik, yuxulu olma

qarın və ya bel nahiyyəsində ağrı.

Amma bu əlamətlər həmişə hamiləlikdə olmur. Basqa bir xəstəliyin əlamətləri də ola bilər.

Şübhəli əlamətlər:

menstrual sikldə ləngimə

süd vəzilərinin bərkiməsi, süd gəlmə

piqmentasiya ( gilənin ətrafında bu özünü daha çox biruzə verir)

qarnın böyüməsi.

Şübhəsiz əlamətlər:

dölün əllə təyin olunması

dölün ürəkdöyünməsinin hiss olunması

USM də təyin olunması dölün.

Təxmini əlamətlər özünü mayalanmadan bir neçə gün sonra biruzə verər. Şübhəsiz əlamətlər isə özünü 16-18 həftələrdə biruzə verər.

Hamiləliyi təyin etmək üsulları:

Hamiləlik testləri: menstruasiyada gecikmə olan günündən 3 gün sonra hamiləliyin olub olmamasını göstərər, bəzən sikldə gecikmə olan günü də göstərə bilər.

Qanda XQ yoxlanılması- bu mayalanma olan gündən 10 gün sonra artıq hamiləliyin olub olmamasını dəqiq göstərər.

USM- hamiləliyin 3 cü həftəsindən başlayaraq hamiləliyi təsdiq edə bilər (transvaqinal üsul). Lakin bir sıra mənbələrin məlumatıma görə 9 həftəlik hamiləliyə qədər USM aparılması məsləhət deyil (əgər hamiləlik arzuolunandırsa), çünki bu düşük riskini artırar. Amma hamiləlikdə 12 həftəliyə qədər USM məsləhətdir, əks təqdirdə çox qorxulu olan bir hadisənin uşaqlıqdankənar hamiləliyin diaqnozu gecikə bilər.

Rektal temperaturun ölçülməsi- bu menstrual sikldə gecikmə olduqdan sonra səhər tezdən düz bağırsaq temperaturunun ölçülməsidir. Bu heç də dəqiq metod deyil və çox halda düzgün olmayan nəticələrə gətirib çıxarır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma