Abortdan sonra qadın orqanizmində baş verən prosseslər.

 

Hamiləlik başlayan vaxtdan qadın orqanizmi bu hadisəyə uyğunlaşmağa başlayır. Hormonal sistemdə bu dəyişikliklər özünü daha çox göstərir. Abort olduqda artıq uşaqlıqda böyüyən canlı yox olur və uşaqlıqda böyüyən canlıya uyğunlaşan hormonlar arasında disbalans yaranır, uzun müddət bu disbalalans qalır.

Fəsadlar

Hormonal disbalans ən birinci hədəf orqnlarına təsir edir:

Süd vəzi

Cinsiyyət orqanları

Abortun digər fəsadları aşağıdakılardır:

Uşaqlıq boynu zədələnir. Çünki abort zamanı uşaqlıq boynu mexaniki yolla (məcburi) açılır və bu uşaqlıq boynu iltihabına, uşaqlıq boynu çatmazlığına ( bu isə 18-20 həfətlikdə düşüyəsəbəb olur gələcək hamiləliklərdə)səbəb olar.

Uşaqlıq daxili iltihab – bu gələcəkdə sonsuzluğa səbəb ola bilər (uşaqlıqdaxili bitişmələr, endometriumun funksional qatının zədələnməsi)

Daxili cinsiyyət orqanlarının iltihabı

Yumurtalıq disfunksiyası (aybaşı pozulması)

Süd vəzi problemləri (satistikaya görə 8 və daha çox abort keçirənlərin süd vəzi xərçənginə tutulma riski daha yüksəkdir)

Çoxsaylı abort keçirənlərin  40% də 40 yaşdan sonra mastopatiya inkişaf edir.

Abortdan sonra psixoloji pozğunluqlar:

Qadın hamiləliyi pozmaq istəyi ilə müəyyən tibbi mərkəzə müraciət edər, amma analıq instikdi abortdan sonra qadının özünü günahkar hiss etməsinə səbəb olar. Qadınlar bunu inkar edə bilər. Amma bu qabıqaltında baş verən prosselərdir və qadın bu hissi duymasa da belə depressiya, əsəbilik kimi hallar yaşayar.

Abort bir cərrahi əməliyyatdır və bir cərrahi əməliyyat kimi də fəsadlar verə bilər. Çanaq venalarında tromb əmələgəlməsi bir neçə gün içində tromboemboliyaya səbəb olar, bu isə xəstənin itirilməsinə səbəb olar.

Abortu daha ağır keçirir – ilk hamilə, çəkisi az və əksinə çəkisi çox olan qadınlar.

əgər sizdə ginekoloji xəstəliklər varsa abortdan sonra xəstəliyin gedişi ağırlaşar.

Abort nə qədər erkən müddətdə aparılsa o qədər hormonal fona az təsir etmiş olar.

Abortdan sonra məsləhətdir-

Bir neçə ay dincəlmək və qidalı məhsullar qəbul etmək

 Heç olmasa bir aybaşı siklini keçirdikdən sonra  cinsi əlaqədə olmaq.

266 thoughts on “Abortdan sonra qadın orqanizmində baş verən prosseslər.

  1. Salam. Chox xahis edirem sualima cavab veresiz.4 defe abortdan sonra usaga gala bilmirem mueyuen sebebe gore gotuzdurmusem indi ne geder isteyirem usaga galmag olmur meslehet verin mene

    1. Salam. Abortdan sonra ola bilər ki, endometrium qalınlığında problem olsun. Bundan əlavə sizdə endokrin poğunluqlar da ola bilər.
      Bunun üçün siz menstrual siklin 12-14 cü günü Ultrasəs müayinəsindən keçməli ,endometriumun qalınlığı,ovulyasiya baş verirmi, uşaqlıq boşluğunda üzvi dəyişiklik varmı kimi suallara cavab tapmalısınız.
      Psixoloji səbəb də belə problemə yol aça bilər (həddən çox hamiləlik arzulama). Hamiləliklər arasında ən azı 3 ay fasilə məsləhət görülür.
      Qanda prolaktin, TSH yoxlanması məsləhətdir. Menstrual siklin 20 ci günü qanda progesteron yoxlatmaq da gərəkir.

    1. salam. Əslində tibbi abortdan sonra qanlı ifrazat təxminən 10 gün davam edir.Sizdə artıq 15 gündür davam edir, amma qara rəngdə. Bu o demıkdir ki, sizdə ciddi problem yoxdur. Yəqin ki siz həmin ifrazatın getdikcə azaldığını da hiss edirsiniz və bu normaldır. Əgər ifrazat al qırmızı rəngdə və bol olsaydı, 10 gündən çox davam etsəydi narahat olmağa səbəb olardı.

  2. salam 34 yasim var 1ay bundan evvel ilk hamileliyim usaq olu olduguna gore telef olub. usaq 9 heftelik adi ile abort olunub amma qarnimda 13 heftelik idi. artiq 35 gundu ki menstrual sikl gormurem bu normaldirmi?

    1. salam. Belə abort növünə unudulmuş abort (missed abortus) deyilir. sizin yaşınızı və abortun dövrünü nəzərə alaraq deyə bilərəm ki, yəqin ki döldə genetik problem olub. Ona görə gələcək hamiləlikdə genetik testlərin aparılması məsləhətdir.
      Menstrual qanaxmanın (aybaşının) gecikməsi normaldır. Amma hər bir qadın abortdan sonra bir dəfə əlavə olaraq daxili cinsiyyət orqanlarının ultrasəs müayinəsindən keçməlidir.
      Abortdan sonra menstual qanaxmanın olmaması bir neçə ay baş verə bilər. Amma bu gecikmənin digər səbəbləri hamiləlik, abortdan sonrakı stress və endometriumun funksional qatının zədələnməsi ola bilər.

  3. salam hekim.men kecen ayin noyabrin 22si 4heftelik aciliwim oldu dermanla.6 gun aybawi kimi birde laxtalar geldi tokuldu.6gun sonra qanim kesildi.dekabrin 2si test aldim iki dene yoxladim neqativ cixdi.ama menim bawim gicellenir ureyim herden bulanir halim yoxdu.bu neyle elageli ola biler?

    1. salam. Əlbəttə ki ancaq testlə hamiləliyi inkar etmək olmaz. Bunun üçün acqarına qanda xorionik qonadotropin (XQ) yoxlanılmalıdır. Amma sizin saydığınız əlamətlər təkcə hamiləlikdə deyil, həm də mədə-bağırsaq xəstəlikləri,böyrək xəstəlikləri, nevroloji xəstəliklər, qanazlığı, yüksək və ya aşağı arterial təzyiq, infeksion xəstəliklər, gərgin gün rejimi zamanı da təsadüf oluna bilər.
      Səbəbi dəqiqləşdirmək üçün sizə məsləhətim- qanın və sidiyin ümumi analizi, arterial təzyiqin ölçülməsi,qarın boşluğu orqanlarının ultrasəs müayinəsidir.

      1. matkanin temizlenmesine gore ewitmiwem.bir de hekim men cimenden sonra qollarimda qawinmalar sepkiler olur sonra kecib gedir.bu neyden ola biler?

  4. salam doctor sizi narahat edirem men ayliq hamileydim ve usaq qarnimda olmusdu meni abort etdiler abortdan sonra mende az qanama oldu lakin 15 gun sonra mende yene qanama oldu ama tekce 1 gun sonra dayandi indi az qalir 1 ayolsun hele hecne yoxdu sizce bunedemekdi xais edirem sualimi cavablandirasiniz

    1. salam. siz menstrual qanaxmanı nəzərdə tutursunuzsa bu normal bir haldır. hamiləlik pozulduqdan sonra bir müddət sarı cisim (yumurtalıqda) öz fəaliyyətini saxlayır və belə hallarda hətta hamiləlik testi də müsbət ola bilər. sadəcə olaraq profilaktik olaraq kiçik çanaq orqanlarının ultrasəs müayinəsindən keçə bilərsiniz.

  5. salam hekim men dekabirin 23 dermanla acilis etmisem 15 gun qan laxda geldi yanvarin 7 si qurtardim 8 den qurunmaq ucun derman atiram urek bulamam oldu test eledim biri tun qirmizi biri ise az gozle gorunen qirmizi oldu bu ne demekdi xahis edirem cavablandirin

  6. bilmek istiyirdim ki abortdan 10 gun kecib.cinsi elaqe 11 ci gun olub.onsuzda kisi spermi 3 gun fealiyetini saxliyir yeni farmateksin vaginal tabletkasini qoymaq olar birden qorxuram hamile qalaram .yeni hamilelik olmasin.olarmi bele 1 sey edim??????????

      1. Mən bilmək istəyirdim, həb (dərman) vasitəsi ilə abort yoxsa əməliyyat?
        -tibbi baximdan hansi məsləhətlidir?
        -həb (dərman) vasitəsi ilə abortun fəsadları nədir?
        -əməliyyat vasitəsi ilə abort fəsadları nədir?
        -əməliyyat müddətində verilən narkozun sonra fəsadları qala bilərmi, ümumiyyətlə bu doza yüksək dozadır ya az doza hesab edilir?
        -hər iki halda abort prossesi nə qədər zaman alır? sonra nə qədər diqqət eləmək lazımdır?
        -abort üçün məsləhətli kilinika və təxminən hər iki hal üçün qiymət nə qədərdir?

        Öncədən təşəkkürlər!

  7. 1. əslində hamiləliyin müxtəlif dövrlərində müxtəlif üsullar uyğundur.məsələn- hamiləliyin 65 gününə qədər həblə abort mümkündür. Bu dövrü keçdikdən sonra isə instrumental üsullardan (sizin dediyiniz cərrahi) istifadə olunur.
    2. tibbi baxımdan ,əgər aborta göstəriş yoxdursa-genetik anomaliya,ananın ağır xəstəliyi,zorlanma nəticəsində hamiləlik- yəni bu səbəblər yoxdursa ümumiyyətlə abort məsləhət deyil.
    həb üsulu və ya instrumental üsulun hər birinin fəsadları ola bilər. Amma əlbəttə ki həb üsulu ilə abort (65 günluk hamiləliyə qədər) instrumental üsulla abortdan daha təhlükəsizdir.
    3. abortun fəsadlarına gəldikdə isə- həb vasitəsilə abortda- uşaqlıq boşluğunda toxuma qalması, qanaxma,qalxan infeksiya,və bu infeksiya sayəsində gələcəkdə sonsuzluq ola bilər. amma ən çox təsadüf olunan-qanaxma və uşaqlıq boşluğunda toxuma qalmasıdır.
    instrumental abortun fəsadları isə-infeksiya, uşaqlıq divarın deşilməsi,uşaqlıq boşluğunun tam təmizlənməməsi,uşaqlıq divarının həddən artıq qaşınması sayəsində sonsuzluq.
    4.instrumental abort zamanı (əlbəttə ki 12 həftəlik hamiləliyə qədərki dövrdə) verilən narkoz çox qısa müddətli vasitə olduğuna görə fəsadlar da demək olar ki olmur. amma əlbəttə anestezioloqun göstərişlərinə düzgün əməl olunmalıdır.(belə proseduraya acqarına getmək lazımdır).
    5.həblə abortun müxtəlif üsulları var- üsuldan asılı olaraq-bir və ya iki gün davam edir.
    instrumental abort isə maksimum 10 dəqiqə davam edər. abortdan sonra orqanizm sonraki bir ay ərzində bərpa olunur.cinsi əlaqə bir -iki həftə sonra olar.
    6. abort bütün bizim ginekologiya üzrə ixtisaslaşmış klinikalarda aparmaq mümkündür.

    1. Jalə xanim, sualları ətraflı cavablandırdığınız üçün təşəkkür edirəm.Son olaraq bir melumat ve meslehetivizi de almaq isteyirem:
      Deməli xanim son dəfə 22 yanvarda mensturatsia (aybaşı) olub, 23 yaşındadı, 3cü dəfədi abort olunacaq, hansı abort üsulunu məsləhət görürsünüz?

      Sonda, onu bilmək istəyirəm:
      – sizin klinika harada yerləşir?
      – Kimə müraciət edə bilərik, (Məsləhət bildiyiniz həkim)
      – hər iki üsulda (həb və əməliyyat) sizin klinikada qiyməti neçəyədir?

      Öncədən təşəkkürlər.

      1. ilk öncə ultrasəs müayinəsindən kecib hamiləlik müddəti təyin edilməlidir. Çox ehtimal ki hamiləlik müddəti 65 gündən azdır.Əgər belədirsə instrumental aborta ehtiyac yoxdur. Həb üsulu ilə də hamiləlik pozula bilər.
        ginekologiya sahəsində ixtisaslaşmış xəstəxanalar çoxdur-məsələn, Mama-Ginekologiya institutu, Respublika Klinik xəstəxanası,3 saylı Sabunçu xəstəxanası, Sağlam ailə xəstəxanası və s. Amma ilk öncə hamiləlik müddətini gecikdirmədən ultrasəs müayinəsindən keçmək lazımdır.

      2. Salam Jale xanim,

        Zehmet olmasa mene deyin, emeliyyat usulu ile abortdan sonra, hemin hisseye su deyerse (ve ya dush qebul olunarsa) bunun her hansi bir fesadi ola biler?

        Bir de ki, abortdan sonra daxilde chox qan qalibsa bu ne demekdi? ne kimi fesadi ola biler? ve bu qan ne qeder vaxta temizlener.

        Onceden teshekkurler.

      3. salam.siz yəqin instrumental üsul ilə abortu nəzərdə tutursunuz. bu halda duş qəbul etmək olar. ancaq vanna qəbulu qanlı ifrazat dayanana qədər olmaz. uşaqlıq zəif yığılan hallarda qan qala bilər belə halda uşaqlıq yığılması üçün dərman təyini kifayətdir. məsələn oksitosin.

      4. Çox sağ olun Jalə xanim,

        Yazılan dərmanlar, levo-denk 500, clotri-denk 100, no shpa və flukonazol 150 (1 tabletka göbələk əleyhinə) bunlardır. Sizcə bu dərmanlar kifayət edər?

        Bir də, zəhmət olmasa levo-denk 500 və clotri-denk 100 istifadə qaydasını yazardınız. resepde yazılanı oxumaq mümkün olmadı.

        Öncədən təşəkkürlər.

      5. yəqin ki xanımda əlavə problemlər (vaqinit) olduğuna görə bu antibakterial dərmanlar yazılıb. adətən profilaktika üçün vaqinal şam kifayət edərdi.
        nospa özü də uşaqlıq boşluğuna qan yığılmasının qarşısını alır . amma bu müalicədən sonra hələ də qan qalarsa boşluqda onda oksitosin inyeksiyası lazımdır.
        levo denk gündə 3 dəfə bir həftə yazılır.klotri denk isə gündə bir şam uşaqlıq yoluna təyin edilir.
        amma reseptdə nə isə aydın deyilsə yaxşı olar ki onu yazan həkimlə aydınlaşdırasınız.

      6. Salam Jale xanim,

        Abortdan oncəki gündə birlikdəlikdən hamilə qalmaq ola bilər? başqa sözlə, birlikdəlikdən 1 gün sonra abort olursa, həmin birlikdəlikdən hamilə qalma ehtimalı var?

  8. Salam doktur, men 25 yasindayam ve 2 yasinda qizim var, normal dogus olub, indide ev 3 ayliq yeni 12 heftelik hamileyem, doktor abort etmek isteyirem, yalniz 2 ci usaginabortu tehlukeli oldugunu, ve sonsuz olma ehtimalinin oldugunu deyirler, sizce bu duzgundurmu?

    1. salam/ bu duzgun fikir deyil/ sonsuzluq riski hər bir abortda var.bu bir fəsaddır. amma aborta heç bir göstəriş yoxdursa hamiləliyi saxlayın. siz abort etdirdikdə öz övladınızı öldürmüş olursunuz özüdəki xüsusi amansızlıqla. ele tesevvür edin ki kimse sizi diri diri kəsir.

  9. Salam hekim cox yaxin refiqem 4 hefte 3 gunluk hamiledi sizce bu halda mini abort tehlukesizdi yoxsa dermanla? ve mini abortu narkozla etse bir prablem olmaz?dozumsuzdu ona gore narkozsuz istemir..birde dermanla etmey olarsa hekim etmelidi bunu yoxsa ev weraitinde olar?qeyd edimki ilk hamileliyidi

    1. salam. abortdan sonra ilk iki -üç həftə sarı cisim öz fəaliyyətini saxladığına görə hamiləlik riski olmur.Hətta bu dövrdə siz hamiləlik testi etsəniz cavab fəaliyyətini itirməmiş sarı cisim sayəsində pozitiv ola bilər.

      1. Salam men 5heftelik hamile idim abort eledim hec bir agri hiss etmeden 1gun qan geldi sonrasinda gelmedi bu normaldi?birde abortdan nece muddet sonra hamile qalmaq olar?

  10. Salem doktor men 8 heftelik inkiwafdan qalmiw hamileliyimi abort etdirmiwem artiq 5 gundur,abortun3 cu gununde hekimim uzide baxdi ve qan laxtalarinin oldugunu dedi stola cixarib wpristle temizledi oksitasin vurdururam agrilarim var uwaqligin awagi hissesinde al qirmizi cox az laxtali qan deyir bu normaldimi?ve nece gun davam ede biler?evvelceden cox tewekkurler

    1. salam . abortdan sonra uşaqlıq düzgün yığılmadığı hallarda uşaqlıq boşluğunda qan toxuması qala bilər. belə hallarda uşaqlıq boşluğunun yığılmasını təmin edən dərmanların (məsələn-oksitosin) vurulması məqsədəuyğundur. bu qrup dərmanlar uşaqlıq yığılmasına səbəb olduğundan ağrı törədə bilirlər.
      bu qanlı ifrazat da normaldır. davametmə müddəti isə yenə də hər orqanizm ucun fərqlidir.

    1. salam. abortdan sonra aybaşı gecikməsi ola bilər. qorunma üsulu kimi ən yaxşı üsul uşaqlıq daxili spiral qoyulmasıdır.Amma bunun üçün də xanım ilk növbədə ultrasəs müayinəsindən keçməli və uşaqlıq yolundan yaxma verməlidir.

  11. salam.men bilmek isterdim.ki coxlu abort etdirmisem.2009-cu ilden bu gune qeder 4 defe abort 4 defe qasiyiblar. qaliq qalib icerde. bu mene ne qeder ziyan ola biler yeni sonra usaq olma ehtimali var ya yox cox qorxuram..

    1. salam. əgər sizdə keçmişdə qalıq alıb və onu təmizləyiblərsə və indi ultrasəs müayinəsində entometriumun qalınlığı menstrual siklə uyğun gəlirsə bu hadisələrin heç biri hamiləliyə mane ola bilməz.

      1. Salam,
        Zehmet olmasa deyerdiniz, spiral qoydurmaqin qadin ucun nese bir fesadi ola biler? Sonsuzluq ve ya diger nese.

        Hemcinin, hamilelikden qorunmada en yaxshi usul ne hesab olunur onu bilmek isteyerdim.
        Onceden teshekkurler

      2. salam. ən yaxşı qorunma üsulu uşaqlıq borularının bağlanmasıdır. bu geridönməz bir prosedurdur. ikinci yerdə uzunmüddətli progesteron preparatlarıdır. daha sonra kombinə olunmuş per oral kontraseptivlərdir. daha sonra isə uşaqlıqdaxili spiraldır. bu haqqda siz bu blogda oxuya bilərsiniz.

  12. Salam doktr. Men dunen 13heftlk qiz uwaqni abort eletdrdm. Coooox pis tesr elyb mene. Ozumu bagwlaya bilmirem. Elece balama dusunurem.ve men ne qedeeden sora hamile qala bilerem? Ve keyserime ziyani olmazki?birde oglan olmasi ucun hesablamalar vare onlar dyzgundu?

  13. salam.abort mayin 16si olub.20sine qeder hec bir agri olmayib ve qan gelmeyib.amma 20 si agri da oldu al qirmizi rengde qan da geldi
    normal haldir bu yoxsa qaliq qalib? evvelceden tesekkurler

    1. Salam. Hamiləlik baş verməməsinin səbəbi aydınlaşmalıdır.bunun çoxlu səbəbləri ola bilər.ilk öncə ginekoloji orqanların ultrasəs müayinəsi aparılmalıdır.daha sonra yumurtalıqların fəaliyyəti təyin edilməlidir.bunun üçün aybaşının iık 7günündə səhər acqarina qanda fsh.lh.tsh.dheas.prolaktin yoxlanılmalıdır. Və ginekoloji yaxma götürərək sizdə hər hansı bir törədicinin olub olmaması təyin edilməlidir.daha sonra isə əgər yumurtalama normaldırsa uşaqlıq borularının keçiricilik funksiyasının normal olub olmaması təyin esilməlidir.qanda progesteronun aybasi qanaxmadından 7gün əvvəl yoxlanmasl da vacibdir.bununla yanası yoldasınız da spermasının umumi analizi aparılmalıdır.

  14. salam hekim.1 il bundan evvel ilk usagimi abort etdirmiwem.4, 5 heftelik idi.mini abort oldu.5 ,10 deqiqe arasi vaxt cekdi.qorunmaq ucun hecne etmemiwem.hec munasibetde de iolmamisam.indi usaqa qalmaq isteyirem.sizce abortdan sonra mumkundurmu?

    1. salam. abortdan sonra ilk 4-5 həftə müddətində hamiləlik riski sıfra bərabərdir. abortdan sonra qarın nahiyyəsində ağrıların olması normaldır. belə ki uşaqlıq yığılaraq öz normal ölçüsünü alır. buna baxmayaraq medikamentoz abortdan sonra ginekoloji orqanların ultrasəs müayinəsi məsləhətdir.

  15. salam hekim men aprelin 9 da 4 hefteliy abort eletdirmisem hele normal ay basi olmamisam uziye gedmisem tezlikle ay basi olacaqsan deyib cox qorxuram test edirem hec ne yoxdu hekim 2 normal dogus edmisem bele bir sey mumkun ola bilermi 9 aprelden 19 iyuna qeder xayis edirem cavablandirin tesekkuller.

    1. salam. abortdan sonra aybaşı sikli pozula bilər. sizin nədən qorxduğunuzu dəqiq anlaya bilmirəm. sizdə hamiləlik yoxdur, ginekoloji orqanların ultrasəs müayinəsi isə göstərir ki ciddi bir problem yoxdur.
      amma həmişə nəzərdə tutun ki abort aybaşı siklinin pozulasına səbəb ola bilər.

  16. salam hekim men 2 defe abort etdirmisem indi ise 38 heftelik hamileyem.hamileliyi aybasi vaxti ile hesablayirlar.men son aybasi 04.09.2013 olub ama hamilekiyim buna uygun gelmir.sizde hesablasaz gorersiz.hekim sentyabr 28 nen hesablayir mende abort baresinde hec kese hecne dememisem.bu neynen elaqeli ola biler xais edirem mene komek edin
    tesekkurler

    1. salam. son aybaşı günü hamiləlik müddətinin təyin edilməsində şərti bir vasitədir. bu müddət ilə hamiləlik müddəti uyğun gəlməyə də bilər.
      əsas odur ki hamiləlik ultrasəs müayinəsində dölün qarnının və başının çevrəsi digər hissələrin ölçüsü ilə uyğun olsun və hamiləlik müddətinə 1-2 həftə fərq ilə uyğun olsun.
      bu onunla əlaqədar ola bilər ki sizdə gecikmiş ovulyasiya olub və ya bir menstrual sikldə fərqli vaxtlarda iki ovulyasiya olmuşdur.

  17. Salam,mənim 40 yaşım var,doguş olmamışdır,indiyədək 4 dəfə mini abort etdirmişəm,axırıncı abortu 36 yaşımda elətdirmişəm.Aybaşı hər ay requlyar vaxtında oluram,Sizcə mənim hamilə qalma ehtimalım varmı?Və nə etsəm daha tez hamilə qala bilərəm?Qeyd edim ki,qadın xəstəliklərindən problemim olmayıb.əvvəlcədən təşəkkür edirəm.

    1. salam. əgər sizdə ovulyasiya normal olursa (requlyar aybaşı bunun göstəricisidir) siz hamilə qala bilərsiniz. amma yaxşı olar ki siz ilk öncə ginekoloji orqanların ultrasəs müayinəsindən keçəsiniz, bundan əlavə uşaqlıq yolundan yaxma götürülməsi də məsləhətdir. yaş artdıqca ilk öncə fəaliyyətini itirən sarı cisim olur. ona görə əgər sizin menstrual sikliniz 28 gündən azdırsa və ya siklin son 7-8 günündə qan görürsünüzsə sarı cısım funksiyasını da yoxlamaq lazımdır. bunun üçün siklin son 7 gününün ilk günü qanda progesteron yoxlanılmalıdır.
      tez hamilə qalmaq üçün siz ultrasəs müayinəsi ilə follikulometriya elətdirə bilərsiniz. bunun vasitəsilə siz ovulyasiyanın nə vaxtı baş verəcəyini biləcəksiniz və ya ovulyasiyanı iki gün qabaqdan göstərən ovulyasiya testlərindən də istifadə edə bilərsiniz. bu arada partnyorunuzun da ən azı spermasının ümumi müayinəsi lazımdır.
      hamiləlik baş verməmişdən fol turşusu içməyə başlasanız yaxşı olar. belə ki fol turşusu sizin gələcək uşaqda mərkəzi sinir sistemi, ürək və s kimi orqanlarda anomaliya olma riskini azaldar.
      Sizə uğurlar.

    1. salam. siz spermisidlərdən istifadə edə bilərsiniz, amma bu cinsi əlaqədən dərhal sonra istidfadə olunmalıdır. ikinici üsul- təcili kontrasepsiya üsullarıdır-bu yüksək dozada progesteron sayəsində mayalanmış yumurtahüceyrənin uşaqlıq boşluğunda yerləşməsinə maneə olur.amma bu qrup dərmanları tez-tez istifadə etmək məsləhət görülmür.

  18. Salam hekim) padruqamin adinnan yaziram size. Padruqam may ayinin 18i 1aylig uwagi mini abort eletdirdi indi isr yene hamiledi 2defe abort eletdirson ya dermanla? Dermanla duwuk olunanda deyirler qaliq qalir bu dogrudurmu? Meslehet verin abort ziyanlidi ya derman?

      1. Əgər ureoplasma uşaqlįq yolundan alınan yaxmada tapılıbsa və onun məhz xəstəlik törədən növű tapılıbsa və xəstəlik törədən konsentrasiyada tapılıbsa onda müalicə lazımdır.
        Cünki ureoplasma normal halda da orqanizmdə kiçik konsentrasiyada olur və bu normaldr.
        Yəni ki əgər uşaqlı yolu yaxmasını PCR analizi aparįlmayıbsa můalicə yazılması doğru deyil

    1. Salam.abort medikamentoz və instrumental olur.yəni hər ikisi abort sayılır.əgər hamiləlik istənmirsə yaxşısı budur ki özünə uyğun qorunma metodu seçsin.cünki çoxsaylı abort insan orqanizminə çox ziyandįr. Əgər hamiləlik 65 günü keçməyibsə medikamentoz abort (dərmanla abort)mümkündür.

  19. salam.
    xahiw edirem menim de sualimi mumkun qeder tez cavablandirasiniz, cunki veziyyetim gergindi.
    menim 28 yawim var, aile qurdum, hamile qaldim, ama evde olan bezi problemler sebebinden uwagi 5-6 hefteliyinde vakuumla abort eletdirdim. abortdan 11 gun sonra yeniden yoldawimla yaxin olduq, ve indi yaxinligin ustunden 12 gun kecib. eynile hamilelikdeki hallari kecirirem, sepgi, urekbulnamasi, agrilar… cox qorxuram ki hamile qalam deye. mene deqiq deyin, aboprtdan 11 gun sonra hamile qalmaq mumkundurmu? onu da qeyd edim ki, abortdan 3 gun sora aybawi kimi qanaxma oldu 3 gun ve bitdi. yeni mence tam hamileliye hazir veziyyetde idim. test de solgun gosterir. yeni tibbbi baximdan abortdan 11 gun soraki yaxinligla hamilelik baw verirmui? ve eger baw verirse bu uwaq saglam ola biler? cunki abortdan sora 5 gun antibiotik qebul edirdim.

    1. Salam.abortdan sonra təxminən bir ay hamiləlik mümkün deyil.abortdan sonra hamiləlik sarı cismi gec sorulduğuna görə (təxminən bir aya) hamiləlik testi müsbət göstərə bilər.
      əgər sizdə qarın nahiyyəsində ağrı, qanaxma və ya qızdırma yoxdursa narahatlığa səbəb yoxdur.

  20. salam hekim.men kecen ayin 24du aybawi olmuwdum.ama bu ay olmadim test eledim dunen pozitiv cixdi.bu nece heftelik sayilir? bunu nece poza bilerem.ele yerdeyemki hekime gedenmirem bu dermanla mumkundurmu?

  21. Salam hekim, yene menem. siz deyirsiz bu mumkun deil abortdan sonra bir ay erzinde hamile qalmaq, ama men abortdan 3 gun sora aybawi oldum ve 3 gune aybawim bitdi. elaqem ise 9 gun sora oldu, yeni tam ovulyasiya zamanina duwur. abortdan sora agrilarim yox idi, ama indi kesgin agrilar var qarnimda, ureyim dehwetli derecede bulanir ve tez-tez temperaturum qalxir-duwur. bes bu neyin elameti ola biler? abortdan sora hekime getmiwdim, hec bir qaligin qalmadigini demiwdi. siz eminsiz ki bu hamilelik ola bilmez?

  22. bes hekimim deyir ki hamilelik ola biler. ultrasese getdim dediler her wey qaydasindadir. ne edim men indi? her hekim bir soz deyir. bes bu hallar mende nedendir? abortdan sonra agirlawmadirsa niye mehz abortdan derhal sonra yox, 2 hefte sonra bawladi mende bu hallar?

    1. Sizi başa düşürəm. Amma sizin saydığınız əlamətlər -ürəkbulanmada başqa (bu hamiləliyin şübhəli əlamətidir) hamiləlil əlamətləri deyil.
      Ikinci məsələ budur ki, hamiləliyin erkən mərhələlərində belə ultrasəs müayinəsi ilə hamiləlik sarı cismini görmək mümkündür. Sizdə ultrasəs müayinəsinin nəticəsi nədir?nəticədə nə yazılıb?
      Hamiləlik halı olsaydı belə əlamətlər belə erkən yarana bilməzdi.
      Belə şikayətlər ginekoloji orqanlarda iltihabi prosses olduqda, mədə-bağırsaq problemləri zamanı da ola bilər.

      1. son 4 gun bundan once hekim vaginal baxdi dedi hec. ne yoxdu. Hamilelik elametleridi dedi sende,ona da get 2 hefteden sonra gel baxaq. Qeyd edim kison aybawi 11.07 tarixinde olub. Abort ise 08.07 tarixinde. Bir de deyirsiz bele tez urekbilanmasi olmaz,ama men eynile ilk hamilelikdeki hallarimi yawayiram,onda da lap erkenden iwtahsizliq urekbulanmasi var idi. Siz eminsiz ki abortdan 1-2 hefte sonra hamile qalma ehtimali 0-dir?

      2. Abortdan sonrakı ilk 4 həftədə hamiləlik mümkün deyil. Amma belə şikayətləri olan insanı təkcə vaginal müayinə etmək kifayət deyil. Ultrasəs müayinəsi də hökmən aparılmalıdır.
        Qeyd edim ki abort etdirməmişdən qabaq ilk öncə ultrasəs müayinəsindən keçib orada həqiqətən hamiləlik olub olmadığını və hamiləliyin harada yerləşdiyini təyin etmək lazımdır.
        Ikinci bir tərəfdən qeyd etmək istərdimki qarında sancı və yüksək bədən temperaturu elm tərəfindən hələ ki hamiləlik əlamətləri kimi qəbul olunmayıb.

  23. salam hekim, men diger olkelerin saytlarinda oxuyuram ki, abort ozu de aybawi sayilir ve abortdan hemen sonra normal aybawidan sonraki kimi hamile qalmaq mumkundur. sadece abortdan derhal sonra hamile qaldiqda anaya ve uwaga tehlukeli ola biiler. bilmek isteyirem siz ozunuz hekimsiniz? eger eledirse, o zaman harada iwleyirsiz, sizin yaniniza gele bilerem muayineye?

    1. Abortdan sonra ilk 4 həftə baş verən hormonal dəyişiklik follikul yetişməsini ləngitdiyinə və ovulyasiyaya mane olduğuna görə və endometriumun mayalanmış yumurtahüceyrəni qəbul etmək iqtidarında olmadığına görə hamiləlil mümkün deyil.
      Siz kiçik çanaq orqanlarının ultrasəs müayinəsində keçməlisiniz .daha sonra səbəbi müəyyən etmək mümkü n olacaq.

  24. Salam hekim …menim ilk hamileliyindi 2 ayiliqidi.qetim uziye urek doyuntusun yoxlamaxa ..6 heftesinde insaftan qalibis..amma menen qan axma olmayib.bu nece ola biler.?mene elediler mini abort…men indi nece aydan sora qala bilerem usaqa?xayis edirem cavablandirin,

  25. Salam hekim, yene menem. Bundan onceki werhi yazan xanim. Abortdan sonraki ikinci aybawini gordum, yeni wubhelendiyim hamilelik olmamiwdir. Ama bir problem var ki artiq nece gundur ki sol sud vezimde keskin agrilar olur. Bunu abortun bir fesadi kimi qebul edib goz yummali, yoxsa mutleg yoxlamadan kecmeliyem? Bir de qan analizi vermiwdim, guclu infeksion vospolenie getdiyi aydinlawdi. Bu da aborta gore ola bilermi? Ne etmemi meslehet gorursuz bele halda?

    1. Salam. Süd vəzində olan ağrıların səbəbi çox müxtəlif ola bilər.bu həm stress və əsəbi gərginlik zamanı və ya hormonal fonda olan pozğunluqlar zamanı (mastopatiya) ola bilər. Bunu müəyyən etmək üçün süd vəzinin ultrasəs müayinəsi aparılmalıdır.
      Qanın ūmumi analizi isə orqanizmdə gedən iltihabi prossesdən xəbər verə bilər. Bunun üçün sizə həkim müayinəsi lazımdır.

  26. Salam, hekim. 3 defe mini abort eletdirmisem, axirinci defe 19 avqustda 2-3 heftelik hamilelik mini abortla sona catdirildi. Evvelki abortlarda tek bir gun az bulanig ifrazat olurdu, bir muddet sonra da aybasi bas verirdi. A mma bu defe 4-cu gundu gun erzinde demek olar ki bez blasmir amma axsam yuyunarken aciq qan rengli bulasiq az axinti olur, qarnimin asagisindada cox zeif agrilar olur bezen, bu aborttan sonraki hal ucun normaldir? Ureyim de bezi seherler azca bulanir hamilelkde oldugu kimi.

    1. salam.abortdan sonra təxminən 10 gün qanlı ifrazat az miqdarda davam edə bilər. ağrılar və ürəkbulanma uşaqlıq yığılması ilə əlaqəli ola bilər.
      amma qeyd etmək istəyirəm ki, aborta getməmişdən əvvəl hökmən kiçik çanaq orqanlarının ultrasəs müayinəsindən keçib hamiləliyin həqiqətən uşaqlıq boşluğunda olduğu təsdiqlənməlidir.
      əgər sizdə çox güclü narahatlıqlar varsa müayinədən keçməniz məsləhətir. əgər dediyiniz şikayətlər çox güclü deyilsə 6 gün də gözləmək olar. yəqin ki əlamətlər tədricən keçəcək.
      əgər qarnın aşağısındakı ağrılar sırf birtərəflidirsə və siz abortdan əvvəl ultrasəs müayinəsindən keçməmisinizsə müayinə olunmanız məsləhət görülür.

  27. Salam həkim.Mənim aybaşı vaxtımdan 1 gün keçib.Dünən hamiləlik testi etdim 5 dəqiqədən sonra ikinci xətt göründü.Bu gün səhər bazal temperaturumu ölçdüm,37 dərəcə oldu.Bu hamiləlik ola bilərmi?Əvvəlcədən çox təşəkkür edirəm.

    1. salam. Texniki problemlərlə əlaqəli olaraq gec yazdığıma görə üzr istəyirəm.
      Hamiləlik testi ən dəqiq nəticəsini aybaşı gecikməsindən 4-5 gün sonra göstərir.
      Əgər hamiləlik testi iki xətt göstərirsə bu hamiləlikdən xəbər verir.
      Yəni ki siz hamiləsiniz.

      1. Salam xanim, bilmek isteyirdim hamilelikden qorunmaq usulu kimi spiral qoyulmasi tehlukelidirmi? umumiyyetle bu usul nece usul hesab olunur (faydaliliq ve tehlukesizliye gore).
        Ve spiral qoyulandan ne qeder sonra elaqeye girmek olar?
        onceden teshekkurler.

  28. salam. men yoldasimla avqustun 5i qorunmadan yaxinliq etdim. 20si hamile oldugumu oyrendim.24u caytatec istifade etdim. 2 vaginaya,1 dil altina. azmiqdarda qan geldi. 26si eyni qaydada yene eyni dermannan istifade etdim. yene eyni netice aldim. 28i-29u noshba icdim onnan sonra qan acildi. dehset derecede cox qan geldi.laxdadageldi. ama test yene 2 xett gosterdi. sentyabrin texminen 10u olardi,usm qaliq var dedi. yene caytatex istifade etdim. yene nosbadan sonra qan acildi. cox sayda iri laxdalar gelirdi.tund qaraya calan qati axintilarda, sentyabirin 20si yene test 2xett gosderdi. daxilden usm baxildi, coxlu sayda qan yigintisi dedi. abort edildi. dediler cift qalib, qan yigilib. tam deqiq bas acmadim deyilennen. ama cox sayda laxda ve qan cixardilar. indi az az qan gelir. her sidiye gedendede. nese problem ola biler yene? yoxsa narahat olmagim sebebsizdi.

    1. Salam.
      1.Saytotek istifadə etdikdən sonra ultrasəs müayinəsindən keçmək lazımdır,çünki sizin qarşılaşdığınız hallar baş verə bilər.
      2. Test abortdan sonrakı 4-5 həftədə iki xətt və ya zəif xətt göstərə bilər
      3. Sizin uşaqlıq boşluğunuzu təmizləyiblər və qan gəlmə 10 gün davam edə bilər, amma sizin keçirdiyiniz hadisələri nəzərə alsaq qanaxma nisbətən uzun müddətə kəsəcək.Yəni ki bu normal haldır. Narahat olmağa dəyməz.

    1. salam.Abortdan sonra ilk 4 həftədə hamiləlik riski cüzidir.
      Uşaqlıq boynu eroziyası müxtəlif üsullarla müalicə oluna bilər- krioterapiay, elektrokoaqulyasiya ( yandırmaq) və s. Gələcəkdə hamiləlik planlaşdırırsınızsa krioterapiya daha məsləhətlidir Amma bu müalicə bir neçə mərhələlidir, yəni siz bu proseduraya bir neçə dəfə getməlisiniz.

      1. Salam. Hamilə olmama səbəbləri çox müxtəlifdir. Ümumiyyətlə,əgər siz iyul ayında abort olmusunuzsa heç sizə hələ hamilə qalmaq da məsləhət görmürəm. Ən azı 3 ay gözləmək lazımdır.
        Sİzdə hamilə olmamaq üçün hər hansı bir səbəb varmı? bir şikayət və ya aybaşı siklində poğunluq varmı?

      2. Hamiləlik vaxtı Triderm mazının istifadəsi həkim məsləhəti ilə olmalıdır. Əgər onu başqa bir vasitə ilə əvəz etmək olarsa əvəz olunmalı və ya şikayətlərin intensivliyi çox olarsa ehtiyatla təyin edilməlidir.

      3. Hamiləlikdə köp yaranmasın deyə- köpə səbəb olan qidalardan uzaq olmaq lazımdır. Bundan əlavə şüyüt suyunun qəbulu, aktiv kömür və ya espumizan qəbulu da hamilənin vəziyyətinin yaxşılaşmasına gətirər.

    1. Əvvəlcə ginekoloqu müayinəsindən keçmək lazımdır. Ola bilər ki heç bir əlavə müdaxiləyə heç ehtiyac yoxdur. Uşaqlıq yolu əzələ zəfiliyi adətən təbii doğuşu olan qadınlarda təsadüf olunur.
      Əzələləri möhkəmlətmək üçün bir sıra fiziki hərəkətlər var.
      Əgər lazım olarsa cərrahi müdaxilə də mümkündür. Bu zaman xüsusi vasitələrdən istifadə edərək uşaqlıq yolu daraldılır.

  29. Salam hekim trixamaniya qorxulu mikrobdu?men bunun ucun trixapol i kanamesin istifade etmisem ancaq soradan analize getmemisem.bunlar mikrobu yox etmeye komek etmis olarmi.birde zey haqda cox esitmisem onun zereri var?

      1. Salam. Hamiləlikdə adətən arterial qan təzyiqi ilk aylarda aşa düşməyə meylli olur, amma onun yüksək olması normal deyil.
        İkibuynuzlu uşaqlıqda olan hamiləlik həmişə nəzarətdə olmalıdır. Hamiləliyin böyük və ya kiçik buynuzda olmağının hamiləliyin gələcək inkişafı ilə bağlılığı var. Belə ki, hamiləlik kiçik buynuzda olarsa onun pozulma riski daha yüksəkdir. İkibuynuzlu hamiləlikdə hamiləliyi axıra çatdırma şansı təxminən 70% dir.

      2. ikibuynuzlu olanda düşük və ya vaxtından əvvəl doğuş olur.
        Çalışmaq lazımdır ki, uşaqlıq tonusu həmişə normada olsun. Bundan əlavə stressdən və fiziki yükdən uzaq olmaq lazımdır. Gün ərzində kifayət qədər istirahət də lazımdır.

  30. salam.mende 22-24 heftelik hamilelik pozuldu.ciftaralanmasi,qemotoma var idi.20 -25 gun mualice aldim xeyri olmadi.suni doqus etdiler.13 gun komur kimi qan geldi.2 hefteden sonra yeni indi yene gelir.ve men narahatam .qarnimda ve belimde aqrilar var.qan da indi hem duru hem qirmizi hem de ele bil palciq kimidir curuntu kimi.40 gunum ayin 8-i olacaq.uziye indi yoxsa 8-den sonra gedim?bele hal olmalidirmi normada?coxsaqolun.imza nara

    1. salam. Əgər sizdə hamiləlik vaxtı nə səpki nə də qripəbənzər əlamətlər olmayıbsa bu göstəricilərin nə indiki, nə də ki gələcək hamiləliklərə heç bir təsiri yoxdur. Yəni ki bu göstəricilərə əsasən sizə hansısa dərman yazmaq düzgün olmazdı.

  31. mene derman olaraq genefron wam,immuzol bide suslovax tabletkasi yazib hekim.deyirki 3 ay bu dermanlari atmalisan ayda 10gun olmaqla.onnan sonra novbeti hamilelik olar.prosta mene maraqli qaldi ki uwaq ne sebebden inkisafdan qaldi 9 heftelik.bide men diskinmisem 2defe ondan ola bilermi?yada bu inkisafdan qalma yoldasimla bagli ola bilermi?xaiw edirem cavablandirasiz..

  32. salam hekim men 1 il 3 aydi aileliyem iki defe hamile qalmiwam amma birinci hamileliyim 3 ayliqinda inkiwafdan qalib abort oldum sonra mualice aldim 6 aydan sonra yene ikinci defe hamile qaldi leke geldi 4 gun sonra guclu qan gelmeye bawladi abort oldum yene yene malice aldim bilmek istirem mene hamile ola bilecem onceden cox saqolun

    1. salam. İlk növbədə təyin olunmalıdır ki, nəyə görə sizdə hamiləlik inkişafdan qalır. Bunun səbəbi çoxsaylıdır. Endokrin səbəblər- sarı cisim çatmazlığı, qalxanabənzər vəzi pozğunluğu, böyrəküstü vəzi çatmazlığı.
      İmmunoloji səbəblər
      Genetik səbəblər- bunu təyin etmək üçün düşük materialı patohistoloji müayinədən keçməlidir.
      Qanda laxtalanma pozğunluqları
      Uşaqlıqda anomaliyalar
      Xarici faktorlar
      İnfeksion səbəblər- az ehtimalla.
      Bundan əlavə qeyd edim ki, siz bədəninizə bir az istirahət versəniz yaxşı olar. Təxminən bir il çalışın ki hamilə qalmayasınız.

  33. Salam hekim. Cox xaiw edirem cvb yazasiz. Men de ilk hamileleyim idi inkisafdan qaldi 8 heftelik olanda urey döyüntüsü dayanib. Mini abort olundu. Bu gun 12 ci gundu abortun .uziye getdim. Uzi dediki matkada 40 mm qan qalib . Yeniden abortla gotutulmelidir. Men razi olmadim.hekim oxytocin ve NaCl 400qr olan sistem yazdi.sizce bu sistemle tam temizlener? 2ci defe abort istəmirəm. Qorxuram. Həm de menden tund rengde cirk gəlir.

      1. SALAM HEKİM Mende gobeley var uşaqliq yolunda oksalitin çayi içirdim birdeki hekim şam yazmişdi onlari eledim keçdi getdi onda sekkiz ayliq hamileydim indidogmuşam.Hekime gede bilmirem. İndi yene cuzi qaşinma ve sidiye gedende yanma ve göyneme olur Hansi otlardan meslehet görerdiz.çox sag olun

  34. Salam cox saqolun cvb yazdiginiz ucun. He nospa yazib . Evvelce nospa vurursan.20 deq sonra ise sistemi. Bes bu komek eder ? qan laxtasi temizlener? yoxsa 2ci defe aborta getmeliyem? ama abort istemirem.

    1. Salam.Sizə dəqiq yaza bilmərəm sonra yenidən uşaqlıq boşluğu təmizlənməlidir ya yox. Bu müalicədən sonra ehtiyac olmaya da bilər. Bunun təyin etmək üçün müalicədən bir neçə gün sonra ultrasəs müayinəsindən keçin .

  35. Salam hekim.Men 5heftelik hamile idim dermanla pozdum hamileliyi .Dermanı qebul etdiyim gün menen qan geldi,laxtada geldi ama cox gelmedi bu normaldımı?ancaq 1gün oldu qan gelmey.indi de heç bir narahatcılıgım,qızdırmam yoxdu.ola bilermi ki tam düşük olmasın?

  36. Salam Jale xanim,baqiwlayin yene narahat edirem, men bu gun hekime getdim. Hekime dedimki bilmek isteyiremki neden inkisafdan qalib? bunun ucun hansi analizlerden kecmeliyem? Hekim dedi ki, hec bir analiz vermek lazimdi. Mene 4 muxtelif dermanlar yazdi.dediki aybasi olaub qurtarandan sonra qebul et.3_4ay qoru sonra hsmile qalib gelersen. Sizce hec bir analiz vermemeyim düzgündürmü. ?

    1. Salam. Bu hamiləliyin hansı dövrdə pozulmasından asılıdır. Ən yaxşısı düşüyün patohistoloji müayinəsindən başlamaq olardı. Düşük səbəbləri müxtəlif ola bilər. Genetik səbəblər, hansı ki pathohistoloji müayinə ilə müəyyənləşdirilə bilərdi. Endokrin səbəblər (əgər hamiləlik 11 həftəlikdən əvvəl pozulubsa), məsələn; sarı cisim çatmazlığı, hiperprolaktinemiya, qalxanabənzər vəzi çatmazlığı . Xarici faktorlar – stress.
      Uşaqlıqda olan anomaliyalar və s.
      Hamiləliyin 11 həftəyə qədər pozulmasının ən sıx təsadüf edən səbəbi genetik səbəbdir (embrionda olan genetik anomliya).

  37. Salam.sizinle nece elaqe saxlaya bilerem? Mende 11 heftelikden tez pizulub,8 heftelikde usaq inkisafdan qalib. Men bunun səbəbini bilmək istərdim. Men hansi mikroblardan analiz verməliyəm. ? siz hansi klinikada isdiyirsiz?

    1. Salam. Əgər sizdə hamiləlik 8 həftəlik pozulubsa və bu birinci dəfədirsə yeganə müayinə abort materialının patohistoloji müayinəsi ola bilərdi. Ilk trimesterdə hamiləlik pozulmasının ən çox təsadüf edən səbəbi də uşaqda olan genetik pozğunluqdur. Həkiminiz sizi tamamilə düz yönləndirir.

  38. salam xanim cox xahis edirem mene melumat veresiz.demeli bu ayin 16si hamilelik pozulub usaq inkisafdan qalmisdi 9cu heftede abort gunu qan geldi sorasi gun azaldi 3cu gun olmadi sora tund rengde az arada bir sey gelirdi onu da deyimki ele abort olunandan dis agrisida var mende ayin 20 si tempraturum oldu sora dusdu indi yeniden qan geldi indi nisbeten aciqdi men bilmirem mende ne problem var birde xestelenme ne vaxt olmalidi xestelenmeni nece sececiyik ki bu xestelenmedi?

  39. salam xanim size yene bir sualim var mende abortdan sonra bir gun olur bir gun hecne men ele bildimki xestelenmisem amma bu xestelenmedi?9cu heftede inkisafdan qalmisdi usaq.mene hekim dimisdi aybasi ol qutar sonra gel.men indi bilmirem aybasi ne vaxt olacaq bu aybasidi ya yox bir gun olur bir gun yox men ne etmeliyem.evvelceden coxsagolun.onu da qeyd edimki ayin 16si olub abort uje 8ci gundu

      1. Salam. Men sonuncu defe aybasini iyunun 28 de gormusem.(testde hamile oldugumu gosterir) indi neçə heftelik hamileyem və hansi usulla abort olsam rahat olar. onu da deyim ki istemirem agrili olsun bilmek istemirem abortun agrisini. birde aybasinin hansi gunlerinde qorunmaq lazimdi ki hamile qalmayaq

      2. Salam. 65 günə qədər medikamentoz abort elətdirmək olar. Lakin bu həkim yanında olmalıdır. Aybaşının 8-20 ci günlər arasında hamiləlik riski var. Əsas risk menstrual siklin 12,13,14,15 ci günlərində olur.

  40. Salam, men 1wey qeyd etmemiwem. Menim yoldawim spermoqrammadan anliz vermiwdi.hereket faizi cox az cixmiwdi.ama mayalanma baw vermiwdi. Bundan inkisafdan qala buler?

  41. salam men abortdan sonra analiz verdim mende ureplazma cixib mazokda sonra leykosit 62 66 cixib epiteli cixib maya gobeleyi+ cixib bu cox tehlukelide muakicesi var yene hamile qala bilerem?onuda qeyd edumki ureplazma urealiticum mende olan

  42. Salam men 3gun bundan evvel mini abort eletdirdim 10heftelik hamilelikde usaq inkisafdan qalmisdi.2gun qan geldi Ama uje azca gelir.bilmek istiyirem ne vaxt xestelenecem birdeki mende eroziya var ne qeder sora yeniden hamile qala bilerem qeyd edimki Bu menim ilk hamileliyim idi

    1. Salam. Hamiləlik aybaşı siklinin uyğun vaxtlarında planlaşdırılmaldır. Yəni ki- əgər 28 günlük aybaşı sikliniz varsa ayabşı siklinin 11, 12, 13, 14,15 cü günlərdə əlaqədə olmaq məsləhətdir.Hamiləliyin baş verməməsinin müxtəlif səbəbləri ola bilər.
      Əvvəlcə yoldaşınız yoxlanılmaldır. (spermaqramma)
      Sizdə əgər aybaşı qanaxması requlyar olursa uşaqlıq borularının keçərliliyi yoxlanılmadır. Bundan əlavə qanda TSH və prolaktin də yoxlanılmaldır. Bədən çəkisi artıq olarsa əlavə müayinə də lazımdır.
      Ultrasəs müayinəsi ilə kiçik çanaq orqanları yoxlanılmaldır. Bundan əlavə endometriumun menstrual siklə uyğun dəyişiklikləri olub olmadığı yoxlanılmaldır (ultrasəs müayinəsində). Uşaqlıqdan yaxma götürülməlidr (mazok)
      Sizdə cinsi əlaqə zamanı və ya aybaşı zamanı ağrı olarsa endometrioz axtarılmaldır.

  43. Salam doktor, men yanlışlıqla cyutotec tableti atdım ancaq hamilelik yox idi mende. 4 saatdan sonra dozulmez ağrılarım qarın ağrısı qaytarmalarım oldu. Daha sonra laxta geldi ardınca da aybaşım başladı. Axrıncı aybaşım iyulun 30u olmuşdu bu hadise avqustun 16sı baş verdi. 11 gun aybaşı davam etdi, artıq temizlenmişem bugun 13cu gunumdu. Sualim odur ki mende ovulyasiya gede biler? Yeri gelmişken deyim ki hekim mene aybaşının 5ci gununden 13cu gunune qeder Proqinova dermanı yazmışdı onu qebul edirdim. Bu ay hamile qalmaq mumkundur?

  44. Salam
    Jale xanım mən avqust ayının 13ü abort olundum 5hefte lik. Aqrilarim 2gun oldu məndən qan gəldi hardasa 15 gün. Yeni get gedə azaldı.normal idim.hələ aybaşı olmamışam. Amma son 2 _3 gündü sol yumurtalıqimda aqri var hərdən də qarın nahiyəsində də olur.bu nə ilə əlaqədardı
    Əvvəlcədən Təşəkkür edirem

  45. Bir daha Salam
    Bir də ki mən abortun 11 12 ci günündə əlaqədə olmuşam və məndə 1 gün qanaxma olub cüzi miqdarda
    Bununla mən mailə qala bilərəm
    Aqrilarim bununla bir əlaqəsi var?

    1. Salam. Sol tərəfdə olan ağrılar müxtəlif səbəblərdən olar bilər. Bağırsaq problemləri, yumurtalıqlarda kistoz dəyişikliklər, uşaqlıqdan kənar hamiləlik, sidik yolları problemləri. Dəqiq bir nəticə çıxarmaq üçün müayinə olunmalısınız. 11-12 ci gündə olan qısamüddətli qanaxma ovulyasiya ilə də əlaqəli ola bilər. Siz gələn aybaşı qanaxmasını da gözləyə bilərsiniz, olmasa müayinə olun. Əgər özünüzdə hamiləlik əlamətləri hiss edirsinizsə gözləmədən müayinə olunun.

  46. Salam Jale xanım
    Mən də onu soruşmaq isteyirdim ki
    Mən iyun ayının 1 ay başım oldu iyul ayı olmadı yoxladım hamilə idim iyulun 13 abort elətdirdim.
    Avqust 1 aybaşı olmadim 13 u olmadim
    Test edirəm neqativ çıxır
    Bu normaldır mi?
    Sizcə mən nə zaman aybaşı olmaliyam?
    40 başı deyilən vaxtımı gözləyim yoxsa usm gedim?
    Mənə mesleheriniz

  47. 4- 5 gün gözləyin, aybaşı olmasanız hamiləlik testi edin. Test neqativ olsa, aybaşı olmasa daha 5 gün gözləyin. Yenə olmasa müayinə olunmanız məsləhətdir. Abortdan sonra aybaşı pozğunluğu ola bilər. Abortdan sonra hamiləliyin qarşısını almaq üçün və bir müddət aybaşını requlə etmək üçün dərman yazılması məsləhətdir.

    1. Salam. Sitomeqalovirus və listerioz döl ölümünə (hamiləliyin inkişafdan qalmasına) səbəb ola bilər. Ancaq bu halda həmin hamiləlik zamanı bunların IFA ilə Ig M forması aşkar edilsin. Indi bunlara qarşı müalicə almağa ehtiyac yoxdur. Sadəcə 3 ay fasilə vermək lazımdır.

  48. salam doktor men avqustun 17de anembriyonik hamillelikden 6 heftelik(vakum usulu ile) abort olmusam /abortdan sonra agrm filan olmadi 2=3gun leke seklinde qana benzer lekeler geldi /15 gun sonra uziye dusdum her sey qaydasinda idi /abortdan 22 gun sonra 2 gun leke oldu yene tund qehvei rengde sonra 1-2 gun sari leke geldi dayandi bugun 44 gundi 4 gun evvel yene qehveyi leke geldi 1 gun dayandi helede menustarciya gelmedi yapisqanliq asherman sendrimundan qorxram sizce bu lekeler ashermon sendromunda ola bilir?

  49. men 2 hefteliy hamile idim derman atdm acildi laxda duwdu amma uziye getdim qan laxdalarinin cox oldugunu dedi az az qan gelirdi sonra yeniden aborta getdim indi mende hemin vaxdan qara mazut kimi qankar gekir hettda curuk fason bunun nese ziyani olarmi mene xaiw cvb yazin oxudugunuz ucun twk edirem

    1. salam. Abortdan sonra qanlı ifrazat təxminən 10 gün normal bir haldır. Sizdə bu uzun müddət davam edir. Buna görə sizə kiçik çanaq orqanlarının ultrasəs müayinəsini məsləhət görürəm. Ola bilsin ki sizdə həm də abort sonrası hormonal pozğunluq yaranıb.

  50. bunun nese ziyani ola bilermi yeni sonra yeniden hamile qalma wansim olmaz/ bir iki adamnan soruwmuwam deyirlerki bezilerinde hec gelmir bezilerindese 40 gun davam edir ziyani yoxdu temizlenir deyirler sizce necedi/

  51. Salam,doktor.Mən 1həftədir ki,abort olmuşam.4həftəlik,mini abort.Abortdan sonra məndən heç nə gəlməyib,yəni qan gəlməyib.B6gün bir az qəhvəyi rəngdə axıntı olub.Amma gün ərzində ürəkbulanma,qarnımın bir az böyüklüyü,döşlərimdəki ağrının getməməsi məni narahat edir.Elə bilirəm ki,hamiləliyim pozulmayıb çox həyəcan keçirirəm.Ümumiyyətlə,hamiləliyin pozulmasından sonra beçə gün ərzində onun əlmətləri tam kəsməlidir?Mənim narahatçılığıma səbəb varmı?Təşəkkür edirəm!

    1. Salam. Həyəcan keçirmək lazım deyil, amma ehtiyyatı əldən verməyin. Sizə məsləhətim ultrasəs müayinəsindən keçməkdir. Hamiləlik testi sizdə hal hazırda pozitiv çıxa bilər, çünki abortdan qısa bir müddət keçib. Ona görə ən yaxşı seçim ultrasəs müayinəsidir.

  52. salam hekim bagwlayn narahat etdim mende qara rengde olan o axinti dayandi amma 3 gunduki qan gelir rozvu rengde hemde coxlu qan laxdalari gelir bu aybawi ola bilermi mene ele gelir aybawidi sizce nece///

  53. salam doktor. Cox xahis edirem, mene melumat vererdiniz, aybashidan 2 gun evvel yaxinliq olduqda hamile qalma ehtimali var? yaxinliqdan 2 gun sonra aybashi oldu, lakin bir ay kecib aybashi gecikir, hele de olmur. hamilelik ola biler bu? cox xahis edirem cavablayin.

  54. salam hekim baqislayin narahat edrem.avqustun 30 u aybasim olmaliydi olmadi,sentyabrn 4 test etdim iki xet cxdi derman eledim aclis oldu xestelendim uzye getdim dedi az miqdarda qalq qalb.iyne yazdi yena laxtalar geldi. sonra test edrem yene ikidene gosterdi oktyabrin 7 si uzye dusdum hecne yoxdu amma urek bulamam olur siydiye tez tez gedrem..oktyabrin 12 si hekime getdim qanan analz verdim,16.579.cxdi dediler hecne yoxdu difaston derman yazib hekim icrem yene xewstelememisem,,mene

    bir yol gosterdin

      1. Salam hekim men derman la acliw etdim iki gun qan geldi coxlu sonra gelmedi men aybawinida 3 gun oluram test yoxlayiram biri qirmizi biri goze gorunmwz cixir bir balaca neyse qaliq qala biler ki zehmet olmasa hekim deyerdiz

    1. Salam. Əgər hamiləlik 12 həftədən kiçik vaxtda pozulubsa icazə var. Daha böyük müddətdə pozulubsa onda azı 6 ay gözləmək məsləhətdir.
      Bu həm sizin orqanizminizə ziyandır, həm də uşaqın normal inkişafına maneədir.

    1. salam. Bu xarici təsirlərdən ola bilər. Bir də təkrarlansa müayinə olunmanız məsləhət görülür. Uşaqlıq boynunda dəyişiklik varsa requlyar müayinə olmanız və uşaqlıq boynundan pap yaxma verməyiniz məsləhətdir.

  55. Salam Jale xanim evvelce cox uzr isteyirem
    Sizin deyerli vaxtinizi oz sualimla bowa serf etdiyimcun.size sualim budurki men 9ay bundan evvel keyseriyye usulu ile ovladimi dunyaya getirmiwem.ondan sora qorunurdum ama allahin iwidi butun usullar 99% qorumur bunu bilirem geriye qalan 1% qismete baglidi.ele oldu mende bu geriye qalan 1%in icinde oldum.oz heyatimida tehlukeye atmamagcun bu uwagi salmali oldum.adi hekime gorsenendede mende cox qan azligi var bir nov animiya xestesiyem.hekimlerde kesr kesiyimin indiyene daha cox duzelmeyini deyirler ama mende helede agrilar olur ve sayre neyse bawinizi agritmayim uziye duwdum
    5hefte 3gunluk dol oldugnu dediler.bu ayin 14ü istemiyerekden urek agrisiylan Cytotec dermani ile tebiki hekim mesleheti ile umumiyyetle abortun butun novlerinden qorxdugumcun bir tabletka icib ikisinide iceri yerlewdirmekle aciliw eledim.hemin gunu al qirmiziya oxwar qan geldi duru wekilde seheri gun ve ondan soraki gunler boyuk parcalar weklinde kicik parcalar weklinde qanli ifrazatlar gelmeye bawladi.bugunle 8gundur uje helede qan gelir aybawi kimi ama arada sidiye cixanda sidikle birlikde barmag ucu boyda ya ondanda biraz boyuk ve yaxud kicik laxta qanlar gelir tokulur.bugunde dozmeyib test eledim biri al qirmizi biri ise solug cehrayi rengde gorsendi.qeyd edimki birde hamile oldugmu hiss edende test edende ikiside al qirmizi rengde olmuwdu.sonradan oyrendimki test 10gun hetda 28 gune qeder yalanci pozitivlik gosterir.bilmek isteyirdimki bu mende normal haldi?ve kececek?yoxsa tibbi aborta ehtiyac olacaq?ve bir weyide deyimki matkanin yigilmasi ucun oksitosin iynesi vurdururam artiq 3gundur bugunle 4gun olacag.cox sagolun onceden oxudugnuz ucun

  56. Salam hekim.bagiwdayin narahat edirem.men 4-5 heftelik hamileliyi hekim gosteriwi ile noyabrin 6-da cytotec dermani ile salmiwam.iki gun dalbadal qoydum noyabrin 10u yeniden hekime getdim artig usaq yox idi.soruwmag isderdim.men ne vaxt aybawi olacam birde?

  57. Salam dr.men noyabrin 9u dermanla acilis etdim laxtalar geldi 10gun kesildi 3gunden sinra yene gelir amma az hec paket qoymuram az gelir.bu gun usm oldu endometriya 16mm.bu ne ile bagli olar?qasinmaliyam?bir de1ci abortda hekim saytoteki 4de 1ic qaliq tokulsun dedi etdim laxtalar geldi kesildi.kalsi qlyukonat da yazmisdi.indi de icsem komek olar yoxsa ancaq qasinmaq?

  58. Salam hekim bir usagim var 2yasinda …yeniden hamile idim ve bundan 6gun evvel 3 heftelik hamileliyi cytotec istifade etmekle pozmusam ele hemin gunden indiyenedek 1 hefdedir ki qan gelir qarin nahiyesunde guclu olmayan agrilar bas verir …ve nezerinize catdirim ki qan daha cox laxta weklinde olur?bundan sonra hamile qala Bileremmi?

  59. Salam Jale xanim.Men noyabrin 25i mini abort oldum.Hekim mene dedi 3hefte elaqede olmag olmaz bu duzgundur?.Birdeki abortdan sonra iltihab neden emele gele biler ve simptomlarini deye bilerdiz zehmet olmasa.Indiden Tesekkurler.

    1. Salam. Əlbəttə ki abortdan sonra müxtəlif səbəblərdən aybaşı gecikməsi ola bilər. Bu həm psixoloji səbəbdən, həm hormonal pozğunluq, həm də abortun fəsadlı keçməsi ilə əlaqəli ola bilər. Bundan əlavə yenidən hamiləlik də baş verə bilər. Mənim sizə məsləhətim əvvəlcə hamiləlik testi edin. . Daha sonra isə kiçik çanq orqanlarının usm dən keçin. Əgər üzvi dəyişiklik yoxdursa heç bir müalicə aparmadan bir neçə həftə gözləmək olar. Adətən belə hallar olmasın deyə abortdan sonra həm hamiləlikdən qorunmaq məsqsədilə, həm də belə aybaşı qanaxması pozğunluqları olmasın deyə kontraseptivlər təyin edilir.

  60. Salm men dunen uziye getdim 10heftelik hamileydim gedende ise uwagin ilk heftelerden inkiwafinin dayandigini didiler derman verdiler aciliw ucun saxladilar xestexanada agrilarim cox idi cox boyuk qan laxtalarida gelirdi ilk hamileliyim oldugucun cox qorxmuwdum hekim sonra mene baxdi didi sorub uwagi goturmeliyik mini abort etdi indi bu weraitde hem derman hem abort bir gunde pis bir netive vere biler yoxsa yene hamile qala bilerem?

      1. Salam Jale xanım
        Mənim qızım 8 aylıq kesr üsulu ilə olub.indi 4 yaşı var martda 5 olacaq amma usaqda klip tor inkişaf etməyib bunun nə kimi ziyanı var və bunun müalicəsi varmı
        Başqa hər şeyi normaldi müayinədən kecirmidem
        Xahiş edirəm cavablandıra siz əvvəlcədən Təşəkkür edirem.

  61. Salam.men 1ay bundan qabaq 2heftelik acdim.13gun qan geldi.ama bir aydan cox kecib aybasi olmadim.test yoxladim musbet cixdi.bu ola biler?aybasiolmamagin ne zereri olar xaiw edirem yazardiz

    1. Salam. Sizə məsləhətim bir həftə sonra hamiləlik testini bir daha yoxlayın. Əgər pozitiv çıxsa sizə müayinədən keçməyi məsləhət görürəm. Ümumiyyətlə abort sonrası bir müddəti aybaşı siklini bərpa etmək və hamiləlikdən qorunmaq üçün dərman yazılması məsləhətlidir. Yəni sizdə aybaşı qanaxmasının olmaması hamiləlik və ya abortla bağlı ayabşı pozğuluğu ola bilər. Bir həftə sonra aybaşı qanaxması olmasa müayinə məsləhət görürəm.

  62. Böyük cinsiyyət dodaqları ətli di böyükdü .kiçik cinsiyyət dodaqları bir çıxın ti kimidi yeni heç o dərəcədə hiss olunmur klitor da elə nöqtə kimi qalan o birilər öz yerindedi
    Daxili də öz yerindedi
    Mənə məsləhətiniz
    Nə etməliyəm
    Qızım gələcəkdə hansı problemlə rastlaşa biler

  63. Pediatr da olmuşuq uziye də salmışam hər şey yerindedi normaldi .qorxulu bir swy olmadiqini soyledi
    Bir gnikoloq olaraq sizin fikrinizi bilmək istəyərdim ki klitorun bu vaxtdan sonra inkişaf edə bilərmi və ya buna görə nəsə müalicə ehtiyacdimi.olmasa belə nəsə təhlükə olarmı gelecekde

  64. salam Jale xanim.necesiz.doktor men 3heftelik usagi heb vaistesile acdim.hebi qoyandan bir nece saat sonra laxta seklinde xeyli qan geldi .2gun geldi.sonrada biraz cirk kimi maye gekdi.dayandi.4gunduki acmisam.test aldim 2zeif xett gosterdi.cox narahatam bele olurmu

    1. Salam. Ümumiyyətlə istənilən halda abortdan sonra usm keçirilməlidir. Bundan əlavə aybaşı pozğunluğunun profilaktikası üçün dərman təyin edilməlidir. Sizin halınız normal bir vəziyyətdir. Abortdan sonra bir müddət test pozitiv göstərə bilər. Amma Ultrasəs müayinəsindən hökmən keçməyi məsləhət görürəm.

  65. Salam hekim.çox xahiş edirəm sualıma cavab verəsiz demək olarki bu fikirdən gecələr yata bilmirəm.mən 4 həfdəlik əkiz uşağa hamılə idim noyabrn 22si dərmanla saldım.10 gün qan gəldi.indi həkimə getmişəm məndə hamiləlikdi.bilmək isdəyirəm istifadə etdiyim o dərmanın bətnimdəki uşağa nə qədər mənfi təsiri ola bilər.allah eləməmiş uşaq şikəst oıa bilərmi.əvvəlcədən təşəkkür

  66. Salam adim arzudu 8 hefte yarim hamileyem.1 ayligimda derman atdim acildim.5-6 gun qan geldi ondan sora kesildi test etdim.hamile oldugmu oyrendim usm getdim dedi 8- heftelik hamilesen.hekime gedib abort etmeliyem yoxsa dermanlada mumkundu???

  67. Salam men yanvarin 5 de abort eledim mini abort.qarnim ağrayir birde seherler ureyim bulanir.abortdan sonra ayibaşi bir gun oldum sonra kesildim.bu gun ayin 9 yanvarin oldum ayibaşi qarnimin alti ağrayir bunlar normaldi?birde xahiş edirem cavab yazinda Avqustda hamile qala bilerem qorxusi yoxdi hamile Avqustda qalsam?mini abirt birinci defedi oluram cox narahatam qorxuramda

    1. Salam. 12 həftəlik hamiləliyə qədər abortdan sonra ən tezi üç aydan sonra hamiləlik mümkündür. Sizə olan vəziyyətlər normaldır, amma abortdan sonra hökmən daxili cinsiyyət orqanlarının ultrasəs müayinəsi aparılmalıdır.

  68. salam. men dekabrin 26-si,, ilk ve 12 heftelik hamilelikle abort olunmusam.hidrosefali diaqnozu ile.bilmek isteyirem abortdan sonra mene zerer verecek nese qaliq qala bilermi?qeyd edimki qasinmayla olmayib abort.narkozla usaqin ayaqlindan butov cixarilib.qanaxmada abortdan sonra 2gun gelib dayandi 5,6gun sonra yene basladi,hazirda yoxdur 2,3gundu dayanib yene.zehment olmasa cavablandirardiz xahis.

    1. Salam- Abortdan sonra bir neçə ay aybaşı qeyri requlyar ola bilər. Bunun və vaxtından tez baş verən hamiləliyin profilaktikasi üçün preparat təyin edilməli idi. Abortdan bir müddət sonra hər bir qadın daxili cinsiyyət orqanlarının ultrasəs müayinəsindən keçməlidir.

  69. salam men yanvarin 13 dermanla acilis etdim. birinci gunu laxtali qan geldi ikinci gun az geldi ucuncu gunu yene laxtali qan geldi. agrim yoxdu qan axmamda yoxdu lakin teste yene iki xett gosterir. qaliq qala bilermi? adeten qaliq qalsa agrilar ve ya qanaxma olardi deyirler siz ne meslehet verediz hekim?

      1. Salam noyabrin 1 de inkisafdan qalma hamilelik abirt olundum. Sonra aybasi olmadim 1 hefte bundan qabaq yoxladim ikinci xett nazik formada yarandai. Hazurda qarnimjn altinda sag boyreyimde belimde agrilar var. Bele tez hamile qalmagin nese fesadi ola biler. Derman qoymaqla hamilelikden azad olmaq isteyirem. Mene meslehetinuz

      2. Salam. Hamiləlikdən nəyə görə azad olmaq istəyirsiniz? Hamiləlikdən azad olmamışdan əvvəl ultrasəs müayinəsi ilə hamiləliyin harda yerləşdiyini və neçə həftəlik olduğunu təyin etmək lazımdır. Əgər hamiləlik uşaqlıq boşluğundadırsa və 65 gündən böyük deyilsə onda həkim nəzarəti altında medikamentoz abort edə bilərsiniz.

  70. Salam men dekabr 7 abort olmusam inkisafdan kaldığına gore mene hec bir sebeb demediler indi mualice ucun hekime muraciet etdim yoldasimdan analizler istediler uzi infeksjya birde spermaqramma.qeyd edim ki 4 ayliq evliyem menden hec bir analiz istemediler yoldasimdan bu analizleri istemeleri ne qeder duzgundur?? Xahis edirem test cavablandirasiz ??

    1. Salam. Hamiləliyin inkişafdan qalmasının çox müxtəlif səbəbləri var. Əgər bu ilk 8 həftəyə qədər olubsa çox güman ki bu genetik problem olub. Yoldaşınızdan spremaqramma istəyi təccüblü deyil, çünki hamiləliyin normal keçməsi həm də mayalanmada iştirak edən spermatazoidin keyfiyyətindən asılıdır.
      Mən sizə daxili cisniyyət orqanlarının müayinəsindən başqa heç bir müayinə və müalicə tövsiyyə etməzdim. Sadəcə 3 ay hamiləlikdən qorunmaq ( əgər hamiləlik kiçik həftələrdə pozulubsa) və fol turşusu qəbul etmək.

  71. Men noyabrda inkusafdan qalmis hamilelikden abort olmusam.aybasi olmadim dekabrin axirinda testle yoxladim hec ne cixmadi amma 1 hefte bundan qabaq yoxladim 2 ci xett nazik cixdi.bele tez hamileliyin ne fesadi ola biler. Dermanla hamileliyi pozmaq isteyirem mene meslehetinz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma