Hemorroy və hamiləlik

Hemorroyun əmələ gəlmə səbəbləri müxtəlifdir. Bunların içərisində ən əsaslarından biri çanaqda böyüyən uşaqlıq səbəbindən yaranan venoz durğunluqdur. Statistikaya görə hemorroy hamiləliyin ikinci yarısında birinci yarısına nisbətən, doğuşdan sonra isə hamiləliyini ikinci yarısına nisbətən çox təsadüf olunur.

Hemorroy daxili və xarici olur. Xarici hemorroy daxiliyə nisbətən daha yüngül keçir. Bu özünü hemorroidal düyünlərlə göstərən xəstəlikdir. Belə növ hemorroy özünü diskomfort və qaşınma ilə göstərir.  Xarici hemorroyda düyünləri basdıqda itmir.

Daxili hemorroy xariciyə nisbətən daha ağır gedişli olur. Daxili hemorroidal düyünlər basıldıqda kiçilən daha sonra yenə öz vəziyyətini alan düyünlərdir.  Onlar xaricə çıxıb sıxıla bilər, bu isə özünü ağrı və qanama kimi şikayətlərlə göstərir. Bundan əlavə həm xarici, həm də daxili düyünlərdə tromboflebit ola bilər . Bu zaman düyünlər ağrılı olur, gərgin olur və ümumi intoksikasiya əlamətləri də verə bilər.

Ola bilər ki, hamiləlik zamanı  hemorroy əmələ gəlsin amma, klinik əlamətləri olmasın. Belə vəziyyətdə də müalicə lazımdır.

Hemorroyun müalicəsi konservativ və cərrahi üsulladır. Lakin hamiləlik zamanı ancaq konservativdir.

Ən birinci hamilələr meyvə tərəvəz qəbulunu artırmalıdırla ki, qəbizlik olmasın. Karbohidrat yeməkləri azaldılmalıdır. Süd-qatıq məhsullarının qəbulu artırılmalıdır.  Fəsildən asılı olaraq çuğundur, kələm, kök, yemiş, qarpız qəbulu artırılmalıdır.

Hər gün eyni vaxtda nəcis ifrazı təmin edilməlidir. Və hər nəcis ifrazından sonra düz bağırsaq nahiyyəsinə soyuq duş tətbiq edilməlidir. Su şırnağının istiqaməti aşağıdan yuxarı olmalıdır.

Əgər kəskin dövrdə deyilsə və yüngül formadadırsa UYT terapiya 5-6 seans olmaqla və hər seans 10-15 dəq olmaqla təyin oluna bilər. Kəskin dövrdə heparin mazı, troksevazin, eskuzan, butadion mazı təyin edilə bilər. Detralexlə xəstəliyin ilkin dövrlərində daha yaxşı nəticə almaq olar. Ginkor-fort preparatı da əvvəl terapevtik dozada ( 6gün)  sonra isə 21 gün saxlayıcı dozada təyin edilə bilər.

Adətən doğuş zamanı daxili hemorroidal düyünlər xaricə çıxır. Bu düyünləri doğuşdan sonrakı 15 dəq müddətində içəri salmaq lazımdır. Bunu yerli  ağrısızlaşdırmadan sonra icra edirlər və sonra düz bağırsağa heparinlə isladılmış piltə qoyulmalıdır. Bu piltələr 3 gün qoyulmalıdır və bir müddət pəhriz saxlanılmalıdır. Pəhrizin prinsipi bağırsaqda qalıq əmələ gətirməyən qidalardan istifadərdi ki, bir müddət zədələnmiş nahiyyə qıcıqlanmasın .3 gündən sonra isə meyvə- tərəvəz yeməklərinə çox fikir verilməlidir, karbohidrat tərkibli qidaların qəbulu azaldılmalıdır.

Bəzən məcburiyyətdən hamiləlik zamanı cərrahi əmliyyat icrası vacib olur. Bu aşağıdakı hallarda göstərişdir:

Uzunmüddətli az qanaxma və ya fasilələrlə profuz qanaxma

Sviş

Hemorroyla bərabər çat

Daxili hemorroidal düyünlərin çölə sallanması (ağır dərəcəli daxili hemorroy)

Yenə də cərrahi əməliyyat hamiləlik üçün böyük stress olduğuna görə çalışmaq lazımdır ki, hamiləlik başa çatdıqdan sonra cərrahi əməliyyat həyata keçirilsin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma