Hamiləlik və yüksək arterial təzyiq

Hamiləlik zamani yüksək arterial təzyiq bir necə formada ola bilər. Qadının hamiləlikdən əvvəl hipertoniya xəstəliyi ola bilər,və ya hamiləlik zamanı təzyiqin yüksəlməsi ola bilər. Bu  özünü iki formada biruzə verir-yalniz təzyiqin yüksək olması ve ya yüksək təzyiqlə bərabər həm də sidikdə zülalın movcud olması (yəni proteinuriya) . Birinci halda bu hamiləlik hipertenziyası, ikinci halda isə hamiləlik toksikozu adlanır. Adətən bu iki halda arterial qan təzyiqinin hamiləliyin son aylarında artması müşahidə olunur. Əgər hamilə olmayan dövrdə sistolik qan təzyiqinin 140 mm cs dan yüksək olması yüksək təzyiq deməkdirsə, hamiləlik dövründə 130 mm cs sistolik arterial tezyiq artıq hamiləlik zamanı patoloji dəyişikliklərdən xəbər verir.

Hamiləlikdə arterial qan təzyiqini normallaşdımaq üçün dərmanlar məhdudlaşır.

Metildopa (dopegit), nifedipin (Ca reseptorlarının blokatoru), sidikqovuculardan furosemid , inyeksiyon forması olan laziks istifade oluna bilər.

Angiotenzin reseptorlarının blokatorları, beta adrenoreseptorların blokatorları, tiazid qrupu diuretiklər, aldosteron reseptorlarının blokatorları, klonidin kimi  preparatların hamiləlik dövründə qəbulu yolverilməzdir.  Rauvolfiya terkibli preparatların zahılıq dövründə qəbulu (əgər ana süd verirsə)  yenidoğulmuşda rinit və konyunktivit kimi pozğunluqlara səbəb ola bilər.

Hamiləlik zamanı arterial təzyiq yüksələn qadınlara ozon terapiya, fizioterapevtik proseduralardan –yaxalıq nahiyyesine sedativ tesirli preparatların elektroforezi, böyrek nahiyyesine induktotermiya kimi vasiteler tetbiq edilə bilər (əgər varikoz genəlmə yoxdursa).

Hamiləlik zamanı müalicə olunmayan yüksək arterial təzyiq vaxtından qabaq doğuş, ölü doğulma, dölün bətndaxili ölümü,  döldə qüsurların olmsaına, dölün cekisinin normadan az olmasına səbəb ola bilər. Ana tərəfdən də agırlaşmalar olur, lakin statistikaya görə hamiləlik zamanı idarə olunmayan yüksək arterial təzyiq daha çox dölə zərər verir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma