Yumurtalıqların polikistozu xəstəliyi

Yumurtalıqların polikistozu xəstəliyi statistikaya görə bizim respublikada qadınların 20%de mövcuddur. Bu göstərici dünyada olan göstəricidən dəfələrlə çoxdur. Bu genetik pozulmalarla bağlı olan bir xəstəlikdir. Bəzi ədəbiyyatlar bunun artıq çəkili qadınlarda rast gəldiyini göstərsə də burada çəki göstəricisi əsas deyildir. Adətən bu ana tərəfdə qadınlarda çəki artıqlığı problemi ve dayılarında keçəllik problemi olan qadınlarda daha çox təsadüf olunur. Bu patoloji gen kişilərdə keçəllik, qadınlarda isə artıq çəki və ya yumurtalıqların polikistozu xəstəliyinə səbəb olur. Bu xəstəliyin müalicəsi ömürlükdür- Per oral kontraseptivlərdən istifadə etməklə cinsiyyət hormonlarını norma daxilində saxlamaq. Belə qadınların gələcəkdə ana olma faizi də sağlam qadınlardan azdır. Müalicə nə qədər tez başlasa o qədər hamilə qalma faizi yüksək olar. Geridönməz prossesler getdikdən sonra isə hətta ekstrokorporal mayalanma ilə belə hamilə qalmaq faizi aşağı düşə bilər, hətta sıfra enər.

Bu xəstəliyin digər fəsadı adətən 30-35 ve daha yuxarı yaş həddlərinde ortaya çıxar- süd vəzi və uşaqlıq xərçəngi.

Xəstəliyin əlamətləri aybaşı pozulmaları, tüklənmə, yağlı dəri, dəridə səpkilər, xroniki çanaq ağrılarıdır.

437 thoughts on “Yumurtalıqların polikistozu xəstəliyi

  1. menim 24 yasim var aybasini gecikdirirem 1aydan bir oluram.sag dosumde ise sinemin ustunde icerde balaca tumurcuq var bu neden di bele?el vuranda his edirem.cavab vgozleyirem sizden xais edirem cavab yazarsiz

    1. Sizdə mastopatiya ola bilər. Yanaşı olaraq da menstruasiya pozğunluğu var, amma süd vəzində düyün ancaq mastoptiyada olmur.
      Buna görə sizə məsləhətim aşağıdakılardır:
      süd vəzinin ultrasəs müayinəsi
      qanda TSH, prolaktin, FSH, LH təyini. Əgər dəridə tüklənmə və ya rənginin tündləşməsi varsa kortizol (sərbəst), DHEAs təyin etmək də məsləhətdir. Əgər sizdə artıq çəki varsa qanda şəkər və insulin təyini də məsləhətdir.

      1. Salam həkim.Mənim birinci hamiləliyimdə göbək ciyəsində 3 damar əvəzinə 2 damar var,uşaq 8 ayında doğuldu qida borusu inkişaf etməmişdi,öldü.Boş qarına müalicə almalıyam.Bəs kişi hansı analizləri verməlidir,əvvəlcədən təşəkkürlər

      2. Salam. Siz hem bir müalicə almamalısınız!! Sadəcə fol turusu qəbulu məsləhətdir ki, gələcəkdə genetik materialda anomaliyalar yaranmasın. Yoldaşınız da heç bir analiz verməməlidir. Gələn hamiləliyə qədər ən azı 6 ay keçməlidir.

    2. Salam hekim. uzr isteyirem, menustrasiyamin 15ci gunu usmde oldum soldaki folekulumun olcusu 21, sagdakinin olcusu ise 23 idi. Endinometriya qalinligi ise 7mm. Folekul partlamadigi ucun XQ iynesi vurdurdum 5000ni bir terefe, 5000ni bir terefe. Folekulun partlamasini mece hiss etmek olar orqanizmde? artiq 16ci gundur.

      1. Salam. Bəzi qadınlar follikul partlamasını qarnın aşağı nahiyyəsində qısa müddət baş verən ağrı ilə təyin edirlər. Bəzilərində isə az vaginal qanlı ifrazat da gələ bilər. Çox hallarda isə bunu hiss etmək olmur.

      2. Salam hekim menim aybaşımım vaxtı26 27 di ayın 19 dan her gün sidiye gedende 2-3 damcı kariçniviye çalan qan gelir arada mens sançılarım olur amma sonra keçır hele tam mensim olmur sizce bu nedendir? Hamilelik ola bilermi? Eger hamilelik deyilse men ne edimki normal mensim olsun? Önceden size çoooox teşekkür edirem

      3. Salam. Belə şikayətlər sarı cisim çatmazlığı zamanı ola bilər. Bu sizdə tez tez təkrar olursa müalicə lazımdır, xüsusilə də hamiləlik arzusu varsa.
        Hamiləlik baş tutubsa düşük təhlükəsi əlamətli ola bilər və bu çox zaman subklinik düşüklə nəticələnir, yni qadın hamiləliyi salır, amma özünün xəbəri olmur.

  2. menim 21 yasim var aybasi 2ayda bir olurdu polikiztoz deyildi ama ne sepki ne tuklenme ne piylenmem yoxdu olanda ne agrim ne sanci hec bir wey olmur 3 4gun davam edir..tek problemim gecikmesidi..hamilelik ehtimali yeni azdi????????

    1. hamiləlik baş tutması üçün follikul yetişməli və partlamalıdır. bunun üçün siz ultrasəs müayinəsi ilə təyin etməlisiniz ki, follikul yetişir və partlayır. zənnimcə sizdə gecikmə ilə əlaqədar hamiləlik ehtimalı az olmaz.

    1. Əgər sizdə menstrual qanaxma olursa hamilə qalmaq ehtimalı sağlam qadınlardan çox da fərqlənmir. Sizdəki polikistozun hansı mənşəli olduğunu bilmək və onu müalicə etmək üçün qanda hormonların yoxlanılması mütləqdir. Yumurtalıqların polikistozu xəstəliyi mövzusundakı məlumatlar sizə aid olmaya bilər. Bunu isə qanda FSH, LH, estrogen, prolaktin, TSH, DHEAs, testesteron, qanda acqarına şəkər, qanda insulin yoxlamaqla təyin etmək olar. Sizə uğurlar.

  3. Salam mende aybawi gecikmesi var olanda ise heddinnen artig axinti olur duyunler ve laxtalarda cox olur son 3ilde heddin cox tuklenmem var ve derime cixan sizanaglar sagaldigdan sonra yerinde artig etkimi izler qalir bedenimde tukleri temizleyendeyse hemin yerler cox pis sepir.dow hissemde normadan balacadi. 19yawim var aileli deyilem xaiw eliyirem mene meslehet vererdiz

    1. Salam. Aybaşı gecikməsinin nə qədər müddət olduğunu qeyd etməmisiniz. Amma mən belə başa düşürəm ki, bu bir neçə ay olur. Bu gecikməyə görə də sizdə aybaşı qanaxması uzunmüddətli olur, laxtalı olur. Mən sizə qanda aybaşıdan sonra FSH, LH, TSH, prolaktin, kortizol, DHEAs, estrogen , testesteron, acqarına insulin, acqarına qanda şəkər yoxlatmanızı və kiçik çanaq orqanlarının Ultrasəs müayinəsindən keçməyinizi məsləhət görürəm.
      Bu əlamətlərə uyğun müxtəlif xəstəliklər var.
      Yumurtalıqların polikistoz xəstəliyi, yumurtalıqların polikistoz sindromu, böyrəküstü vəzinin anadangəlmə çatmazlığı, insulinərezsitentlik, qalxanabənzər vəz xəstəlikləri, funksional hiperprolaktinemiya, prolaktinoma. Bunları bir birindən fərqləndirmək üçün hormonal müayinə nəticələri və kiçik çanaq orqanlarının ultrasəs müayinəsinin cavabı lazımdır.
      Əgər qanda prolaktin yüksəkdirsə sizdə hiperprolaktinemiya var, kortizol və DHEAs yüksəksə anadangəlmə böyrəküstü vəz çatmazlığı var, TSH yüksək və ya azdırsa deməli qalxanabənzər vəzi dəyişikliyi var, LH normadan artıqdırsa və LH ın FSH a nisbəti 2 dən çoxdursa yumurtalıqların polikistozu xəstəliyi var, qanda şəkərin insulinə olan nisbəti 0.33dən böyüksə sizdə insulinə rezistentlik var. Bu xəstəliklərin də uyğun medikamentoz müalicə üsulları var.

  4. salam mendede kecikme var 1 uwaqim var uwaq olandan sonra aybawi tisiklinim pozuldu hekim deyir palikistosun var mualice aldim sonra uziden kecdim dedi ki palikistosun ozu gedib kolkesi qalib yeni ki vaxtiken sende bu xestelik olub menasinda.yene men mensturasiya olmuram.men neyniyim bu meni coooooooooooox narahat edir.24 yawim var.zehmet olmasa cavablayin cox tewekkurler

    1. salam. Yalnız ultrasəs müayinəsi ilə yumurtalıqların polikistozu diaqnozu qoyulmur, 80% sağlam qadında da siklin müəyyən dövrlərində ultrasəs müayinəsində belə şəkil görünə bilər. Yumurtalıqların polikistozunun da müxtəlif növləri var, uyğun olaraq da müxtəlif müalicələri var, amma hansı hal olursa olsun əgər aybaşı qanaxması olursunuzsa menstrual siklin 5-7 ci günü, aybaşı qanaxması olmursunuzsa və ya çox nadir olursunuzsa istənilən gün səhər, acqarına
      qanda FSH, LH, TSH, prolaktin, DHEAs,kortizon,ACTH, qanda şəkər və insulin vermək lazımdır.
      narahat olmaq lazım deyil. bu həll olunan bir problemdir. belə hallar əsəb gərginliyindən də ola bilər, ona görə stressdən uzaq olun, sağlam həyat tərzi keçirin.

  5. salam hekim menim sud vezinden apres olmusam . bes ilden sonra aparata dusdum.cerrahi capiginin altinda 22mm li kista var mualiceden sonra 19mm li oldu onun qorxusu varmi xayis edirem tezlikle cavab yazin

    1. salam,belə hallar əməliyyatdan sonra ola bilər. Yəqin ki bu kistik törəmənin həm ultrasəs müayinəsi ilə, həm də biopsiya ilə (həmin nahiyyədən material götürməklə) xarakteri müəyyən olunduqdan sonra bu və ya hansısa tədbirlər görülüb.Bu belədirsə və kistik törəmənin ölçüsü kiçilirsə (adətən belə də olur) heç bir təhlükə yoxdur.

    1. salam.çox təəsüf ki sizə bir mütəxəssis kimi bu sahədə kömək edə bilmərəm.Sizin bu problemlə hepatoloqa müraciət etmənizi məsləhət görərdim. Amma ümumi olaraq deyə bilərəm ki, insan orqanizmində kistik törəmə olarsa ilk növbədə həmin törəmənin xüsusiyyəti müəyyən olunmalıdır (ən azı ultrasəs müayinəsi ilə). Kistik törəmənin hansı xarakterdə olduğu təyin edildikdən sonra gələcək addımlar haqda düşünmək gərəkir- nəzarət, müalicə .

    1. salam, Zülfiyyə xanım. Yəqin siz diqqət etmisiniz ki, bu bloqda yalnız mama- ginekologiya sahəsinə aid problemlər müzakirə olunur. Bu bloqda sizin sualınıza cavab vermək imkanına malik mütəxəssis yoxdur. Amma sizə məsləhətim- parazitoloq , nevropatoloq və qastroenteroloqa müraciət etməkdir. Sualınızı gec cavablandırdığıma görə üzr istəyirəm.

    1. salam. Belə əlamətlər bir neçə halda ola bilər.
      1. premenstrual sindrom
      2. kiçik çanaq orqanlarında iltihabi prosses (yumurtalıq və s.)
      Hər iki hal müalicəyə asan tabe olur.
      Menstrual siklin requlyar olmaması da belə şikayətlərə gətirə bilər.
      Diaqnozu dəqiqləşdirmək üçün kiçik çanaq orqanlarının ultrasəs müayinəsi gərəkdir.

  6. SALAM HEKIM SIZDEN BIR XAISIM VAR MENIM SUALIMA CAVAB VERIN MENIM ERIM IMPATENTDIR HAMILE DALDIM O USAQDA GELEGEKDE BIR PROBLEM OLA BILER INDI 7AYLIQ HAMILEYEM BIR DEFE OLUB ODA TOY GYNYMENE ELE GELIR KI HEMEN GUNU COX DERMAN ICIB MEN NE EDIM MENE MESLEHET VERIN COX XAIS EDIREM

    1. salam. Valideynin impotent olmağının gələcəkdə doğulacaq uşağa heç bir ciddi təsiri ola bilməz. İmpotensiya əleyhinə istifadə olunan dərmanlar (gələcək ata tərəfindən) gələcək uşağa heç bir ziyan vurmur. Sadəcə olaraq hamiləlik normal qaydada nəzarətdə olmalıdır.

  7. SALAM HEKIM SUALI SIZE VERMEKDE CEKINIREM ONCE UZUR ISEYIREM MENIM YOLDASIM COX HEVESLIDIR CINSI MENDE HEVES YOXDU MENI HEMISE DANLAYR HEKIME GET MEN UTANIRAM MEN NE EDIM SIZDEN XAHIS EDIREM COX SAG OL

    1. Salam. Bu problem qadınlar arasında tez- tez təsadüf olunur. Bu çəkinilməli problem deyil, əksinə həll olunmalı problemdir.
      Bu problemi həll etmək üçün çox vasitələr var. Amma sizin problemin məhz hansı səbəbdən baş verdiyini tapmaq lazımıdır ki, problem qısa zamanda həll olunsun.
      Əvvəldə demək istəyirəm ki, bu sahədə həkimlər arasında belə bir tendensiya var ki, cinsi həvəsi olmayan qadın yoxdur, sadəcə onda cinsi həvəsi oyada bilən kişi lazımdır.
      Əvvəlcə müəyyən olunmalıdır ki, sizdə bu hansı səbəbdən baş verir.
      1. yaxınlıq zamanı yoldaşınızda olan nədənsə və ya hansısa hərəkətindən xoşunuz gəlməyə bilər. Belə halda bunu ona bildirməyiniz gərəkir.
      2. yaxınlıq zamanı cinsi əlaqəyə girməyə tələsmə (qadınlarda cinsi oyanma daha gec baş verir).Bu halda cinsi əlaqəyə girmədən əvvəl bir qrup seksual oyunlar sizdə oyanma hissi yarada bilər.
      3.Cinsi əlaqə zamanı narahatlıq , ağrı hissi olursa, onda ginekoloji müayinə gərəkir (ola bilsin ki vaginit və bu kimi xəstəliklər narahatlığa səbəb olsun), və yaxud quruluq (bu lubrikantlar vasitəsilə aradan qaldırıla bilər, bu vasitələri əczaxanalardan əldə etmək olar)
      4. bir qrup dərmanlardan istifadə qadında cinsi həvəsi azalda bilər (məs. per oral kontraseptivlər). Belə halda bu dərmanların qəbulunu kəsmək lazımdır.
      5. stress cinsi həvəsi azalda bilər.
      6.hormonal disbalans cinsi həvəsi azalda bilər.

      Cinsi həvəsi artıran və cinsi əlaqə zamanı həzz hissini artıran vasitələrdən bir neçəsinin adını çəkmək olar- qadın viaqrası, Kofe Sexy və s.

    1. Salam. Bu şikayətə tibbi dildə dismenorreya deyilir. Dismenorreya birincili və ikincili ola bilər. Birincili dismenorreyada ginekoloji müayinədə heç bir üzvi (gözə görünən) dəyişikliklər olmur. Belə halda xəstəyə ya qeyri-steroid ilitihabeyhinə dərmanlar yazılır, ya da ki KOK(kombinə olunmuş per oral kontraseptivlər ) təyin olunur. KOK əlbəttə ki daha effektivdir.
      İkincili dismenorreyada isə ginekoloji müayinə zamanı üzvi dəyişikliklər təyin olunur. (kista, mioma, yumurtalıqların polikistozu, endometrioz, bitişikliklər və s ). Və bu xəstəliklər müalicə olunmalıdır ki, dismenorreya aradan qalxsın.
      Amma sizin yaşınızı nəzərə alsaq, yəqin ki sizdə birincili dismenorreyadır və müalicə dediyim kimi aparılmalıdır. Sizdə ciddi bir problem olduğunu düşünmürəm. Amma diaqnozu təsdiq etmək üçün kiçik çanaq orqanlarını ultrasəs müayinəsini məsləhət görərdim.

  8. SALAM HEKIM YAZAN ELLERINIZ AGRIMASIN SUALIMI BELE IFADE EDIREM MENIM BELE PROBLEMIM VAR MENDE CINSI HEVES YOXDUR YOLDASIM SEHER OGLANIDIR COX SEKSUALNIDIR 10 GYN ISDE OLUR 10 GYN EVDE NE ETSEDE HEVTS OLMUR 10 GYN GORMUREM ZENG EDIR MENIMLE DANISIR MENDE HISS OYANMIR YOLDASIM COX TEMIZ YARASIQLIDIR SEVIB GELMISEM MENE DEYIR DET HEKIME MAMOLOQA GETDIM UTANA UTANA HEKIME DANISDIM ACIQLI CAVAB VERDI ERIN HEVES VERSIN XECALET CEKDIM YOLDASIM HER SEYI BILIR ONDA GUNAH YOXDUR XAHIS EDIREM MENE KOMEK EDIN NESE YEYIM NEISE ICIM YOLDASIM HER SEYI BILIR UZUR ISTEYIREM SOZUME GORE SIZI GORMEDIYUM UCUN UTANMADAN YAZDIM MENDE ISTEREM O HISSI CAVAB GOZLEYIREM MENE MESLEHET VER COX COX SAGOL

  9. SALAM HEKIM MENIM 40 YASM VAR AYBASI OLMAMISDAN 1 HEFDE QABAQ QARAMTIL KARICNI MAYE GELIR PIS IY OLUR SONRA 2 GYN AYBASI OLURAM QORXULU DEYILKI MEN 28 YASIMDA EVLENMISEM 2 USAGM VAR TYKLENME VAR DEYIRLER GEC ERE GEDENDE DOSDE XESDELIKLER OLUR QORXURAM USAQLARIMA HEC DOS VERMEMISEM BU HAKDA MELUMAT ISDEREM SAG OL

    1. Salam. Bu suala cavab vermək üçün daha çox məlumat olmalıdır.Bu şikayət həm hormonal pozğunluq (sarı cisim çatmazlığı), həm də üzvi dəyişikliklər zamanı (məsələn: polip, daxili cinsiyyət oranlarının iltihabi prossesi, xroniki endometrit) ola bilər. Bunu dəqiqləşdirmək üçün aybaşı siklinin 21 ci günündə, qanda, acqarına, səhər progesteron təyin edilməlidir. Əgər normadan az çıxarsa bu problemi bir qrup dərmanlarla həll etmək olar- dufaston, femoston, janin və s. Bundan əlavə kiçik çanaq orqanlarını ultrasəs müayinəsindən də keçməlisiniz.(aybaşı siklinin ilk 6 günlüyündə) . Əgər polip və ya digər üzvi dəyişikliklər tapılarsa uyğun müalicə aparılamlıdır.

      Süd vəzi probleminə gəldikdə isə deyə bilərəm ki, bu problem daha çox doğmamış qadınlarda olur. Digər tərəfdən isə hər bir praktik sağlam qadın hər iki ildə bir süd vəzinin ultrasəs müayinəsindən keçməlidir.35 yaşdan sonra daha çox süd vəzinin rentgen müayinəsi məsləhət görünür.

    1. salam. Əlbəttə ki hər bir qadın menopauza zamanı həkimlə məsləhətləşməlidir. Belə ki ilk növbədə diaqnozu təsdiqləmək üçün qanda FSH (follikulstimuləedici hormon) yoxlanılmalıdır. Daha sonra isə ümumi əlamətlərə görə həmin dövrü yüngülləşdirmək üçün müəyyən qrup dərmanlar yazılmalıdır.

  10. salam həkim əvvala təsəkkurumu bildiriəm sizə ki siz insanlarin suallarini cavablandrirsiniz mənim 37 yasm var mən 1 ay icərisində 3 dəfə cinsi ilisgidə oluram hec ozymdə xoslamram olmaq bu mənim yumurtaliqimda və syd vəzimdə bir problem olmaz ki cox sag olun hər gynynyz xeyrə acilsin

  11. Salam Mende 10 cu sinifde aybasi pozuntulari olurdu hekime getdim polikistoz var dedi mualice aldim … Sora ise gun gecikmeleri olsada normaya dusdu AMA 19 yasimda getdim basqa hekime dedi hecne yoxdu hormonlari yoxlatdim normada AMA tuklenme coxdu Mende uzumde qarnimda sud vezisinin ustunde ve men bunun sebebini bilmek istirem yorulmusam artiq 7 defe epilyasiayya getdim hec bir tesiri olmadi neden ola biler? Indi aybasi normaldi 1-2 gun ferqle olur uzum ise yaglidi ve cox olmasada sizabaqlar cixir

    1. salam. sizin hansı hormonları yoxlatdırdığınızı bilmirəm. amma belə əlamətlər adətən böyrəküstü vəzi problemləri və hiperinsulinemiya olanda üzə çıxır. ona görə siz qanda DHEAs və AKTQ hormonları və qanda insulin və qlükozanı yoxlatmalısınız.bu hormonların hamısı səhər tezdən və acqarına verilməlidir.

  12. Salam.19yasim var.menim hem zobum var hem de prolaktin hormonu yuksekdi.her ikisini normada saxlamqcun derman qebul eliyirem, amma menim menstruasiya vaxtinda dehwetli agrim olur ilk gun ancaq.hemde bedenimde tuklenme gedir.uzi de de yoxlatmiwam her wey normada cixib.tuklenmenin qarwisini ve bu agrilarin qarwisini nece almaq olar?

    1. salam. əgər sizdə menstruasiya vaxtı ağrı ancaq ilk günlər olursa, menstrual qanaxmaya bir neçə gün qalmış (4-5 gün) qeyri steroid iltihab əleyhinə olan preparatlardan istifadə edə bilərsiniz (məsələn indometasin şamı və s) və ya da ki bu qrup dərmanların per oral qəbul olunan formalarından (tabletlər) istifadə edə bilərsiniz (naproksen).Bu üsul 70% effektivdir.
      Tüklənməyə gəldikdə isə ola bilsin ki siz hələ qalxanabənzər vəzi və yüksək prolaktin problemlərini həll etməmişdən qabaq sizdə əlavə tük kökləri əmələ gəlmişdir ki bunları da bir daha hormonal profili yoxlatdıqdan sonra (qanda, acqarına, menstrual qanaxmadan 2-3 gün sonra -prolaktin, TTQ, DHEAs, tetosteron, qanda insulin və şəkər) foto və ya lazer epilyasiyası ilə aradan qaldırmaq olar.

  13. salam menim 23 yashim var. men de de polikistoz var. mualice olmasam aybashi olmuram. mualicemi kesen kimi aybashimda dayanir. deri yaglanmasi tuklenme de var. 23 ilde 2 defe mualicesiz aybashi olmusham 1 cisi ilk defe 2cisi ise 21 yashimda qalan butun aybashim dermanlarin sayesinde olub. bilmek isdeyirem eger men mualiceni saxlayanda aybasi olmuramsa gelecekde ana olmaq shansim da olmur?

    1. salam. Sizə hansı yolla yumurtalıqların polikistozu diaqnozu qoyulduğu mənə məlum deyil. ilk öncə bu diaqnoz mövcud kriterilərə əsaslanaraq qoyulmalıdır.
      yumurtalıqların polikistozu diaqnozu əslində çox geniş bir anlayışdır. Növündən asılı olaraq müxtəlif cür də müalicə edilir.
      Hamiləlik haqqında isə deyə bilərəm ki, polikistozlu qadınlar müalicəsiz də hamilə qala bilərlər. digər tərəfdən isə follikulun stimulyasiyası belə qadınların hamilə qalmasına çox kömək edir. lakin hamilə qalmama şansı da var.

  14. Salam Mende aybasi normaldi hec kecikmirem demek olarki 28 gunden bir oluram ama bu yaxinlardan hekime getdim mende polikistoz elameti var ama qalan her wey normaldi yani olculer har wey normaldi hekim dediki qorxulu bir wey yoxdi ama hormonlarivi yoxlatmalisan cunki cenemde az da olsa tukler var. indi men qorxuram bu menim hamile qalmaqima problem ol biler???

  15. salam hekim.23yasim var 7aydi evliyem.menstrasiyanin 18ci gun usmnen kecdim endometriya 5.5mm.sag yumurtaliq 49.4mm*28.6mm.sol43.2mm*25.2mm.polikistozludur.20.22eded 4-9mm folekul izlendi.menstrasiyam gecikmir.bu cox qorxuludu.men hamile qala bilerem?

    1. salam. endometriyanin 18 ci gun 5.5 mm olmagi hamiləliyin baş vermısinə mane ola bilər.əgər hər ay menstruasiya olursa deməli ovulyasiya baş verir. lakin nazik endometrium mayalanmış yumurtahüceyrənin uşaqlıq boşluğunda yerləşməsinə şərait yarada bilmir. hamiləlik də baş vermir. Bu problemi medikamentoz yolla (dərmanlarla ) aradan qaldırmaq olar.Bunun üçün sadəcə sizə siklin 21 gunu estrogen tərkibli preparatlar təyin edilməlidir.

  16. hekim mene dediki usmin neticesine göre folekul partlamir.bunu 1yoxlama ile bilmek olarki?mende deqiq ovulyasiya gedir?birdeki hekim mene novikan iyne 1hefte gunde 2defe,ve melaven ve diklofenat sami yazib.bununla hamile qalacam?hekim men 3.4gun menstrasiya oluram.

    1. əgər sizdə hər ay menstruasiya olursa və gecikmə olmursa onda follikul partlamamasına inanmaq çətindir. follikul partlamasını təyin etməyi ən yaxşı üsulu follikulometriyadır. usm lə menstrual siklin 9cu günündən günaşırı usm keçib follikulun necə böyüməsini və nə vaxt partlamasını təyin etmək olar. amma yumurtalıqların həqiqi vəziyətini təyin etmək istəyirsinizsə menstrual qanaxma bitən kimi usm keçmək lazımdır.

      1. men bele problem yasamamisam,yumurtaliqlarin bele böyuk olmasi cox problemdi?birdeki hekimin dediyine göre bu yalanci aybasidi anlamiram 3.4.5gun yalanci menstrasiya olur?

      2. ya siz nəyisə düz demirsiz ya da ki həkim səhv edir. hər ay eyni vaxtda aybaşı olursa gecikmə olmursa bu o deməkdir ki follikul vaxtında partlayır. mən sizə məsləhət görürəm ki ilk öncə aybaşı bitən kimi cinsi orqanların ultrasəs müayinəsindən keçəsiniz.əgər yenə yumurtlaıqlarda polikistik dəyişikliklər təyin edilərsə onda acqarına qanda FSH, LH,TSH, prolaktin və DHEAs hormonlar, o cümlədən insulin və qanda şəkər yoxlanılsın.
        Çünki tək ultrasəs müayinəsi ilə yumurtalıqların polikistozu diaqnozu qoyulmur!!

  17. SALAM HEKIM MENIM 17 YASIM VAR. MEN AYBASI VAXTI QARNIM COX AQRIYIR HEKIME GETTIM UZI ELEDI YUMARTALIQIM 26 OLMALIDI DEDI UZUNLUQU MENDE ISE 36 DIR QORXUSU VARMI VE TUKLENME GEDIR MENDE XAIS EDIREM SUALIMA CAVAB VERESINIZ SAOLUN

  18. salam!menim 40 yasim var aileli deylem.her ay aybasi vaxtinda olur amma iki aydirki aybasindan sonraki gunlerde gelen selik tund rengde olur,eyni zamanda bel nahiyemde agrilar olur.bunun sebebi ne ola biler?xahis edirem sualimi cavablandirardiniz.sag olun

    1. salam. sizə məsləhət görürəm ki kiçik çanaq orqanlarının ultrasəs müayinəsindən keçin.Bundan əlavə pap test (uşaqlıq boynundan yaxma) gərəkdir.
      sizdə olan şikayətlər cinsiyyət orqanlarının iltihabi prossesi, mioma kimi hallarda ola bilər.

  19. salam hekim. menim 28 yasim var.1usagim var.evveller polikistozum zeif, indi ise cox gucludur.hekim deyir bu ancaq lokoroskopik yolla hell edile biler. bilmek isteyirem bu yolla polikistozdan birdefelik qurtara bilerem?

    1. salam.ilk öncə təyin etmək lazımdır ki, sizdə yumurtalıqların polikistozu sindromudur yoxsa xəstəliyidir. əgər sindromudursa (qalxanabənzər vəzi xəstəliyi, böyrəküstü vəzi problemi və ya yüksək prolaktin, yüksək insulin fonunda yaranan yumurtalıqların polikistozudursa) bunu həll etmək üçün sadəcə həmin problemləri medikamentoz yolla aradan qaldırmaq lazımdır. əgər yumurtalıqların polikistozu xəstəliyidirsə onda siz daima (klimaksa qədər) kombinə olunmuş oral kontraseptivlər qəbul etməlisiniz (fasilələrlə).
      laporoskopik üsulla yumurtalıqların polikistozu xəstəliyi həll olunmur. yumurtalıqların polikistozu xəstəliyində laporoskopiyanın yeganə məqsədi hamiləliyin baş verməsidir.bu xəstəlikdən laporoskopiya üsulu ilə birdəfəlik qurtarmaq olmur.heç kimə aldanmayın.

    1. salam. ilk öncə təyin etmək lazımdır ki bu şikayət süd vəzinin hansı nahiyyəsindədir. Süd vəzi çox dəyişikliklər baş verən orqan olduğundan ilk öncə təyin etmək lazımdır ki, süd vəzində dəyişiklik varmı. bu problem dəri ilə əlaqəli olarsa müalicəsi bir cür, əgər süd vəzi və ya sinir sistemi ilə əlaqəli olarsa tamam başqa cürdür.

      1. Salam hekim .Menim aybalım bu ay 13gun gecikdi ilk defe idi gecikme olurdu .aybası qurtardı 5gun kecib bir de xestelenmişem.cox xahiş edirem cavablayın bu neden ola biler

    1. salam. prolaktinin çox olması follikulun yetişməməsinə səbəb ola bilər. amma ola bilər ki, prolaktin normallaşsın, amma yenə də follikul yetişməsin. belə hallarda follikul yetişməsi üçün dərmanlar təyin edilməlidir.

    1. salam. ilk öncə qanda hormonlar yoxlanılmalıdır və yumurtalıqların polikistozu xəstəliyinin və ya sindromunun hansı növü olduğu təyin edilməlidir. əgər yumurtalıqların polikistozu qalxanabənzər vəzi problemləri, yüksək prolaktin, artıq çəki və ya böyrəküstü vəzi problemləri ilə əlaqədardırsa onda səbəb aradan qaldırılan kimi menstrual sikl bərpa olunacaq. əgər polikistoz yumurtalıqla əlaqəli olarsa onda menstrual sikli qaydasına salmaq üçün ən yaxşı üsul kombinə olunmuş oral kontraseptivlərdir.

    1. Salam. Əgər aybaşı requlyar olursa problem olmayacaq.siz qanda hormonlar verməli və xəstəliyin növünü təyin etməlisiniz. Bu aybaşının ilk 7 günündə verilməlidir.FSH .LH.TSH.PROLAKTİN.İNSULİN .ŞƏKƏR.DSHEA.qeyd edim ki bunlar hamisi acqarına verilməlidir.Uğurlar.

  20. salam həkim mənim 42 yasim var alti aydi aybasi olmuram klimaks kecirirem məndə isdilik gəlir əsəbləsirəm bu olmalidir mi sizdən xahis edirəm mənə komək edin nə icmək olar bir həkimə getdim deyir ancaq valeriyan ic sag olun

    1. Salam.ilk öncə siz qanda FSH səviyyəsini yoxlatdırmalısınız.bu həqiqətən sizdə klimaks olduğunu təsdiqləmək üçündür.daha sonra isə hormonal əvəzedici preparatlardan istifadə etməlisiniz ki sizdəki əlamətlər keçsin.bu preparatlar həm tablet,həm də krem formasında satışda var.

  21. Sag yumurtaliq 37.2.xirda follikulyar qurulus daxilinde 3 mm olcud diffuz yayilmis formada cox sayda follikular vizualize olunur.sol yumurtaliq 36.x22mm.xirda follikulyar qurulus daxilinde 3-5mm olcude follikular yumurtaliq kenari ile ardicil duzulmus sekilde vizualize olundu.xaiw cavab yazin.her iki yumurtaliq polikistoz qurulusludur??

  22. salam həkim hər vaxtiniz xeyr sizdən bir xahisim var mənə cavab yazin mənim 40 yasim var aybasi olanda sol ayagim dizdən asagi tyk kimi damarlar cixir agriyir aybasi qurtaran kimi kecir birdə həmən vaxt sidiyə tez tez cixiram bunun qorxusu varmi sag olun

    1. Salam.ilk öncə sizdə aybaşı pozğunluğu olub olmadığı müəyyən edilməlidir. Bunun üçün qanda hormonlar verilməlidir.FSH.TSH.LH.ESTROGEN.PROLAKTİN.QANDA İNSULİN VƏ ŞƏKƏR.bu analizlər aybaşı siklinin ilk 6-7 günü verilməlidir. Daha sonra təyin etmək olar ki, Sizin şikayətlər həqiqətən aybaşı ilə əlaqəlidir ya yox.
      Həm də məsləhət görürəm ki, fikirləşəsiniz bəlkə aybaşı vaxtı əlavə bir nə ilə isə məşğul olursunuz hansını ki aybaşı olmayan vaxtı etmirsiniz və ya bəlkə hansısa dərman qəbul edirsiniz.

  23. salam hekim menim 36 yasim var hamile galmiram FSH. LH prolaktin TSH Progesteron analizleri verdim tek proloktin 131.04 TSH 4.98 oldu falekul normal yetisir patliyir aybasim gaydasindadi eger prolaktin normalawsa hamile gala bileremi pralaktin mende yeddi ildir ki yukselir dostineks icirdim.normalasirdi dermani kestigden sonra yeniden yukselir. indi mualicani endaklorog aparir indi dostineks yok baska derman yazdi eger proloktin normalasarsa hamile gala bileremi evelceden cavablandirdigniza gore saolun.

  24. salam hekim menim 36 yasim var hamile galmiram FSH. LH prolaktin TSH Progesteron analizleri verdim tek proloktin 131.04 TSH 4.98 oldu falekul normal yetisir patliyir aybasim gaydasindadi pralaktin mende yeddi ildir ki yukselir dostineks icirdim.normalasirdi dermani kestigden sonra yeniden yukselir. indi mualicani endaklorog aparir indi dostineks yok baska derman yazdi eger proloktin normalasarsa hamile gala bileremi evelceden cavablandirdigniza gore saolun.

    1. salam. prolaktinin səviyyəsi normallaşarsa və sizdə digər problemlər olmazsa, məsələn: boru keçməzliyi, uşaqlıq anomaliyaları, endometriumun qalınlığının kifayət qədər qalın olması, sarı cisim çatmazlığı onda hamiləlik mümkündür. sizin yoldaşınız da yoxlanmalıdır əlbəttə ki. əlavə etmək istəyirəm ki, yaşı 35 dən yuxarı olan qadınlarda genetik anomaliya riski olduğuna görə hamiləliyin ilk trimestrindən başlayaraq genetik testlər aparılmalıldır.

      1. Salam menim gecikmem olur kecen ay 12aybawi olub sentyabrda hele olmamiwam test edirem gostermir onuda deyim ki qiz vaxti gecikmem olur du en uzagi 7-10gun bele olmayib .ne ile elaqedar ola biler bu

      2. salam.Aybaşı gecikməsinin o qədər səbəbi var ki. Funksional səbəblərdən tutmuş üzvi səbəblərə kimi. Aybaşı gecikməsi stress, əsəb gərginliyi, zəif qidalanma, çəki azlığı, çəki artıqlığı, iqlim dəyişməsi, hormonal pozğunluq, yumurtalıqda kista və s kimi səbəblərlə əlaqəli ola bilər. amma sağlam qadında belə aybaşı siklində pozulmalar mümükün ola bilər.

        Əgər sizdə hamiləlik testi pozitiv çıxmayıbsa və sizi ağrı və ya başqa bir diskomfort narahat etmirsə bir neçə həftə gözləmək olar.

    1. salam. əgər 4 aydır ki aybaşı olmursunuzsa onda siz ilk növbədə kiçik çanaq orqanlarının ultrasəs müayinsəindən keçməlisiniz. daha sonra isə alınan nəticəyə əsasən ya müalicə təyin ediləcək, ya da ki daha dərinləşdirilmiş müayinə aparılacaq. (qanda hormonların təyini).
      aybaşı pozulması həm üzvi, həm də funksional səbəblərdən yarana bilər.
      səbəblər çox müxtəlif ola bilər- hətta yüngül stress, yorğunluq, avitaminoz, yuxusuzluq, gərginlik, soyuq kimi faktorlar belə aybaşı pozulmasına səbəb ola bilərlər.
      sizə bunu zərəri dedikdə, əgər aybaşı normal olmursa
      əsas məsələ vaxtında səbəbi tapıb aradan qaldırmaqdır. səbəbdən asılı olaraq zərərlər də fərqlidir.

  25. Salam hekim,menim 21 yawim var,aybawi. Hemiwe prablemli olub cox mualiceler almiwam pragestron ve dufaston ist etmiwem,bir iki ay olur arada olmur yene olur,cox hekimlerden kecmiwem ama hec kes prablem tapa bilmir,hekimin biri dediki kiloyla elaqedardir 1,62boyum 70 kilomdur,rasiyadada bir hekim dedi polikistoz var adi vitaminler yazdi,yenede hec bir ciddi prablem demediler,indide olur bir aydan bir iki aydan bir olandada qaramtil rengde gelir sonra az olsada nirmal aybawi olur ama ele olur cox cekir 10gun az az gelir ,qorxuramkimende 21 yawinda kesilme hali baw vere bilermi???niwanliyam iki aya toyum olacag hamile qalma wansim azdi ya normladi?hekime getmekden yorulmuwam,butun qarmon testleri zad hamsinnan kecmiwem temiz cixib,xagiw edirem sizde fikrinizi bildiresiz coxsagolun

    1. salam. sizdə çəki ilə problem yoxdur. əgər sizdə qan analizində FSH, LH, prolaktin, TSH, DHEAs normal səviyyədə çıxıbsa və ultrasəs müayinəsində uşaqlıqda heç bir düyün və ya başqa bir üzvi dəyişiklik yoxdursa və yumurtalıqda polikistik dəyişiklikdən başqa heç bir dəyişiklik çıxmayıbsa ciddi problem olduğunu düşünmürəm.
      gələcəkdə də hər hansı bir problemlə (follikul yetişməsi ilə bağlı)üzləşəcəyinizi düşünmürəm.

      1. Cox sagolun cavab yazdiginiz ucun.bes bilmek istiyerdimki son iki uc ayda az az uzunmuddetli 15_20gun daje 1 ay erzinde qati qan qariwiq karicni mayenin gelmesi neyle baglidir?bu meni cox narahat edir normal aybawi kimi olmur nede bu axinti dayanmir.(((

      2. Bu hormonal pozğunluqla bağlı ola bilər, bundan əlavə uşaqlıqda olan hər hansı bir dəyişilik, məsələn mioma bu əlamətə səbəb ola bilər, bundan əlavə yumurtalığın funskional kistaları səbəb ola bilər. bunun üçün ilk növbədə kiçik çanaq orqanların ultrasəs müayinəsindən keçmək lazımdır, daha sonra ehtiyac olarsa hormonal müayinə də aparılmalıdır.

    1. salam. əvvəl siz hormon analizi verməlisiniz ki, sizdə hansı endokrin vəzidə problem olduğu dəqiqləşsin. daha sonra isə müalicəyə başlamaq lazımdır.
      dəqiq müddəti mən deyə bilmərəm. əgər sizdə FSH yüksək deyilsə (adətən belə halda normal səviyyədən az olur) follikul yetişdirən dərmanlarla hamilə qala bilərsiniz.

  26. Salam hekım. Men artıq 1ıl olaaq aılelıyem. Polıkıstozsundu var. Menım üzümde sepkıler çox var ıdı. Toyunun 3cu ayından helkıme getdım mene dufaston yazdı 3aylıq kı uç hamıle qalacaqsan. Amma men hamıle qalmadın. Indı ıse basqa hekıme getdım menı. Testesteron yüksek cıxdı xlamıdıyadan mıkrobu cıxdı gobelek . Hamısını mualıce etdıler ve üzümde artıq hec bır sepkı yoxdur . Turbalıqlatım yoxlansı sag acıqdır soldakında problem var. Bölmek ısteyırem men bu halda dufastonla hamıle qala bılerem? Yenı testesteron normaya düşdü. Evvel dufaston ıcdıkde hamılelık olmadı. Testesteron mane ola bılırmı hamılelıye?

    1. Salam. Hamilə qalmaq üçün siz bilməlisiniz ki, sizdə ovulyasiya olur bu ay yoxsa yox. Bunu aybaşının 9 cu günündən günaşırı ultrasəs müayinəsindən keçməklə bilmək olar. Əgər ovulyasiya baş verərsə siz ovulyasiyadan sonra Dufaston qəbuluna başlamalısınız. Bu halda əlbəttə ki hamiləlik mümkündür.

  27. salam 23 yawim var. 1 ay aybawi gecikmem oldu hekime getdim polikistoz diaqnozu qoydu. UZM sag yumurtaliqda 12mm olcude dominand falekkulla izlenilir. endotermin qalinliqi 7mm. aybawinin 2ci gun hormonlardan analiz verdim. prolaktin 213.3, kortizol 546.5, LH 7.14 FSH 4.23 umumi testeron 0.541,DHEA-S 10.68. 6ay mualice aaldim diana35 icdim. indi novbeti 6ayliq mualicedeyem джес dermani qebul edirem. aybawi indi 28-30 gunden olur. boyum 1.68 cekim 57 . gelecekde ana olma wansim varmi xahiw edirem sualma cvb yazin

    1. Salam. Əgər sizdə aybaşi siklində gecikmə çox olmursa içdiyiniz dərmanlardan imtina etməyinizi məsləhət görürəm. Bu dərmanları içməyə də səbəb görmürəm. Narahat olmayın. Sizdə yeganə problem böyrəküstü vəziilədir. Bu da şübhəlidir. Bunu dəqiqləşdirmək üçün qanda 17 OPH verməyinizi məsləhət görürəm.Sadəcə olaraq gələcək üçün (hamiləlik üçün) yadda saxlayın ki, sizdə ola bilsin böyrəküstü vəzi ilə bağlı problem var. Bunu siz qeyd etdiyim hormonu yoxlatmaqla aydınlaşdıra bilərsiniz. Siz gələcəkdə ana olacaqsınız.

    1. Norma 0.8 dir. Bu hormonların qanda azalması üçün siz metilprednozolon və bu kimi preparatlardan birini qəbul etməlisiniz. Əgər aybaşı sikli çox pozulmayıbsa, sizin FSH və LHınıza əsasən deyə bilərəm ki yox, onda müalicəyə ehtiyac yoxdur, amma hamiləlik vaxtı nəzərdə tutun ki, bundan sizin həkim xəbərdar olmalıdır.
      İstəsəniz endokrinoloqla da məsləhətləşə bilərsiniz. Bu sahə ilə ginekoloq yox endokrinoloq məşğul olmalıdır.
      Sizin qəbul etdiyiniz dərmanlar bunun müalicəsi deyil.
      Sizdə TSH normada olsa da minimuma yaxındır. Qalxanabənzər vəzinizi də müayinə elətdirsəniz yaxşı olar.

  28. Salam hekim. Men sentyabr ayinin 17si aybasi olmusam oktyabr ayinin evvellerinden az az her gun tamam tund rengli qan gelir bezende karisnivi rengde olur bunun sebebi ne ola biler. 1il 1aydida aileliyem bir ovladimi inkisafdan dayandigi ucunde goturulub indi de hamile deyilem.

    1. Salam. Bunun səbəbi (əgər hamiləlik testi etmisinizsə və bu neqativ çıxıbsa), estrogen çatmazlığı ola bilər. Bu funksional pozğunluqdur. Follikul zəif yetişəndə qanda estrogen az olur və nəticədə belə əlamətlər ola bilər. Bu əlamətlər keçib gedəcək. Əgər sizdə bu təkrar olunmursa əlavə müdaxiləyə ehtiyac yoxdur.
      Amma mən sizə kiçik çanaq orqanlarının ultrasəs müayinəsindən keçməyi də məsləhət görürəm. Bu o məqsədlə aparılmalıdır ki, daxili cinsiyyət orqanlarının vəziyyəti haqqda ümumi təsəvvür olsun.

  29. Salam cox sag olun sualimi cavablandirdiginiz ucun. Hekim size bir suallada muraciet edecem. Cinsi elaqede olan zaman hemise qan gelir hekimede bir defe getdim dedi erroziyan var yandirilmalidi mualice olundum dedi artiq olmayacaq ama yenede her elaqe zamani olur cox xahis edirem bu sualimida cavablandirin bunun sebebi nedir?

    1. Salam. Cinsi əlaqə zamanı qanama uşaqlıq yolu və boynunda polip, uşaqlıq yolunun iltihabi prossesi, cinsiyyət orqanlarının zədəsi, uşaqlıq boynu selikli qişasının xəstəliyi (ektropion) ola bilər.
      Bunun üçün siz ginekoloq müayinəsindən keçməlisiniz. Ola bilsin ki uşaqlıq boynu selikli qişası sağalmayıb. Təkrari müayinə və müalicə lazımdır.

  30. salam jale xanim.men 1ildirki ailelyem.aile qurannan 3ay sonra aybasim kesilib .polikistoz varidi testeron yuksek cxmsdi.3ay hekim diane yazdi deran bitdikden sonra yene aybasim gecikdi.bu defe ise prolaktin yuksek cxdi progestron ise az cxdi.iyneyle aybasi oldum yene.endometriya aybasinnin 10 cu gunu 10mm dir.ama her ay aybasim gecikir endometriyada 6.7.8 olur.men bilmek isteyiremki endometriyanin nazik olmasi hormonlardan aslidirmi yeni hormonlar normal olsa endometriya duzelecekmi.men ana ola bileceyemmibutun bunlarin mualicesi varmi.cox pisem cox stres kecirirem/irana gedmek isteyirik.xahis edrem cavablandirasinz.iallah razi olsun sizden evvelceden tesekkur

      1. Salam. Endomteriumun aybaşı siklinin 10 cu günü 10 mm olması normaya uyğundur. Ümumiyyətlə, aybaşı siklinin 8-10cü günü endometriumun qalınlığı orta hesabla 8 mm olmalıdır.
        Endometriumun qalınlığına təsir etmək üçün estrogen preparatlarından istifadə etmək olar.
        Ovulyasiya çağırmaq üçün da bir sıra dərmanlar var. Progesteronun qanda lazımi miqdarının təmin etmək üçün də dərmanlar var.
        Amma öncə sizdə yumurtalıqların polikistozunun hansı növünün olduğunu təyin etmək lazımdır.
        Bunun üçün siz qanda. aybaşının ilk 8 günündə
        FSH, LH, TSH,17 OPH, əgər çəki artıqlığı varsa acqarına qanda şəkər və insulin yoxlanlmalıdır.

        Daha yaxşı olardı ki siz Diana 35 qəbulundan əvvəl verdiyiniz hormon analizlərində bu göstəriciləri axtarasınız.

  31. jale xanim axir vaxtlar polikistoz dediler yoxdu.aybasi gecikdiyicun falekulyar kista olur oda dermanla aybasi olannan sonra sorulur gedir.hormonlar endometriyaya tesir edrmi?birdeki esas aybasi vaxti endometriya olcusu normal olmalidi.aybasi olmaynda gecikende vaxt olbki endmtya 6 olub.ceki artigligi yoxu.164boy 50 cekimdi.hormonlarim normal dyl bilirem .bilmek isteyremki xanim yeni bunlarin mualicesi var?men ana ola bilecemii?birdeki yumurtalgm olculer matka olculerim normaldi.ama aybasi olmuarmda aile qurannan.cox sagolun ki cvb verdiz. men cox narahatam.

    1. Endometriumun inkişafında (qalınlığında) hormonların rolu böyükdür.
      Menstrual siklin hər ay olmaması hamiləliyin heç vaxtı baş verməyəcəyinin göstəricisi deyil.
      Qeyd etdiyim kimi bunların müalicəsi var.
      Mən sadaladığım hormonların nəticəsləri olmasa da demək olar ki, sizdə qalxanabənzər vəzi yoxlanılmalıdır.Əlavə olaraq da qeyd etdiyim hormonlar yoxlanılmalıdır ki, hormonal status haqqında ümumi təsəvvür yaransın.
      Qalxanabənzər vəzidə olan problem sizə hamilə qalmaqda da, hamiləlikdə də problem yarada bilər.
      Testosteronun yüksək olması bir neçə səbəbdən ola bilər.

  32. diane dan sonra ise aybasi yene olmadim . hormon bu defe ise bele cxdi
    es tradiol 180
    testrson 2,0
    progestron 2,6
    fsh 7,7
    lh 11,0
    prolaktin 30,0
    dianeden sonra bele oldu.aybasi olmamagimin sebebi bunlardi ele deyilmi???????????

    1. Bu cavabda mən prolaktin hormonunun yüksək olduğunu görürəm.
      Amma diane 35 kimi dərmanların qəbulu prolaktinin qanda səviyyəsinin artmasına səbəb ola bilər. Bundan əlavə sizdə qalxanabənzər vəzi tərəfdən də də problemlər var, bu da adətən qanda prolaktin səviyyəsinin qalxması ilə paralel olur baş verir.
      Lakin menstrual siklin normal olmaması hamiləliyin baş verməyəcəyinin göstəricisi deyil.
      Sizdə problemin nə olduğu təyin edilməlidir. Əgər follikul yetişmirsə onu yetişdirən dərmanlar təyin edilməlidir. Endometriumu yetişdirmək üçün də estrogen preparatlarından isitfadə etmək olar.
      Zənnimcə, sizdə digər faktorlar da yoxlanılmalıdır-
      uşaqlıq borusu keçiriciliyi, uşaqlıq boynu və uşaqlıq yolundan yaxma, yoldaşınız da yoxlanılmalıdır bu arada.
      Əlavə olaraq stress faktorun da sizin hamilə qalmamağınızda rol oynadığını düşünürəm.

  33. Salam hekim men sentyab ayinin 28nen oktyabrn 1kimibugune kimide daanmir cirkli qanli laxtalar kimi az formada axinti dayanmir ,cox xahiw edirem qorxuram,subayam mioma ola biler mende?polikistozum olub ama yungul,ola bilerki poikistoz eriyir?belkede size gulmeli geler ama dogurdanda beledi duz bir aydan artiqdirki dayanmir axinti,polikistozun erimesi bu axintinin sebebi ola biler?cox xahiw edirem komek olun mene

    1. Salam. Sizdə yumurtalıqların funksiyasında pozğunluq var. Belə qanamaların səbəbi çoxsaylıdır.
      Uzunmüddət aybaşı qanaxması olmayıbsa ola bilər, və ya yumurtalıqda olan funksional kista da buna səbəb ola bilər. Bundan əlavə sarı cismin sorulmaması və s.
      Bundan əlavə qəbul olunan dərmanlar da buna səbəb ola bilər.
      Bunun üçün kiçik orqanlarının ultrasəs müayinəsi
      aparılmalı və daha sonra bir nəticə çıxarımalıdır.
      Sizdə əsas problem yumurtalıqların polikistozudur, aybaşı sikliniz qaydaya salınmalıdır.

      1. Coxsagolun allah sizden razi olsun.bu axintilarin neticesinde gun erzinde tezyiqimde awagi olur ,normada 110-70 bele gunlerde bezen lap yenir 80-55 olur,buda qan itirmekle baglidir hekim?minnetdaram size cox,var olun

  34. salam jale xanim.yeni narahat edrem bagislayin.mene diye bilersizmi bu dermanlardan hansi hormonal preparatdi?

    brot metformin hci
    azithromycin 250
    letrax 2.5
    merional
    dostinex.
    bolmek isteyiremki bunlarin hansi hormonal dermandi?

    1. Dostinex prolaktinin qanda səviyyəsini aşağı salmaq üçündür. Metformin isə qanda insulin səviyyəsinin qalxması ilə əlaqədar qalxan testosteronun səviyyəsini qanda aşağı sala bilər.
      Xorionik Qonadotropin hormondur.Bir sıra təsirləri var. Adətən follikul yetişdirmək və ovulyasiya stimulə etmək üçün yazılır.

  35. salam men 4 ildi aileliyem 2 il bunan qabaq bakida emeliyat oldum sonra hekim kisda oldugu ucun diane 35 yazdi hal hazirda Rasdovdaki hekim deyir hecneyin yoxdu yoldasimda emeliyat oldu ama usax olmur sizce ne sebeb olur sagolun yazdiginiz ucun

  36. Rasdovdada hekim diane 35 yazdi 5.6 ay atdim normal aybasi oldum ama 1 aydi atmira yene 1hefde gecikdim birde mende kisda tez yaranir hekim sizce neden kisda tez yaranir men tezlikle ana olmax isdiyirem

    1. Yumurtalıqda follikulyar kista tez tez yaranırsa bunun müalicəsi diane 35 və onun analoqlarıdır.
      Hamilə olmamağın səbəbini bilmək üçün bir sıra analizlər vermək lazımdır. FSH,LH, TSH,Prolaktin, 17 OPH. kimi hormonlar qanda yoxlanılmalıdır.
      Sizə hansı diaqnoz qoyulub?

  37. Salam.burda deyiller hence yoxdu olacax ama olmur bakida dediyiniz analizderi vermisem prolactin 14.1 FSH 6.55 LH 16.09 TSH 0.43 bu analizderi vermisem sizce bir problem var dediler yoldasindada problem var ama oda emeliyat oldu indi deyiller bir problem yoxdu ama niye olmur bilmirem burdaki hekimim deyir eger olmasa sene yumurtaliga gore derman yazacam ama 6 ay verib ama yene olmur.qorxuram ki.ailemden ayrilim sizce neyniyim bakida olsaydim yaniniza gelerdim cavabladiginiz ucun sagolun

  38. salam.birce diane 35 yazib. deyir ciddi bir seyin yoxdu .burdaki hekim deyir falikuldada bir problem yoxdu.yoldasim ise damar genislenmesinen emeliyat olub .ve faiz asagligida vardi ama onuda maliceynen yuxari qaldirdilar indi ondada bir sey yoxdu .zobdanda analiz vermisem ondada hence yoxdu qorxuram ki,yumurtaligimi emelyatda zedeliyeler. sizce men ana olacam?

    1. diane 35 içən vaxtı hamilə qalmaq olmur, çünki bu dərman hamilə qalmaq prossesinin qarşısını alır. Əgər sizin follikul partlayırsa onda başqa müayinələr aparılmalıdır. Məsələn – aybaşının 21 ci günü progesteronun qanda səviyyəsi, uşaqlıq borularının keçməzliyi olub olmaması, uşaqlıq yaxmasında sonsuzluğa səbəb olan törədicilər- ureoplasama, xlamidia, qonorreya və s.
      yoldaşınız da bu arada spremaqramma versin.

  39. salam hekim .bu analizderi vermisem cavablari bunlardi. Ureplazma neqativ.xlamidia 0.19 .mikoplazma neqativ. progestron ve qonorreya analiz verende adi ne cur yazilir. cox analiz vermisem sagolun

  40. salam.jale xanim yene narahat edrem sizi,uzrlu sayin.menim yoldasimda hecbir sey cxmayib,ama hekim dermanlar yazibki sadece guclendiricidir.bilmek isteyiryki bu iyne neycundu; ivf altdanda yazilibki human chorionic gonadotropin.bunu demisdizki hormonu gonadotropin.yoldasimda hersey normaldi ama.sizce bunu niye yazib hekim?
    birdeki xanim dexamethasone neycundur?bunu mene yazib.
    brot metformin hci demisdzki testronun qanda seviyesini asagi salir,deqiqmi bu dermani mende tuklesmeni azaldacag?
    azithromycin 250 bilmek isteyiremki neycundu.cox xahis edrem jalexanim suallarimin hamsina cvb yazasiz cox xahis edrem.onuda deyimki mende testron ve prolaktin yuksek cxdi,polikistoz ve falekulyar kista cxdii.aybasim normal olmur.

    1. androloqun yazdığı dərmanları elə androloqla məsləhətləşsəniz daha yaxşı olar. O ki qaldı sizə yazılan dərmanlara- əgər sizdə tüklənmə insulinresiztetliklə əlaqədardırsa onda testosteron səviyyəsi metfromin sayəsində aşağı enəcək.
      azitromisin antibiotikdir. Bu həmin antibiotikə həssas olan törədicilər (infeksiya) tapılarsa yazılır.
      dexametason çox müxtəlif məqsədlərdə yazılır və hormonal dərmandır. Məsələn: müxtəlif mənşəli allergiya, qanda və cinsiyyət yollarında spermaya qarşı antitellər normadan artıq çıxanda və ya böyrəküstü vəzi problemləri olanda yazılır.

  41. Salam,hakim.manim 1oglum var.3dafada abort olmuwam.indida ana olmaq istiyiram alinmir.falekul boyuyur haddan artiq.partdamir.agrilarim var.iyun iyul ayinlarinda arasi kasilmadan qanaxmaya duwdum.avqustun avvali sagaldim axiri yenidan aybawi oldum.sentiyabr,oktyabr,normalni xastalandim.noyabr ayidi.yena qanaxmaya duwmuwam.hakim deyir gal tamizdiyim.qorxuram getmiram.incidir.amma ana olmuram deya da asablarimda pozulub.mana maslahat gorun.aglamaqdan

    1. Salam. İlk növbədə əsəblərinizə hakim olmağa çalışın.
      Əsəbləşmək sizə heç bir işdə kömək etməz.
      Əgər follikul böyüyür və partlamırsa bunu partlatmaq üçün dərman təyin etmək lazımdır, məsələn: xorionik qonadotropin.
      Əvvəl yaxşı olar ki siz bir müddət kombinə olunmuş kontraseptivlərdən birini bir neçə ay qəbul edəsiniz. (janin, jarina və s)

    1. salam. Diane 35 ağrısız və bol miqdarda olmayan aybaşı qanaxmasına cavabdehdir. Sancıların olmasını birbaşa bu dərmanı dayandırmaqla əlaqələndirmək olmaz.Amma pozanı dəyişmək və ağrıkəsici qəbulu və ya spazmolitik qəbulu (nospa) vəziyyəti yaxşılaşdıra bilər.

    1. salam. Bu sualı mən cavablandıra bilmərəm.Amma siz pediatra yaxınlaşa bilərsiniz. O sizi müayinə edəcək və lazım olarsa başqa sahə mütəxəssislərinə göndərəcək. Ağrı verirsə demək qorxulu bir şey deyil.Narahat olmayın.

    1. salam. Bunun səbəbini bilmək üçün ilk növbədə ginekoloji orqanların ultrasəs müayinəsindən keçmək lazımdır.Aybaşı oacaqsınızsa aybaşı bitən zaman, ya da ki olmursunuzsa istənilən gün müaynədən keçə bilərsiniz. Daha sonra ehtiyac olars hormonal profil də yoxlanılmalıdır.

    1. salam. birinci bunun səbəbi təyin edilməlidir. Bunun əsas səbəbi qanda estrogen yüksəkliyi olur.
      Müalicəsi əsasən kombinə olunmuş kontraseptivlərin təyini ilə olur, məs: janin və s.
      Lakin sizin yaşınız 35 dən yüksəkdirsə uşaqlıq divarının qaşınması ən yaxşı seçimdir.
      Hamiləliyi isə bu problem həll olduqdan sonra planlaşdıra bilərsiniz.

  42. Salam.Mənim 24 yaşım var.1il 3aydır ailəliyəm hamilə qalmıram.3həkimdə olmuşam ciddi bir problem görmeyiblər.Menstruasiyam vaxtından əvvəl olurdu.Axırıncı müalicədə dyufaston dərmanı qəbul etdim 2aya yaxın bir dəfə 5gün gecikməm oldu,sora kəsdim müalicəni yəni bu ay kəsdim.indi 12gündür ki gecikirəm.buna səbəb dyufastonu kəsməyim ola bilər?test etmişəm nəticə negatifdir.təşəkkür

    1. salam.bu dərmanın qəbulu zamanı həkim nəzarəti altında olmağınız daha yaxşı olardı. Siz sadəcə öz həkiminizlə məsləhətləşin və o sizə follikul yetişdirmək üçün dərman yazar. Müalicə qorxulu deyil amma tez tez müayinə lazımdır ki hər bir şey vaxtında təyin edilsin.

  43. salam hekim men texminen nece bileremki mende faklikul yetisir ve ya yetismir.men burda hekimimi deyisdirecem o hekim coxsun malice edib demey olar ki hamisinin usagi oluf ama meni 1 ilden artixdi malice edir ama olmur yazdiginiza gore sagolun.

    1. Salam hekim menim 18 yawim var bu ilden bawlayaraq aybawimda gecikmeler olur ilde 2 3 defe 7 8 gun gecikme olur ama novbeti ay yeniden normal olur.bu gecikme martda avqustda birde indi 2 gundur gecikme var geciken vaxtlar agrilarim olur ag rengli qati maye gelir hem de aybaşı vaxti laxtalar olur.butun bunlar neden ola biler?soyuqdeymeden ola biler?hal hazirda cobanyastigi filtrlerini demleyib icirem 10 gunluk.xaiş edirem cvblandirasiniz.indiden cox sagolun

      1. salam. Aybaşı sikli elə bir şeydir ki. xarici istənilən təsir onun pozulmasına səbəb olar bilər. Məsələn stress və ya yanaşı xəstəliklər və ya oranizmin ümumi zəifliyi. İldə təxminən 3-4 dəfə aybaşı siklinəd pozulma xəstəlikl sayılmır. Ola bilsin mi sizdə sadəcə gərginlik nəticəsinə funksional pozğunluq olur. Lakin ultrasəs müayinəsindən keçmək məsləhətdir.

  44. salam hekim men dunen getdim hekime dedi butun analizderin hamisi yaxsidi oda mene bu dermanlari yazif Duphaston,Klomifen,Proqinova yazdi2 vitamin 1 denede iyne yazif iyneni ayda 1 defe vurlmalidi bu dermanlar ne ucun yazilif meni basa sala bilersiz xais edirem sagolun

  45. salam hekim. menim 24 yashim var aileliyem yayda evlenmishem. Evlenmezden once butun hormonal analizleri vermishem hamisi norma daxilinded idi tek testesteron yuksek cixdi. Hekimim yarina preparati yazdi 3 ay icdim ve testesteron bugune kimi normadadi. İyunda evlendim ama hele ushaga qala bilmirem. Mende yumurtaliqlarin polikistoz sindromu var. He ay ayabashi oluram ama 8-10gun gecikmeyle. Oktyabirda hekimime getdim mene dufaston yazdi dedi hem aybashim regular olacaq hemdeki endometriy nazikdi oda normaya dushecek. Artiq 2 aydi aybashinin 16ci gununden 25ci gunune kimi icirem dufastonu ve aybashinin 28 gunu ayabshi oluram ama hamile qala bilmemishem bu 2 ayda. Hekim demishdi 3 ay erzinde qalacaqsan ama size deyim Uzide dominant folekulda gorunurde birde arxa duqlasda maye, men bildiyim geder ovulasiya olanda partlamish yumurtaligin suyu tokulur duqlasa, demeli bele cixirki mende ovulasiya normal olur. Hekim menim yaxin aylarda hamile qalma ehtimalim varmi? Qeyd edimki 11 yashimdan aybashi oluram ve her ay 8-10 gecikme olsada her ay olub aybashim

    1. Salam. Sizdə əgər follikul yetişirsə demək basqa səbəb axtarmaq lazımdır. Dufaston da icirsiniz və hamilə qala bilmirsinizsə. Məsləhət görürəm ki yoldaşınız spermaqramma versin. Siz isə uşaqlıq boynundan yaxma verin.
      Amma sizə deyim ki tələsməyə bir səbəb görmürəm. Hələ siz yeni evlənmisiniz.

      1. doktor cavabiniz ucun coxsagolun, Ushaqliq boynundan yaxma yeni mazok nezerde tutursunuz? Yoldashim nedense cekinir spermoqrammani vermeye men defelerle dediyime baxmayaraq, ama hekim cox uzur isteyirem sizden yoldasimda sperma cox qati olur bezen saqqiz kimi , mence bu normal hal deyil hele deyilmi? Onceden bize vaxt ayirdiginiz ucun teshekkur edirem

      2. doktor altinci gun uzide oldum folekular kista var dedi. Uzi aybashinin 8ci gunune tesaduf edirdi folekul yetishib ama partlamayib ama obir yumurtaliqda yene folekullar izlenilir. Eshidende cox pis oldum internetde bezileri yazirki folekular kistaynan hamile qalmaq mumkun deyil,bezileri yazir mukundur. Hekim mumkundurmu hamilelik folekular kista ile birdeki qayidib sovrulacaqmi o kista yoxsa yox ve ne kimi qorxusu var? Cavabiniz ucun onceden tesekkur edirem, Allah sizden razi olsun

      3. salam. Follikulyar kista funksional bir pozğunluqdur. Men deyerdim ki bu problemle çox qadın üzləşir. Narahat olmağa dəyməz. Follikulyar kista öz -özüne sorulub gedir. 5-6 həftə sonra bir de ultrases müayinəsindən keçsəniz yox olduğunu göreceksiniz. Amma follikulyar kista movcud olduğu sürədə aybaşı siklində pozğunluq müşahidə ola bilər .

  46. salam hekim xais edirem cavablayin hekim mene Гонадотропин хорионический yazif ama bu iynenin xaricisini isdiyir ama biz onun xarici adinin ne oldugunu bilmiriy sizce onun adi nedi birde bu iyne ne ucundur cavablayin sagolun

  47. salam jale xanim yene men.men size yazmisdim aybasim normal olmur ve mende prolaktinle testestron yuksek cxmsdi.buna gorede hekim mene dostinex ,brot metformcn dexamathon yazmsdi.noyabrin 16 si aybasi olmusdum.dermanlarin hele bir aydirki atiram.bilmek istyrmki bu ay men aybasi olma ehtimalim varmi?bir aydi derman atram.birdeki aybasi vaxtim bu ayin 16 si olmaliyam.dufaston atmagima ehtiyac varmi? onuda deyimki kecen ay sogan suyu icemekle aybasini getirdim.sonra mualiceye basladim

    1. salam. Sizin bu ay aybaşı olmama şansınız da var. Amma həkim sizə hansı müalicəni yazıbsa onu da etməyiniz məsləhətdir. Əgər əlavə dərman qəbul etmək istəyirsinizsə ilk növbədə həkiminizlə məsləhətləşin. Əgər bu ay aybaşı olmasanız həkiminizlə məsləhətləşin ki aybaşı olmaq üçün Dufaston atmaq istəyirsiniz.
      Qanda hormonlar qaydaya düşən kimi normal aybaşı qanaxması görəcəksiniz.

  48. salam hekim menim o dermanlardan sonra hamile qalma sansim ne qeder cunki bu malicede de alinmasa bizim evliliyimiz dagilacax yazdiginiza gore sagolun allah komeyiniz olsun

  49. jale xanim mende bu analizler yoxlanilib.
    tsh
    free t4
    fsh
    lh
    prolactin
    estradiol
    beta hcg
    bunlar yoxlanilib.ve mene dedilerki testron yuksekdi.ama burda testron yoxlanmayib.ele deyilmi?? sef edibler ?yoxsaki nece

  50. Salam.Mənim 24yaşım var.1il 3aydır ki ailəliyəm.sonuncu dəfə getdiyim həkim usaqlıq cisminin normadan kiçik olduğunu dedi.masaj və tok müalicəsi yazmalı olduğunu bildirdi.usaqlıq cismi ölçüləri: uzunluğu 42mm,ön-arxa 32,eni 40mm.di.bu nəticə balacadı?yəni tok və masaj müalicəsini götürməyim mütləqdi?təşəkkür

    1. salam.Uşaqlıq ölçüsü ilə qadının bədən ölçüləri arasında sıx əlaqə var. Doğmamış qadının uşaqlıq ölçüləri ilə müqayisə etsək sizdə uzunluq və ön-arxa ölçüdə problem yoxdur. Uşaqlıq eninə gəldikdə isə 42-50 mm arasında normadır.Ona görə də əgər sizin boyunuz çox hündür deyilsə 1.60-1.70 sm həddlərindədirsə müalicəyə ehtiyac görmürəm.

  51. Salam. Mən bu saytla yenicə tanış olmuşam. əvvəla həkimlərə təşəkkür edirəm, belə məlumatverici bir sayt yaratdıqları üçün. sonra belə bir sualım var: 47 yaşında
    yam və keçən aya qədər aybaşı olmuşam. Aybaşı siklində pozğunluq olmayıb, lakin axıntı çox az və qatı tünd olurdu. son aylar isə aybaşıdan əvvəl dəhşətli baş və bel ağrıları olurdu. Bu ay aybaşı olmadım, əlamətləri vardı, lakin olmadım. Bir də ki, bir neçə aydı ki aybaşıdan sonra sanki qrip olmuşam ki, burnumda və boğazımda qıcıqlanma, asqırma kimi hallar olurdu. Bu ay aybaşı vaxtına bir neçə gün qalmış kəskin bel və oynaq ağrıları yarandı yəni hər gün bir yerim sızıldayırdı. dünən axşam isəudlağımda və boğazımda ağrılar yarandı, sanki boğazım şişib, amma qıızartı zad yoxdu və belimdə kəskin ağrı var. Bu əlamətlərin aybaşı ilə əlaqəsi ola bilərmi və mən hansı müayinələrdən keçməliyəm? Zəhmət olmasa yazın.

    1. salam. Bu hallar premenopauza dövrü, stress və ya düzgün qidalanmama, hormonal pozğunluq və ya uşaqlıqda mioma, endometrioz kimi səbəblərdən ola bilər. Hətta normal aybaşı qanaxmasl zamanı da sizin saydığınız əlamətlər mümkündür.
      Lakin sizə məsləhət görərdim ki, kiçik çanaq orqanlarının ultrasəs müayinəsindən keçəsiniz. Nəticəyə uyğun olaraq da sonra hərəkət etmək lazımdır. Qanın ümumi analizini də vermək məsləhətlidir. Çünki aybaşı qanaxması zamanı immunitet aşağı düşür bu da yanaşı xəstəliklərin əlamətlərinin baş qaldırmasına səbəb ola bilər.

  52. jale xanim testronu yuksekliyi ucun hekim mene brot metformin yazmsdi.daha dogrusu bilmirdim ne ucundu o derman sizden oyrendim.uje ikinci aya kecibki o dermani atiram biraz xeyrini gordum.ama indi xeyri yoxdu.uzumdeki sari tukler getdikce tundlesir ve sag terefim eledi.hekimim xaricde oldugu ucun elaqe saxlaya bilmirem.testronu asagi salmagcin mene bir guclu derman deyin xahis edrem sizden.prolaktinde yuksek idi mende dostinex qebul edrem.hal hazirda.xahis erdem mene bir meslehet verin.

    1. sizdə testosteronun yüksək olması haqqda bir göstərici görmədim. Sizin verdiyiniz analizlər arasında bunu görmədim. Amma metformin təyin etməkdə məqsəd həm qanda olan insulini salmaq, həm də bununla bağlı qalxan testosteronu aşağı salmaqdır.
      Sizdə olan hormonal pozğunluqların müalicəsi üçün yazılan dərmanlar hamısı dolayı olaraq testosteronun aşağı salınmasında rol oynayır.
      Amma testosteron aşağı düşsə belə ola bilər ki siz onu görünüşdə hiss etməyəsiniz. Bu tükləri siz tüktökücü vasitlələr və ya lazer epilyasiyası ilə yox edə bilərsiniz.

  53. Salam hekim.Menim 21 yasim var.Mende menstural tsiklde pozgunluq var.3,4 ay normal olur sonraki ay olmur,novbeti aydan yene oz qaydasina dusur.Sonra birde gorursen bir ay olmur.Onu da deyimki en cox gecikme 1 ay olur,1 aydan artiq olmur.Tezelikle uzumde,qulaqyani hissede (az) ve qarin nahiyemde daha deqiq desem gobek hissemde tuklenme hiss etmisem.Kureyimde de sepkiler var.Bu gelecekde ciddi problemler yarada bilermi?Evvelceden tesekkurler.

    1. salam. Mən bunun gələcəkdə ciddi problem yaradacağına inanmıram. Biz elə bir şəraitdə yaşayırıq ki, bu şəraitdə düzgün qidalanma və ya stressdən tam uzaq olmaq mümkün olmur. Bu da əlbəttə ki özünü menstrual sikl pozğunluğu ilə göstərə bilər. Amma mən sizə aybaşı qanaxmasından sonra ultrasəs müayinəsindən keçməyi məsləhət görərdim. Mövcud olan dəyişikliklərə əsasən də sonrakı addımı düşünmək lazımdır. Ola bilər ki, sizdə qalxanabənzər vəzi ilə və ya prolaktinlə cüzi problem olsun. Amma əlbəttə ki yoxlanmamış nə isə dəqiq bir söz demək çətindir.

  54. Salam hekim sizden bir xaisim var zehmet olmasa menim sualimi cavablandirasiniz .Men aybasina 2 gun qalmis cinsi elaqede olan zaman menden qan gelir ve sonra kesilir 1 gun kecdikden sonra qara qan gelmeye baslayir sehersi normal aybasi oluram sonraki gunde bir az olub qurtarir yeni 2 gun aybasi oluram 2 evladim var axirinci usaq 7 il bundan qabaq olub 30 yasim var uziye dudurem hekim deyir qorxulu bir sey yoxdu ginekoloq baxib oda deyir hec ne yoxdu 3 il bundan qabaq eroziyam olub yandirtmisam sizden cox xais edirem mene komek edesiz aybasidan qabaq bele halin olmasi qorxuludur meni cox narahat edir

    1. salam. Əgər qadında aybaşı vaxtına bir neçə gün qalmış qan gəlirsə onda ən birinci düşünüləcək şey sarı cisim çatmazlığıdır. Bu isə qalxanabənzər vəzi pozğunluqları, yüksək prolaktin ilə və ya birbaşa sarı cismin özü ilə əlaqəli ola bilər.
      Əgər hamiləlik arzulamırsınızsa bu ciddi bir problem deyil. Amma saydığım orqanlar yoxlansa daha yaxşı olar. Siz hər hansı bir dərman qəbul etmirsiniz ki? hansı qorunma metodundan istifadə edirsiniz?

  55. Cox sagolun Jale xanim ureyim bir az rahatladi size cox minetdaram .Yuksek prolaktin ne demekdi zehmet olmasa .Birde mende yalniz o hal aybasidan 1ve ya 2 gun qabaq cinsi elaqe zamani olur adi halda yox.Birde men uziye dusdum hekim dedi sende 1 ci dereceli difuz formali zob var.ondan ola biler . Men artiq 12 ildiki aileliyem iki usaqdan basqa usaqim olmayib hec abortada getmemisem yalniz adi qaydada qorunmusam hec bir qorunma dermanindan isdifade etmemisem . Aybasima 1 hefde qalmis gozdememisen .Hal hazirda men Alqofemin ,ekstrofol,vitran e qebul edirem bu da hardasa 20 gun olar.men spiral qoydursam bunun mene komeyi olar ?

    1. prolaktin bir hormondur. Onun qanda səviyyəsinin yüksək olması deyilən hallara gətirib çıxara bilər.
      cinsi əlaqə zamanı uşaqlığın yığılmasını təmin edən hormonlar ifraz olunur. Uşaqlıq yığılır və qalınlaşmış endometriumun qidalanması pozulur. Bu isə qanlı ifrazata səbəb ola bilər.
      Qalxanabənzər vəzinin funksiyası yoxlanılmalıdır.
      Bunun üçün qanda TSH yoxlanılmalıdır.
      Uşaqlıq daxili spiralın xeyri olmaz. Amma tərkibində progsteron olan spiralın təsiri ola bilər.
      Əgər sizdə sarı cisim çatmazlığı varsa bunun sizə təsiri ola bilər. Sarı cisim çatmazlığı olanlarda adətən aybaşı sikli də 24- 25 gün və daha az olur.

  56. salam hekim menim yoldasimda sol yumurtaliqda sepkiler ve kista musahide olunb.(onlarin dediyine gore) Hekim DIFAS TON adli derman yazmisdi dedi bunu ele aybasi olan gun gel yoxlayaq. yeniden yoxlayib deyib ki kistanin olculeri daha da boyuyub sepkiler de coxalib. ДЖЕС adli derman yazib deyir 3 aydan sonra gel.Bu ne ola biler?Onceden size tesekkur edirem.

    1. salam. Əgər ultrasəs müayinəsində follikulyar kista görünübsə джес preparatının təsiri olacaq. Follikulyar kista müalicəsiz də sağalan bir törəmədir. Amma kistanın böyüdüyünü görüb xanımınıza yuxarıda qeyd olunan dərman təyin ediblər.
      Follikulyar kista hər bir qadında təsadüf oluna bilən bir şeydir. Əlamətsiz də keçə bilər. Aybaşı pozğunluqlarına da səbəb ola bilər.

    1. salam. Follikulyar kista elə özü psixoloji gərginlik və hamilə qala bilməsi üçün qəbul etdiyi dərmanlardan yarana bilər.Follikulyar kista yumurtalıqda follikulun yetişməsinə mane ola bilər.
      Amma 6 aydan sonra hamilə qala bilməməyə görə müalicə olunmaq düzgün deyil. 1 ildən sonra hamiləlik olmazsa müayinə və müalicəyə getmək lazımdır. Tez yox. Dünya üzrə statistikaya görə hamiləlik cütlüklərin evləndiyi gündən 8-9 ay sonra baş verir. Əlavə müdaxilə və müayinə əlavə pozğunluqlara gətirib çıxara bilər. Qeyd etdiyim kimi psixoloji gərginlik də -mən hamilə qala bilmirəm- fikirləri də hamiləliyin baş verməməsinə gətirib çıxara bilər.

  57. salam.cavablariniza gore tesekkur edirem.hemin 1 il muddetini gozlemek olar. amma hekimin neticesine gore orda kista var sol ve sag yumurtaliqda birinde yazib Dermoid qabaginda “?” isaresi qoyub o biri yumurtaliqda Endemetroid bunun da qabaginda “?” isaresi qoyub. 2defe USM de oldugu neticelerin her iksinde sekillerin her ikisinin qarsisinda “?” isaresi qoyub. ve 1 ci defe yoxlanilanda xeste deyildi DIFASTONU yazmisdi ve Difastonu qebul etmisdi. hekim deyib xestelenende gel baxim gedib deyib ki kista boyuyub DJES dermanini yazmisdi amma DJES i hele qebul etmeyib. DJES i umumiyyetle qebul etmesin? Ele bir pisoxalogi gerginliyi yoxdur sadece ozu cox narahat olur ki hamile qala bilmirem…

    1. mən sizə məsləhət görürəm ki. əvvəlcə yumurtalıqda olan kistaların xarakteri müəyyən olunsun. Dermoid kistaya nə dufaston.nə də ki djes təsir etməz. Dermoid kista hamilə qalmaya o zaman təsir edə bilər ki orada ciddi iltihabi prosses olsun və bu bitişimə xəstəliyinə səbəb olsun. Qalan hallarda dermoid kista hamiləliyə mane olmur və dərmanla da müalicə olunan bir törəmə deyil.Dermoid kista sadəcə nəzarətdə saxlanılır.
      Endometroid kista hamiləliyə mane ola bilər .Amma bunu belə tez qərara almaq düzgün olmazdı. Endometroid kista təəssüf ki medikamentoz yolla müalicə olunmur. Bunun üçün laporoskopik əməliyyat lazımdır. Amma bu əməliyyata getməyi də məsləhət görməzdim hələ.
      Ona görə mən sizə məsləhət görərdim ki bunun hansı törəmə olduğunu dəqiqləşdirəsiniz. Bunun üçüb bir neçə ultrasəs mütəxəssisinin yanına gedib məsləhətləşməyiniz yaxşı olardı . Böyüyən hansı kistadır?dermoid yoxsa endometroid.və nə qədər böyüyüb?

      Xanımınızın menstrual sikli normaldırmı?
      Djes ancaq follikulyar kistada təsir edə bilər.Qalan hallarda təyin edilmir.

  58. DIFASTONU icene qeder her ay 3-4 gun tez bas verirdi. yeni tutaq ki avqust ayinin 16 si baslayib sentyabrda 12 si baslayirdi xestelik. oktyabrda 9 u noyabrda 6 si bele olurdu.DIFASTONDAN sonra 8 gun ireli getdi

  59. ola bilermi ki UZM in cekdiyi goruntunu hekim ozu duz diaqnoz qoya bilmesin ve ya UZM le duzgun cekilis olunmasin?bele hal ola biler?yene de UZM le yoxlasinlar? yoxsa hemin UZM in neticesini basqa hekime gosterek?

    1. bəzi hallarda elə ola bilər ki şəkil düzgün qiymətləndirilməsin. əslində enometroid kistaya tam dəqiq diaqnoz qoymaq üçün laporoskopik müayinə lazımdır. Bu qarın boşluğuna müdaxilə deməkdir. Hələ hamilə olmayan və sonsuzluq diaqnozu qoyulmayan qadına bu proseduru məsləhət görməzdim.
      Sadəcə şəkli də göstərə bilərsiniz məsləhətləşmək üçün.
      böyüyən kista hansıdır? endometroid kista? ölçüsü nə qədərdir?nə qədər böyüyüb?

  60. salam. men yoldasima demisem o UZM in sekillerini telefonla cekib mene gonderib.(dusunurem ki normal cekilisle cekilib telefonla). men hal hazirda denizde isdeyem.eger mumkunse siz oz elektron poctunuzu mene yazsaz men bu sekilleri size poctaya gondererdim ozunuz de baxardiz zehmet olmasa. birde bir basqa sualim da var.bilmek isterdim umumiyyetle xanimin xesteliyi biten kimi elaqede olmaq duz sayilir yoxsa bir nece gun gozlemek lazimdir xestelikden sonra?cox uzr isteyirem bezen ele hallar olub ki biz xestelik biten kimi elaqede olmusuq. bu kistanin emele gelmesine sebeb ola bilermi?

  61. Salam hekim menim 22 yasim var, mene her iki yumirtaligin polikistozu diaqnozu qoyulub, ashagidaki analizlerden cixmisam ve neticesi beledir
    FSH.3,47
    PROGESTERON 9,11
    LH 11,1
    ESTRADIOL 80.86
    PROLAKTIN 439
    TESTERON 1,45
    Men zamaninda mensturasiya olmuram, daim gecikmeler olur bezen 1 aydan bir bezen 2 aydan 1

  62. Usm neticem ise beledir
    Usaqliq
    olculeri L uzunlugu 48mm.AP qalinligi 32 mm R eni 50 mm
    Anteflexio
    MIOMETRIYA:hemcinsdir, Konturlari:deqiq
    EXOGENLIYI adi.Duyun yoxdur
    ENDOMETRIYA:M exo Qalinligi 14 mm.elaveler yoxdur, Exogenliyi artib
    Usaqliq boslugu -genislenmeyib
    Usaqliq borulari-genislenmeyib
    arxa duqlasda az miqdarda maye var.
    YUMURTALIQLAR:
    SAG-32*25*26 mm qeyri hemcinsdir.maye terkibli kistoz denecikler qeyd olunur
    SOL-31*19*24 mm.qeyri hemcinsdir, coxlu sayda meye terkibli kistoz denecikleri qeyd olunur
    Netice-Her iki yumurtaliqlarin polikistozu
    menim sualim budur ki men ne etmeliyem?mende ne qaydasinda deyil?neyi mualice edim.menustrasiyanin duzelmesini isdeyirem.xahis edirem mene komek edin.onceden tesekkur edirem.mail adresi qarasimindi mene burda cavab yazin

    1. salam. Siz əlavə olaraq TSH və 17 OPH qanda yoxlatdırın. Əgər çəki artıqlığı varsa onda yaxşı olar ki, əlavə olaraq qanda acqarına insulin və şəkər də yoxlatdırasınız. sizdə aybaşı pozğunluğu nece olur? neçə aydan bir aybaşı olursunuz? tüklənmə.dəridə səpkilər.süd vəzindən süd gəlmə.dərinin qaralması.dəridə tünd rəngli ləkələr.bu kimi şikaytlər var sizdə? siz ultrasəs müayinəsindən aybaşı siklinin hansı günü vermisiniz?

  63. Cekim 50dir kokelme yoxdur mende.tuklenme var amma sacim tokulur.derim qabiq verir, sebariya var, sud gelmir yox hecne gelmir.bu muayinede arriq 1 ay yarim idi mensturasiya olmurdum aybasi oldu bunun seheri.2 aydan 1 oluram, bezende 28gunden 1 oluram amma cox az oluram onda.basqa usm neticelerinde de eyni daqnoz qoyulub mene yumurtaliqlarin polikistozu.o analizleri verim?umumiyyetle mende hormonlarda problem var analizin neticesine gore?

    1. Analizlərin nəticəsi göstərir ki, LH və FSH nisbəti normadan kənardır. Qalan göstəricilər norma daxilindədir. Əgər sizdə iki ayda bir aybaşı olursa yaxşı olardı ki,siz aybaşı qanxması bitəndə ya da bitəndən bir neçə gün içində ultrasəs müayinəsindən keçəsiniz və LH ilə FSH analizini bir daha təkrar verəsiniz. Bundan əlavə 17 OPH və TSH analizlərini də verəsiniz.
      17 OPH ın artıq çıxması fərqli, TSH normadan kənar çıxması fərqli, bütün göstəricilərin normal olması (LH və FSH dan başqa) fərqli müalicə tələb edir.
      Ona görə bu analizləri vermək lazımdır.
      Çalışın ki bu analizlər aybaşı olduqdan sonra verilisin.

    1. Əgər FSH və LH ı aybaşı qanaxmasının 3cü günü vermisinizsə bunları təkrar verməyə ehtiyac yoxdur. Sadəcə siz indi əlavə olaraq TSH və 17 OPH yoxlatdırmalısınız. Bu analizlərin aybaşı siklinə aidiyyatı yoxdur, bunları istənilən gün verə bilərsiniz.

  64. Salam hekim. Yadinizdadirsa size yazmishdim. Mende polikistoz var daha degig desek yumurtaliqlarin polikistoz sindromu ayvashi ele bashlandigi vaxtdan hemise 8-12 gun gecikib. Uzide mene folikular kista demishdiler uzi neticelerin apardim qinekoloquma baxdi ve dediki kista yoxdu sadece iki folekul yan yanadi diye uzi kista kimi gorub. Ve normal yerde tekrar uzi etdim ve kistanin olmadigi gorundu. Sentyabirda hekime gedende 3 ay dufaston icmeyi demishdi 3 ay icdim ve dediyim kimi uzi neticesi ile getdim hekimin yanina dediki xirda folekular coxdu ve dediki bu xosuma gelmir cunki 2-3 de besdi. Mene dedi 1 ay fasile ver ve hergun bazal temperaturunu olc novbeti aydan dedi Djes dermanini ic bu folekullari yavash yavash sovrultsun ve 3 aydan sonra uzi neticesi ile gel dedi, dedi cunki indi stimulasiya etsek duzgun olmaz bunlar getsin sonra stimulasiya edek. Men bildiyim geder Djes icilen muddetde hamilelik geyri mumkundur, sizce Djes bu kirta kistoz folekulari sovruldacaqmi?

    1. Salam. Yumurtalıqların polikistozu olanlarda hamilə qalmaq arzusu olursa ya birbaşa follikul stimulyasiyasına başlanılır, ya da ki əvvə Djes və ya buna oxsar preparatlar (3 ay) yazıldıqdan sonra follikul stimulyasiyasına başlayırlar.

  65. salam Jale xanim yene menem hekim menim yumurtaligimi partlatmax ucun iyne derman yazmisdi sonra yoldasim yene analiz Verdi cavabi ise faizi 17 faizdi ama 1 ay evvel 75 faiz iydi hekim deyir sende xraniciski vaspalena var ona gore men dermanlarimi saxladim hekim sizce qorxulu bir sey yoxdu? men qorxuramki olmasin

  66. salam hekim teze iliniz ugurlu olsun men ankoloqda sud vezine gore mualice aliram hekimim sahbazdir mene ginefon sami yazdi vajinola men onu qoyandan sonra qasinma oldu kisi hekim oldugu ucun sorusa bilmedim ki bu sam ne ucundur mene bu haqqda melumat verin xahis edirem cox sag olun

    1. salam. Bəlkə siz Ginoflor nəzərdə tutmusunuz.Bu preparatla uşaqlıq yolunun mikroflorasının pozulasının qarşısını almaq və ya pozulmuş mikrofloranı bərpa etmək üçün yazılır.Yəqin ki bu sizə profilaktik məqsədlə yazılıb. Əgər sizi narahat edirsə və ya qaşınma verirsə sadəcə şam istifadə etməyin şikayətiniz keçib getsin.

  67. Cooox tesekkur edirem.Allah razi olsun,TSH 1.5. 2 il evvel vermisem amma, yene veeim?o birini de vererem amma 2 il evvelki analizimde menim LH neticem, 6.0 FSH ise 5.0 cixmisdi,onda da mende gecikme var idi ve kokelmisdim.indi ariqlamisam ve gecikmeme yene de var,mene yaxshi bir hekim meslehet vere bilersiz?

    1. Yumurtalıqların polikistozu elə bir pozğunluqdur ki, tam dəqiq bilmək lazımdır ki müalicə də düzgün getsin. Çəki və boy nə qədərdir sizdə.Az çəki də aybaşı pozulmasına səbəb olur, davam edən stess,əsəb gərginliyi və s. Dediyim hormonlar verilsə yaxşı olar.

  68. salam jale xanim yene men.yadinizdadrsa men demisdim size dostinex ve metformin qebul edrim.artig bitib dermanlar.bu ayin 16 si menstrsya vaxtmdi.mende olurdu menstya yaxin sinem sisib agrayrdi ama 3/4 gun qalmis olurdu bele hal.artig 3 gundi sinem cox agrayir ama sismeyib.bilmek istyremki bu normaldirmi axi mensa cox qalmis agriyrbu normaldrma ve menim bu ay hamile qalma wansim varmidermanlar bitdiyine gore.

  69. ozumnen asli dyl,aglimnan cxmir.birdeki cox narahatam mende sari tukler tundlesir.axi bu neye gore bele ola biler men metformin dostinex dexamathon qebul edrim.derman bitdi dayca tukler tundlesr jale xanim men neyniyim ?testron yene qalxa bilermi?axi derman atrdim.uje bilmirem neynim fikirden cox pisemki duzgun deran yazilmayibmi mene sizce?

    1. Namile xanım, indiyə qədər hansı analizləriniz varsa şəklini çəkib zəhmət olmasa bu emailə göndərin (mənimdir). j-hasanova29@rambler.ru
      Sizin narahat edən şikayətlərin də hamısını yazın buraya. Aybaşı necə olur, süd vəzidən süd gəlmə və s. Bu şikayətlər nə vaxtdan var? Nə vaxtı ailə qurmusunuz? İşləyirsiniz? Neçə ildir ailəli olduğunuzu və övladınız varmı, əvvəl hamiləlik olubmu bu məlumatları da yazın zəhmət olmasa. Çəkiniz və boyunuzu da yazın.

  70. jale xanim 2013 sentyabrda aile qurmusam 1 il 4 aydir.qiz vaxti aybasi problemim olmayib.aile qurdugdan 3 ay sonra gecikdim ele bildim hamileyem.ama yox dobromedde oldum baxdi dedi ciddi birsey yoxdu bes beden cinsi heyata oyresir guya.o hekim tupoy idi.sam yazdi 15 gun sonra aybasi oldum ama az.gelen ay yene geciikdim basqa hekime getdim polikitoz dedi.ve birdene testron yuksek cxdi.mene iyneler yazdi birde diane 35.dianadan qabag dufaston ve diger dermanlarla aybasi oldum ve dianaya basladim.hemin muddetde 3 ay vaxtnda aybasi oldum.derman bitdi yene gecikdim.bu seferde basqa hekime getdim oda hormon analizine yazdi bu sefer tetetronla yanasi prolaktin yuksek cxdi.ama hormona aid hecbir mualice yazmadi.guya matkam balacaydi meni toka ve masaja yazdi yazdi 6 gun idi toka getdym aybasi oldum ama cox az.9 ci gu ve 12 ci guni uzide oldum dediler falekul yetisib partyib hersey normaldi.gelen ay yene aybasi olmadim uziye girdim dedi sari cisim kistasi var sag yumurtalgda.progestron ve dufaston yazdi aybasi oldum.gelen ay yene gecikdim.uje irana getdim ordada hekimin yazdigi dermanlari sixe yazmisdim.ve o dermanlarla 2 aydi vaxtnda aybasi oldum.hekim demisdi iki aya yene gel.bu ayin axri getmeliyik.ama men narahatam cunke tuklenmem var.

  71. jale xanim uzi nin seklin cekmeye ehtiyac varmi?heresi bircur yazib.testron dianadan evvel 13 idi.dianadan sonra ise 2,0.prolaktin ise 30,0.estrodiol 180
    progestron 2,6
    fsh7,7
    lh11.0

    irandaki analizde ama prolactin 24.50
    tsh1,29
    free t4 18,19
    fsh6,10
    lh24.50
    estradiol74,88 bu analizi aybasi vaxtinman 1 ay kecmisdi verende.

  72. irandaki axrnci hormon analizinde testron yoxlanmayib ama men demisdim hekimeki tuklenme var dedi yazacam derman,kohne anlazin cvbina baxmsdi.ama tuklenme coxalib tundlesib cox stres kecirerem.

  73. Yaxsi mutleq vererem amma mene bu xesdeliyi mualice ede bilecek bir hekim deye bilersiniz?bele biri var?cekim ve boyum qaydasindadir.162 boy 50 kq cekimdir.mencene kokelme nede hedden artiq ariqlama var mende.amma yene de bunun mualicesi varmi?dediyiniz o 2 analizi de verib neticesini size yazaxam artiq 2 aydir ki menustrasiya olmuram

  74. Salam.zəhmət olmasa cavab yazın.gəlnimiz hamilədi çox qaşınır qarın qol altı ayaqlarının arası çox səpib qırmızı səpkilər var.1ci usaqda ancaq vaginal qaşınması olub göbələk çıxmışdı müalicə aldı.bu 2ci uşaqdı 2aydır ki hamilədi.həkimdə olub suprasdin yazıb xeyir eləmir.nə məsləhət görürsüz?

    1. salam. Qaşınmanın bir neçə səbəbi ola bilər. Öd durğunluğu və s. Bunu dəqiqləşdirmək lazımdır.Amma hamilə suprastin əvəzinə dimedrol qəbul edə bilər.Yanaşı olaraq da dimedrol ampulu ilə novokain ampulunu qarışdırıb qaşınan yerlərə çəkə bilər.
      Lap dözülməz vəziyyətlərdə hidrokortizon 1 faizli mazını qaşınan yerlərə çəkə bilər.

  75. ay jale xanim hardasiz size ehtiyacmz var mene cvb yazn iki defe test yoxladim ikiside musbet cxdi.hamileyn butun elametleride var.ama bu gun uzr istyrm karicnivi leke deyib gundelye.qorxuram hamileyemse bu leke qorxuludurmu.men ne edim.qeyd edimki 16 sidi mens vaxtm.
    qizlar allah herbirivizi tezlikle sevindirsin.menide hemcinin

  76. Salam həkim bağışlayın sizi bu anormal suallarla narahat edirəm.mən il yarımdı ailəliyəm hamilə qala bilmirəm.yoldaşımın xalası türkəçarə həkimidi bel çəkir dərman düzəldir.mən elə şeylərdən həm qorxuram həm də inanmıram.ama elətməyə məcburam.bu adam nəsə dərman düzəldir onu qaynar qaynaq paket kimi qoymalıyam ama çox isti olmalıdı.soruşacaqdım ki bu şeyin mənə ziyanı olar?yəni çox isti olmağının matqaya və ya uşaqlığa ziyanı dəyər?

    1. XQ yoxlanmalıdır ki, hamiləlik olduğu təsdiqlənsin.USM məsləhət görmürəm sizə hal hazırda. Dufaston ona görə məsləhət görürəm ki, sizdə qanama var. Follikul da sizdə həmişə yetişməyib. Sarı cisim yetməzliyi ola bilər sizdə buna görə. Hamiləlik təsdiq elətdirin ilk növbədə,əlavə olaraq da Dufaston qəbul edin. 10 mq gündə iki dəfə.

  77. jale xanim cox uzr isteyirem yene narahat edrem.mene bu derman supheli qalib bilireme siz sef derman demessiz.sadece onu bilmek isteyirem iki defe dufaston qebul etmisem hekim yazmisdi.aybasi vaxtmnan kecmisdi sari cisim kistasi cxmsdi uzm de.onda hekim mene dediki dufaston qebul et 10 eded ve gozle/onunla beraber progestron iyneside vurdurdum ve aybasi olmusdum,bir il bunnan qabagda aybasi gecikmem var idi basqa hekim onu yazmisdi mene/bir packasini qebul edib aybasi olmusdum yeni bu derman hem aybasi getrir hemde hamilelik zamanida istifade edilir.bunu mene izah ede bilersizmi?cox xahis edrem.qurban olum mene izah edin ureyimde suphe qalmasin eminlikle izahin bilerek qebul edim.size guvenirem sozzsuzki sadece izahini istyrmki bu derman aybasi getrse hamileliye nece komekk edir?bugun 3 cu testi yoxladim.oda musbet cxdi.qey edimki 3 de ayri firmanin testleridi.birdeki axinti cox az karicnivi seher deyib gundelye cox az.cvb gozleyrem jale xanim qurban size

    1. Dufaston gestagendir. Bu sözün tərcüməsi hamiləlik saxlayan deməkdir.Dufastonun hansı hallarda təyin oluduğunu siz dərman haqqda məlumatın göstərişlər olan bölməsində oxuya bilərsiniz. İçmək ona görə məsləhət gördüm ki, sizdən qan gəlir. Əgər ciddi ifrazat yoxdursa içməyə də bilərsiniz. Bu sadəcə hamiləliyi qorumaq üçün olan addımdır.

    1. Siz qanda XQ yoxladın ki, hamiləlik dəqiq təsdiq olunsun və inkişafı haqqda təsəvvür olsun.
      Qanın artdığını görsəniz Dufaston qəbul etməyə başlamaq məsləhətdir.
      Dufaston bir neçə məqsədlə istifadə oluna bilər. Hamiləlik zamanı Dufaston aybaşı çağıra bilmir. Yalnız hamiləlik olmadıqda Dufaston qəbulunun kəsilməsi aybaşıya bənzər qanaxma gətirir.

    1. Salam.Sizə gec yazmağımın səbəbi sizin vəziyyətinizi daha dəqiq araşdırmaq idi. Göndərdiyiniz USM şəkillərindən bir nəticə çıxara bilmədim.Nəticələrə baxdım. Mənim sizə məsləhətim budur- Sizin xanımınıza sonsuzluq diaqnozu qoymaq olmaz. Xanımın aybaşı siklində pozulmaları onun qəbul etdiyi hormonal dərmanlardandır. Djes hamilə qalmanın qarşısını alır. Əgər ehtiyac yoxdursa hormonal dərmanlardan uzaq dursa daha yaxşıdır. Bu əlavə əlamətlərə gətirib çıxaracaq. Nə endomertoid, nə də dermoid kista aybaşı siklinin pozulmasına səbəb olmur. Dermoid kistaya ancaq nəzarət lazımdır. Endometroid kistanın isə yeganə müalicə üsulu cərrahidir. Doğmamış bir qadına və sonsuzluq diaqnozu olmayan qadına belə əməliyyata getməyi məsləhət görmürəm. Siz sadəcə olaraq iki aydan sonra bir də usm dən keçin kistaya nəzarət məqsədi ilə. 6 ay ərzində hamiləlik baş verməyən qadına niyə görə hormonal dərmanlar yazılmalıdır? Nəzərdə tutun ki əsassız yerə sizin müayinə və müalicə almağınız hamiləlik olamama riskini artırır.Adicə ginekoloji müayinə normanı patalogiyaya çevirə bilər.
      Xanımınıza məsləhətim- onda USM ilə kista tapıldığını unutsun, çünki onun yeganə müalicə üsulu cərrahidir. Cərrahi müdaxilə isə ona hal hazırda məsləhət görmürəm. Sadəcə nəzarət kifayətdir.

    1. salam. Djes qəbulu uzun müddət davam etdikdə kandidoza səbəb ola bilər. Lakin siz az müddətdir qəbul edirsiniz. Əgər sizin cinsi partnyorunu yoxdursa bu kandidoz və ya bakterial vaqinozdur. Amma normal halda belə uşaqlıq yolundan gün ərzində 2,5 ml ifrazat gəlir ki bu da normaldır. Səbəbi tam dəqiqləşdirmək üçün uşaqlıq yolundan yaxma verməyiniz məsləhətdir.

      1. Mən dufastonu qəbul etməzdən əvvəl 2-3gun tez aybaşı olurdum.qəbul edəndən sonra 10-12gün tez oluram.dekabrin 27-si xəstələndim təzədən yanvarin 17-si oldum hansı ki xəstələnmə vaxtina hələ var idi.dufastonu dekabrin 15-i qəbul etmişdim.12gün sonra xəstələndim ayin 11-i xəstəlınmən qurtarmışı.bu dufastondan ola bilər?

      2. Bir də salam həkim.suallarima cavab verdiyiniz üçün təşəkkür.mən xəstələndiyim üçün yaxmadan analiz verə bilmədim.aybaşıdan neçə gün sonra yaxma vermək məsləhətdi?birdə ki aybaşıdan neçə gün sonra əlaqə olar?qurtaran kimi olar?

      3. Bir daha salam həkim.mən yoldaşımla bilmədən əlaqədə olanda gördüm ki artiq xəstələnmışəm dərhal əlaqəni dayandirdiq.bir də ki həkim aybaşı qurtaran kimi olmuşuq bir az keçib azca ya qəhvəyi ya da açıq qırmızı qan gəlib.həmən o dediyim aybaşıdan sonra olan qaliqlardi yoxsa tam qurtarmamış sayiliram?belə olan halda nəsə problem ve ya hər hansı bir xəstəliklərə yol aça bilər?yuxarida qeyd etdiklərimdən sonra?nə kimi təhlükəsi var?çox narahatam.əvvəlcədən təşəkkür

      4. Salam. Narahat olmağa dəyməz. Sadəcə olaraq aybaşı qanaxması zamanı uşaqlıq boynu istəyən açıq olur. Yəni ki uşaqlıq boşluğuna giriş açıq olur, uşaqlıq boşluğu isə normal halda steril olur,aybaşı vaxtı uşaqlıq boynu uşaqlıq boşluğunu kənar maddələrdən qoruya bilmir, ona görə bu dövrdə cinsi əlaqə məsləhət görülmür, az qanlı ifrazat zamanı heç bir problem yaranmaz.

  78. Salam menim problemim prolaktindi yüksek cixmisdi üzür istiyirem süd vezilerimde agrilar olurdu en coxda menstrasiya zamani agri güclenirdi bir ay dostineks qebul eledim agri kecdi amma aybasi pozgunlugu düzelmedi iki ay ara verdim agri yeniden baslayib bilmek istiyirem men hemin mualiceni aparsam dostineks qebul elesem ana ola bilerem?

    1. Salam. Prolaktinin qanda səviyyəsini aşağı salmağın müxtəlif yolları var, dostinex və s. Sadəcə Prolactin səviyyəsini salmaqdırsa məqsəd onda dost
      index yaxşı seçimdir. Dostinex qəbulu Prolaktinin qanda səviyyəsini salar , amma aybaşı uzun müddət düzəlməyə bilər.

      1. Bir daha salam həkim.cavaba görə çox sag olun.sizi yenə suallarimla narahat edirəm.yaxmadan analiz verdim nəticələri budur.zəhmət olmasa ətrafli başa salardizda tibbi dildədi deyə başa düşmürəm.Leykositlər-nəticə-15-20 norma 3-4 vahid-
        Epitel-13-14 norma 4-6 vahid-
        Qonokokklar nəticə-yox norma neqativ vahid-
        Diplokokk-nəticə-yox norma neqativ
        Selik-nəticə + norma neqativ
        Göbələk -yox norma- neqativ
        Mikroflora-nəticə-streptokokk norma neqativ
        Trixomonada-nəticə-yox norma neqativ
        Təmizlik dərəcəsi-nəticə 4-cü dərəcə norma neqativ
        İndi isə zəhmət olmasa başa salardiz qorxulu bir şey var?müalicə mümkündü?burda nə normadan artiqdi.bunlar hamilə qalmamaga maneçilik törədir?
        Bu isə hormon analizinin nəticələri:testosteron(ümumi)Total T -nəticə-0,393 vahid -nmol/L norma 0,22-2,9
        Prolaktin-nəticə-396,8 vahid-mIU/L norma 102-496
        Tiroksin(sərbəst-4)-nəticə-17,20 vahid-pmol/L norma-12-22
        Tiroidstimullaşdırıcı hormon(TSH)-nəticə 1,29 vahid-mIU/L norma – 0,27-4,2 və bunlar nə deməkdi?
        əvvəlcədən təşəkkür

  79. salam jale xanim yene men.7 heftelik hamileyem cox sukur.ama karicni axinti gelrdi progestron yoxlandi ama yaxsi cxdi.hekimimde dufaston atmagi dedi.birde dicinon iynesi vurdurdum.dedi axinti kesen kimi saxla iyneni.axinti dayandi ama indi 3.4 gunnnen bir yene gelir.bilmek isteyiremki bunun sebebi nedir.neden bele ola biler?cox xahis edrem cvb yazin

  80. Salam menim 31 yawim var aybawi evveler 1 hefte olurdum sonralar 3 gun oldum yeni uwaqdan sonra mende qanaxma oldu laxtalanma ile sonradan oldum 3 gun men vaxdi vaxdinda aybawi olmuram kecen ayin 26 tisi olmuwam bu ay olmamiwam hemiwe ayin evveli sonu bele olur olmaliyam helem olmamiwam aybawi tez olmasi ucun ne etmek lazimdir ?

    1. Salam, Elnarə xanım, Siz ilk növbədə müayinə olunmalısınız. Süd verirsinizsə aybaşının belə olması normal bir haldır. Siz deyirsiniz ki, uşaqdan sonra qanaxma olub. Bu zaman müalicə qəbul etmisiniz? Sizi hansı diaqnozla müalicə ediblər?Keçən ay 26 sı olmusunuzsa hələ 9 gün aybaşı gözləyə bilərsiniz. Aybaşının belə pozulması stress, sürətli arıqlama ilə əlaqədar ola bilər. Bundan əlavə hormonal pozğunluq da ola bilər. Aybaşının requlyar olması üçün səbəb müəyyən olunmaldır, daha sonra isə müalicə almaq lazımdır. Siz bununla əlaqədar müayinədə olmusunuz?

  81. Salam, həkim sualım belədir. 26 yaşım var, 6 aydı ailəliyəm. Hamilə olmamışam. Həm usm həm də hormon analizi nəticəsində polikistoz diaqnozu qoyulub. 1 aya qədər gecikmələr olur. Tüklənmə və piylənmə yoxdur. Həkimim müalicəsiz əməliyyat yazdı. Ancaq mən ilk öncə stimulyasiya etmək istəyirəm. Bu diaqnozda müalicəni dənəməmiş, əməliyyat etmək düzgündür mü?

    1. Salam, Gülya xanım. Hormonal analiz və USM nəticələrini görməmiş, nəticə çıxarmaq çətindir. Sizdə gecikmə təxminən bir ay olursa Sizə hələ follikul stimulyasiyasına da ehtiyac yoxdur, çünki belə diaqnozla hamilə qalmaq da mümkündür. Gecikmə bir aydan artıq olmursa, demək Sizdə requlyar olmasa da ovulyasiya baş verir. Başqa bir tərəfdən isə, 6 ay hamilə qalmayanda sonsuzluq diaqnozu qoymaq yanlış olardı.

      1. Jale xanim cavabiniz icin tewekkur. neticeleri yazmaga caliwacam. Hekim menim veziyyetimde mualicenin mumkun olmadigini demiwdi. mutleq emeliyyat. Fikrimce 1 il gozlemeke olar. ele deyil mi? Yalniz, Men ne vaxt usm eletdirmiwemse, 14cu gun, hec vaxt dom. follikul olmayib, mende ovulyasiyanin baw verib vermemeyini nece bilmek olar?

      2. Aybaşı gecikmələri təxminən bir ay olan hallarda vəziyyətin ağır olduğunu demək şikayətlərə uyğun gəlmir. Bundan əlavə yumurtalıqların polikistozu təsdiqlənmiş qadınlarda ilk növbədə (hamiləlik arzusu varsa) follikul stimulyasiyası olunmaldır.

      3. Jalə xanım siz e-mail adresinizi verə bilərsiniz mi? məm hormon analizi və usm ora göndərim, baxasınız. Çox təşəkkür əvvəlcədən.

  82. Salam Jale xanim men malice aliram uşaqa gore olmur uşaq her defede hekime gedirem kisda cixir malice edirem yene sizce kisdanin tez yaranmasi neye goredi evvelceden teşekkurler

    1. Salam. Bu yumrutalıqdadırsa və itir və yenidən yaranırsa residivləşən funskional kistadır. Bunun ən yaxşı müalicəsi 6 ay kombinı olmuş oral kontraseptivlərin qəbuludur. Kistanın tez yaranması çox müxtəlif səbəblərdən ola bilər, məsələn: hormonal pozğunluq.

  83. Salam hekim,men 10 aydir aileliyem,ana ola bilmirem,mene polikistoz diaqnozu qoyulub,axirinci defe hekime gedende bos seydi dedi,amma aybasi olmuram,artiq 3-cu aya kecmisem,test eledim neqativ cixdi,folekullar yetismir demisdi,mene aybasinin 3-cu gunu gel demisdi,gecikmem oldugunu dedim,o da dedi ki,ne vaxtsa olacaqsan da,o vaxtdan 3-cu aydi aybasi olmuram,bu problemi nece hell ede bilerem?Ana olmaq sansim var?Onu da qeyd edim ki,30 yasim var,onceden tesekkurler

    1. Salam. Ana olmaq şansınız niyə də olmasın ki. Sizin verdiyiniz qan analizlərinə bir baxmaq istərdim. LH, FSH, TSH, prolaktin, 17 OPH. Çəkiniz necədir? Artıq çəki varmı sizdə? Bəs yanaşı xəstəlikləriniz necə? (şəkərli diabet, hipertoniya və s).

      1. Hekim,cavablandirdiginiza gore cox sag olun,men o dediyiniz analizleri 3-4 il evvel vermisdim,indiki hekimim dedi ki,aybasinin 3-cu gunu gel analizler verersen,men de aybasi olmadigima gore qalmisam,bilmirem neyleyim,cekim 54 kq-dir,ceki problemim hec vaxt olmayib,basqa xestelik cox sukur yoxdu,tek problemim ay basi olmuram,falekullar yetismir,rasiyyada polikistoz diaqnozu qoyulub,amma bu hekim ona adi baxdi,yeni problem deyilmis kimi,amma internetden baxiram ki,polikistoz olanda usaq olmagi problemli olur,siz harda isleyirsiz?Men Qebele rayonunda qaliram

      2. Salam Həkim,

        26 yaşım var.

        Mənim aybaşı pozgunluğu ilə bağlı sualım var, bu ayın əvvəli aybaşım bitib və üzərindən həftələr keçsə də, son 1 həftə hər gün 1 damcı qanaxmam var. Bəzən baş gicəllənməm və agrım da olur. Bunun səbəbi nədir? son vaxtlar stress və həyəcan çox keçirirəm, bu səbəb olar ya ciddi nəsə problem var?

      3. Salam, bunun səbəbləri müxtəlif ola bilər. Amma ən təhlükəli hal uşaqlıqdan kənar hamiləlikdir. Məsləhət görürəm qanda xq verəsiniz və ya ən azında hamiləlik testi ilə hamilə olub olmadığınızı müəyyən edəsiniz. Gecikdirmədən. Bundan əlavə hormanl pozğunluq da belə bir hadisəyə səbəb ola bilər.

  84. Salam hekim. Mende aybashi oldugum gun azca qehveyi rengde(3ay cox tundu bu ay aciq qehveyi idi) qan gelir. Bucur axinti 2 3gun gelenden sonra qana cevrilir odais 28i 2gun davam edir. Qeyd edim ki bu ilin mart ayinda aile qurmisham. Bu vaxta qeder bele aybashi olmamisham. Daha sonra hormonlardan analiz verdim prolaktinim cox yuksek idi(21)
    3aydirki dostinex icirem. (indi olub 9.6)Lh da ashagi(2.9) (fsh 6.1) olduguna gore 1ay da dyufaston icmishem. Ola bilerki bucur aybashi tsikli icdiyim dermanlar sebebiyle bele olsun. Cavabiniza gore onceden teshekkur eleyirem

      1. Cavablandirdiginiz uucun cox sagolun doktor. Bu mualice neticesinde sari cismin catishmazligi aradan qalxa biler? Bu mualice hamile qala bilmekcun neqeder davam etmelidir? Birde doktor ushaqliq borularinin tixaniqliginin bir elameti olub olmadigini bilmek isteyirem. Bu hamile qala bilmekcun cox boyuk problem ddeyilki? Qeyd edimki toya qeder mende aybashinda bir problem olmamishdi bu problem sirf toydan sonra bash verdi. Uzidende kecmishem yumurtaliqlrimin olcusu normal veziyeytdedi. Polikistoz kimi hec bir hal yoxdu

      2. Bəli, çünki siz progesteron tərkibli dərman qəbul edirsiniz( Dufaston). Lakin hamilə qalmaq istəyiniz varsa Dufastonu aybaşı siklinin ikinci fazasında həmişə qəbul etməlisiniz. Prolaktinin qanda yüksək olması aybaşı pozulmasına səbəb olar. Uşaqlıq borularının keçməzliyinin xarakterik bir əlaməti yoxdur. Keçməzliyin olub olmamasını Histerosalpinqoqrafiya üsulu ilə təyin etmək olar.

      3. Onda men trubaliqlarin yoxlanilmasini 6ay sonra yoxlayaram. Birde folekul partlamasi partlamamaso sohbeti var. Eger her ay aybashi olsursa demeli folekul yetishib partlamagi problemi yoxdu?

  85. Salam men hekime getdim mende yumurtaliqlarda fulikulyoz cixdi ve hormonoloji testlerden hekimin dediyine gore testosteron cox cixdi buna gore hormonoloji dermanlar yazdi ve mende birden bire hal sacimda qawlarda dehwet tokulme var ve saclarimdan pis qoxu gelir her gun cimmeyime baxmayarag mene ele gelirki dermanlarla baglidi cox xaiw edirem mene komek edin bele getse sacimda qawimda tuk qalmiyacag men ne etmeliyem?

  86. Salam boruların yoxlanılmasından önce mikob ve infeksiyadan analiz vermek ne üçün lazımdı birdeki boruları yoxlatmazdan evvel cınsı elaqede olmaq tehlükelidirmi ( eger yoldaşımda mikrob olsarsa )

    1. Salam. Uşaqlıq yolu və boynunda infeksion prosses uşaqlıq borularının keçiciliyini yoxlama zamanı uşaqlıq boşluğuna və daha yüksək hissələrə yayıla bilər. Buna görə ilk növbədə yaxma verilməlidir. İnfeksion prosses cinsi partnyorunuzda varsa cinsi əlaqə yalnız kondomla məsləhətdir.

  87. Eger mikrob uşaqlıq boşluquna ve yuxarı keçse bu çoxmu tehlükelidirmi ve müalicesi varmi ? Varsada da çetindirmi müalicesi? Sualımı cavablandırdıqınz üçün size çooooox teşekkür edirem

    1. Əgər infeksion prosses yuxarı hissələrə qalxarsa bu çox ciddi problemlərə səbəb ola bilər. Endometrit, parametrit, adneksit, sepsis, gələcəkdə sonsuzluq və ya uşaqlıqdan kənar hamiləlik riski də belə halda yüksəlir.

  88. salam hekim ..mene polikistoz deyibler ancaq mende tuklenme yoxdu sogan suyu icirem xeyri olar erider polikistozu?birde elaqe zamanicoxx cox uzr isteyrem arxa terefim agryir sanci verir vesol yumurtaligim agryir elaqe zamani sebeb nedir?4 ay aybawim duzelmiwdi iyul ayinda 20 gun gecikdim xaiwedrem hekim suallarima cvb yazain caresizem((

    1. Salam. Soğan suyunun tərkibində təbii estrogen var, lakin yumurtalıqların polikistozu xəstəliyinə bu çətin ki kömək edər. Bu xəstəliyin növlərinə uyğun müalicəsi var. Lakin öncə diaqnoz düz qoyulmaldır.
      Cinsi əlaqə zamanı ağrı bir neçə səbəbdən ola bilər-
      endometrioz
      kista
      əməliyyat sonrakı bitişikliklər
      yumurtalıq və onun artımlarında iltihabi prosses
      və s. Heç bir xəstəlik təyin olunmadıqda pozanı dəyişmək məsləhətdir.

  89. salam hekim size evvelceden tesekkur edirem.subayam mende sag yumurtaliq olculeri 3,5×2,3.sol yumurtaligimin olculeri 4,2×2,0dir.men gelecekde hamile qala bilerem.22 yasim var.

  90. Salam hekim men iyında borularımı yoxlatdım açıq idi növeti ay aybaşımı az oldu aybaşımın 11 gününden MOKSİKUM içdim. Mende prolaktın yüksekdi deye folekul yetişir partlamır ona qarşı heftede 2 defe yarım DOSTİNEKS içirem. Folekul partlasın deye bu ay aybaşımın 3 cü gününden günde iki defe klomifert içdim hemin ay aybaşımın 17 gününden sonra ne vaxt elaqde oluram menden acıq rengde, az miqdarda qan gelir indi aybaşım olasıdı ancaq damcı damıcı gelir. Xahış edirem sualımı cavablandırın önceden teşekkür edirem

    1. Salam. Cinsi əlaqə zamanı gələn qan uşaqlıq boynu xəstəliyindən xəbər verə bilər. Damcı qan gəlirsə ola bilsin sizdə aybaşı qanaxması başlayacaq. Klomifen içəndən sonra follikulun necə yetişməyi ultrasəs müayinəsi ilə təyin edilməlidir. Mənə aydın deyil sizdə ovulyasiya olubmu, olmayıbmı.
      Siz bir neçə gün gözləyin. damcı qan kəsilməsə bir hamiləlik testi edin və ginekoloji orqanların ultrasəs müayinəsindən keçin.

    1. Salam. Həmişə belə olursa və menstrual sikl normal olursa, məsləhətim ginekoloji orqanların ultrasəs müayinəsindən keçməkdir. Əgər heç bir dəyişiklik çıxmasa kombinə olunmuş oral kontraseptivlərdən istifadə etmək məsləhət görürəm. Əlbəttə ki, əgər yaşınız 16- 35 arasıdırsa və yanaşı xəstəliyiniz yoxdursa.

  91. Salam … Folekulun yetişdirmek üçün bitkiler var deyirler şalfey ve brovaya matka otlarını demleyib içmek çox faydalidir sadece bilmek isteyirem bu otları nece qebul edirler en esasıda aybaşının neçeci günlerinde

  92. Salam həkim.narahatçılığa görə üzr istiyrəm.mən vaginal yolun infeksiyası üçün müalicə alıram.mazı qulaq çöpüylə çəkirdim ucundakı pambıq vaginal yolda qaldı.çox balaca pambıq idi onun nəsə ziyanı ola bilər?

      1. Çox təşəkkür edirəm.bir sualım da var.2ildir ailəliyəm.hamiləlik baş tutmuyub.müalicələr almışam.yenə alıram.aybaşı gecikmələrim olur.daha çox da dufaston içib saxlıyanda gecikmələr olur.bu ay artıq aybaşı vaxtımnan 14gün keçib.testlə yoxlamışam nəticə neqativdir.daha çox gecikməm olsa bu hamiləlik ola bilər?yəni ola bilərmi ki test yanılır?neçə gün gecikmədən sonra qan analizi verməyim məsləhətdi?öncədən təşəkkür

  93. Doctor salam. Siz harda calisirsiz? Cox bilikli hekim oldugunuz bilinir. Oyrenmek isteyerdim aybasida gecikmeler dyufaston icmekden ola biler? Bir de zehmet olmasa deyerdizde eger her ay menstruasiya olursa demek yumurta huceyrede yetisir? Ola bilerki qadin aybasi kecirsen ancaq yumurta huceyre yetismesin?

    1. Salam. Hər ay aybaşı olan qadında follikul yetişməsi ilə problem ola bilməz. Lakin hər aybaşı siklində də ovulyasiya baş verməyə və ya vaxtından tez, gec baş verə bilər. Aybaşıda gecikmələr dufaston qəbulundan və ya istənilən başqa hormonal dərman qəbulundan ola bilər.

      1. Cavablandiridiginiz ucun tesekkur edirem. Calisdiginiz yeri bilsem yaniniza gelmek isteyerem. Virdr doktor vaspaleniya ucun handi iyneleri meslehet gorursuz?

  94. Salam hekim men uziden kecdim mende sol dosumde 2 dene kisdanin oldugu deyildi bilmek isteyirem bu cox tehlukelidi? Ve mualicesi varmi ay basi normal olur amma bir nece aydan bir dosumde qasinma olur birde sacim cox tokulur xais edirem cavab yazin tesekurler!

    1. Salam. Süd vəzində kista qorxulu bir əlamət deyil. Lakin süd vəzində dəyişiklik qalxanvari vəzidə olan dəyişikliklərdən xəbər verə bilər. Qalxanvari vəzin ultrasıs müayinədi lazımdır.Əgər dəyişikliklər görünərsə qanda TSH təyin edilməlidir. Dəyişikliklər olarsa müalicə gərəkir.
      Qalan hallarda süd vəzi sadəcə requlyar nəzarətdə olmalıdır (sağlam qadınlarda olduğu kimi).

  95. Salam,Jale xanim. Her vaxtiniz xeyir. Men bir ildi aileliyem. Ovladim olmur. Muayine bir neche defe olmusham. Sag yumurtaliqda 2eded polikistoz kist deyenler de olub endometriod kist Olan da . Biri 13mm , diger 20mm. Solda xirda polikistoz var ama ovulyasiya olur folekul aybashinin 15-17ci gunlerinde yetisib partladi, Usm de bele gorundu. Hormonlar aybashinin 5ci gunde verilib normada oldu hamisi . Endokrinolji hormonlar da yoxlanib. Hekimler deyir her ay Ola biler. Ama bilmirem artiq😦. Menstruaciyam coxagrili olur cox vaxt esas 1ci gun. Evveller gecikmeler cox olutdu. 10-15gun. Son iki ilde 5gun max. Olur gecikme. . Yoldashim da yoxlanib deyibler umumi normadadi , sadece sperm qatiligi normadan biraz coxdu. Tam olaraq anlaya bilmirik artiq sebebi . Belke siz bize komek Ede bilersiz😦 . Onceden teshekkur edirem

    1. Salam. Sizdə follikul yetişirsə və ovulyasiya olursa, sikl 28 -35 gün arasında davam edirsə, hormonal profil normadadırsa, yoldaşınızda spermatazodilər norma daxilindədirsə, uşaqlıq borularının keçiriciliyi yoxlanıla bilər. Sizdə endometroid sistinə şübhə var. Endometrioz olan zaman hər göstərici norma daxilində olduğu halda,hamiləlik baş vermir. Belə halda laparoskopiya üsulu ilə qarın boşluğuna baxılır, kista xaric edilir və onun xarakteri təyin edilir. Endometroid kistanın yeganə müalicəsi cərrahi üsuldur, hansı ki laparoskopiya metodu ilə aparıla bilər.
      Aybaşının ağrılı olması endometrioz( endometroid kista) olmasına dəlalət edir, amma yenə də təkrar edirəm ki, onun dəqiq diaqnozu yalnız qarın boşluğuna baxılmaqla qoyula bilər. Laparoskopiya zamanı həm da uşaqlıq borularının keçiriciliyi yoxlanıla bilər.

      1. Cavabiniz uchun tesekkur edirem. Jale xanim. Laporoskopiyadan sonra yataq rejimine , bir neche gun istirahete ehtiyac olur? Ya yungul bir sheydi? :$. Ele bundan cekinirdim men de. Kicik Idi deye deyirdim ehtiyac olmaz.😦. Ve ondan sonra mualice de lazimlidi? . Bir de Ki, men de bogaz altinda , sinemde , kureyimde xirda derialti srpkiler olur .

      2. salam. Bu xırda bir əməliyyat hesab olunur. Qarnın ön divarında üç dəlik açılır və həmin dəlikdən bütün proserdurlar aparılır. iki üç gün xəstəxanada qalırsınız. Sonra heç bir müalicə tələb olunmur. Əgər sizdə endometroid kistadırsa bunun elə kiçik forması da hamiləliyə mane olur.

  96. salam hekim men iki il once zorlanmiwam ve ondan sonra aybawi olmuram xayiw edirem bunun mualicesine uygun dermanlar yazardiz hekime getmeye qorxuram acildigimi kiminse bilmesini istemirem birde xayiw ediremki suni aybawi yaradan derman adi yazardiz mumkunse cox xayiw edirem sizden evelceden twk bildirem

    1. Salam, sizin aybaşı siklinizin pozulmasında psixoloji faktor rol oynaması aydındır. Amma müalicə olunmazdan əvvəl ginekoloji orqanları ultrasəs müayinəsindən keçmək və qanda bəzi törədicilərin olmamasını(HIV, hepatitlər,siflis) təsdiq etmək daha düzgün olardı. Daha sonra usm cavablarının nəticəsinə uyğun olaraq aybaşı siklini bərpa etmək düzgün olardı. Əsas faktoru isə (psixoloji) gecikmədən aradan qaldırmaq məsləhət görülür, çünki bu sizin sonrakı həyatınızda ciddi problemlər yarada bilər.

  97. Salam hekim menim aybaşımım vaxtı26 27 di ayın 19 dan her gün sidiye gedende 2-3 damcı kariçniviye çalan qan gelir arada mens sançılarım olur amma sonra keçır hele tam mensim olmur sizce bu nedendir? Hamilelik ola bilermi? Eger hamilelik deyilse men ne edimki normal mensim olsun? Önceden size çoooox teşekkür edirem

    1. Salam. Hətta sağlam qadınlarda da yumurtalıqda polikistoz şəkli yarana bilər ultrasəs müayinəsində. Aybaşı sikliniz normaldırsa heç narahatlığa səbəb yoxdur. Əgər belə bir şey varsa da toya az qalıbsa toydan sonra müayinə və müalicə olmağınızı məsləhət görürəm.

  98. Salam hekim menim18 yasim var men uziye getdm palikistoz cixb bedende yanglanma var butn bedenim tuklenb aybasi gecikmesi olur cok kokelmeye meyili oldumm indi hekim qan analizne yazb oda dediki aybasi olanan sonra get qan analizne mendede aybasi olmr indi neynym

  99. Salam hekim.menim 26yaşım var.ikinci uşaq olduqdan sonra 2ay ana südü vermişem.övladımı itirmişem.südüm kesilsin deyede derman işletmişem.doguşdan sonra qırxm cıxdıqdan sonra sadece 1defe avqust aynda aybaşı olmuşam.ondan sonra olmayb.aprelin 14ü doguş olub artıq uzun çüddet kecb buna sebeb ne ola biler.hamilelik test etmişem defelerle yoxdu.hemde üzr isteyirem qorunuram hamile qalmamaqcün.ne ola biler buna sebeb.evvelceden teşekkür edirem

    1. Salam. Bu bir neçə səbəbdən ola bilər.
      Doğuş zamanı çox qanitirmədən
      Övlad itkisi ilə bağlı stressdən
      Qorunduğunuz vasitədən
      Məsləhətim bir dəfə usm dən keçməkdir. Bununla kiçik çanaq orqanlarında hansı dəyişiklikərin olduğunu daha yaxşı təsəvvür etmək olar.

  100. Salam hekim coooox xahiw edirem mene meslehet gorun men 7aydi aileliyem uwagim olmur qiz vaxtinnan her ay normal xestelenmemiwem yeni gunleri o yan bu yana atib her zaman ele olub 1ay olmamiwam 2ci ay 2defe olmuwam aile qurduqdan sonra 4cu ayimdada gecikmem oldu 10gun ama hamile deyildim hekime getdim butun analizlerj verdim 6cur analiz yazmiwdi hekimim hamisi normal cixdi prolaktinnen bawqa ona gorede malice aldim falikulumu yoxladi oda yaxwi cixdi yetiwmiwdi partdadi ama hamile qalmadim xesteliyim duzeldi her 30gunnen bir xestelenmeye bawladim kecen ay amma 1ayin icinde ikinci defe xesteliyim oldu qawinma ve keskin iy geldi menen hekime getdim prolaktinnen birdaha analiz istedi bu defe amma analizim yaxwi cixdi yoldawim analiz verdi varkaseli cixdi onnanda emelyat oldu indide yoldawim 1ay olarki emelyat olub ama men yenede hamile qalmadim hekime getdim dedi bu defede falikulun yaxwi yetiwmeyib gelen ay gel borularvi yoxlayaq ve analizderi birdaha ver sualim buduki sizce 8ayin gelniyem borulari yoxlatsam ziyan olmaz ne meslehet gorerdiz ve falikulum niye yetiwmesin ola bilerki hormonal pozgunlugum olsun meslehetiniz nedi??????

    1. Salam. Varikoslele əməliyyatından sonra hökmən spremaqramma yoxlanılmaldır ki, göstəricilərin normalaşdığı təyin edilsin. Daha sonra əgər sizdə heç bir hormonal pozğunluq yoxdursa onda boru yoxlanılması mərhələsinə keçmək olar. Məncə siz hələ bir az özünüzə vaxt verin.

  101. Salam hekim menim size sualim var,23 yawim var 1 il 3 aydi evliyem,mende uzide arxa duqlasda orta miqdarda maye var dedi hekim ve buna gore meni verem dispanserine yollayir,bu ne derecede duzgundur?ola bilermi bele bir wey,ag ciyerlerimi yoxladim temizdi bawqa da wikayetim yoxdu,bunu mene ginekologum deyib,yoldawimda faiz awagi olduguna gore hamilelik baw tutmur onda a- 3% di b- 12%

    1. salam. Duqlasda maye ovlyasiyadan və ya həmin kiçik çanaq orqanlarında olan iltihabi prossesdən ola bilər. Ona görə xroniki iltihabi prossesi inkar etmək üçün göndərilmiş ola bilərsiniz. Bu zaman xəstəlik ağciyərdə deyil, kiçik çanaq orqanlarında axtarılır.

  102. Salam,Jalə xanım.Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm- bizlərə belə səbrlə cavab yazdığınız,ümid verdiyiniz üçün..Mən 5 ildir ki ailəliyəm. hamiləlik heç olmayıb.çox müalicələr almışam. ancaq ciddi bir səbəb deyən olmayıb. demək olar ki mens.tsikli normaldır. USM-də də tez-tez yoxlanıram. elə ay olur ki folekul normal yetişir partlayır. elə olur gününə görə ölçüsü balaca olur.və ya yetişib partlamır. endometriya da hərdən nazik, hərdən normal olur. boruları 2 dəfə yoxlatmışam. 1-cidə dedilər sağ açıq, sol zəif keçiricidir. 10 günlük yuyulmasını məsləhət gördülər. ancaq alınmadı. həkimin vurduğu dərmanlar üzünə qayıtdı keçmədi.1 il sonra yenidən yoxlandım. 2-si də açıqdır dedilər. ancaq son müalicə həkimim dedi ki nəsə boruların rentgen şəklindən xoşum gəlmədi.elə bil borular dalğavaridir. mən də başa düşmədim(( ancaq demək olar ki son 1 ildə mensdə bir az dəyişiklik var. mens 1-2 gün qəhvəyi axıntı ilə başlayır.2 gün az (əvvəlki illərlə müqayisədə, əvvəlki mensin 3-4-cü günü kimi. ) qan gəlir. sonra yenə 2-3 gün qəhvəyi rəngə çevrilir. hormonları yoxlatdım normal çıxdı. bilmirəm nədəndir. saçlarımda da tökülmə çoxdur, hardasa 1.5 il olar belədir. başqa nə yazım. boyum 1.67, çəkim 60 kq. yoldaşım da yoxlanıb. hər iki xayada kista, keçən il II dərəcə, bir ay bundan əvvəlki yoxlamada isə III dərəcə varikosel aşkar olunub. faizi aşağı olub əvvəllər. aktiv hərəkətlilər hardasa 17-20 olardı. bir az müalicə ilə 30-32 -yə qalxıb. bəzi həkimlər deyir normaldır. sonuncu həkimim dedi ki qızım, səndə qorxulu bir şey yoxdur, müalicə olunandır.əsas yoldaşın əməliyyat olsun varikoseldən. yoxsa hamilə qalmayacaqsan. mənə ancaq soyuqdəyməyə görə müalicə yazıb. bir də 10 günlük lidaza ilə elektrofarez.+ B qrup vitaminlər, polijen, gold ray. özünüz də bilirsiz də evin 1 oğluna gedəsən, 5 il uşağın olmaya. ailə qurduğum ilk həftədən stressiz günüm olmayıb. (gəlin evin süpürgəsidir!-deyən ailədə) son 1-2 il bir az sözümü deməyə çalışıram, ancaq yenə əsəbsiz ötüşmür. indi də ümidsiz oturub gözləyirəm(( fikirləşirəm ki yoldaşım da əməliyyat olsa, yenə də hamilə qalmasam halım necə olacaq. elə oturub özümdə bir xəstəlik, səbəb axtarıram. bəlkə mənim borularımda bir problem var?? tutulubsa bəs son yoxlamada maye qarın boşluğuna necə tökülüb? açıqdırsa bəs niyə rentgen şəklində həkim nəsə xoşuma gəlmir dalğalıdır dedi?? bəlkə laparaskopiya ilə yoxlanım? həm də biz cinsi və qan uyğunsuzluğunu yoxlatmamamışıq. siz bilərsiniz, əgər uyğunsuzluq çıxsa bunu müalicə etmək olurmu? qorxumdan risk edib Şuvarski sınağına yoxlanmağa getmirəm. xahiş edirəm mənim yazdıqlarıma bir az fikir bildirəsiniz..daha nələri yoxlanmalıyıq??

    1. Salam. Sizim yoldaşınızın spermaqramması qənaətbəxş deyil. Hökmən varikosele əməliyyat yolu ilə aradan qaldırılmaldır.
      Sizin aybaşı hər ay olursa narahatlığa səbəb yoxdur. İlk növbədə yoldaşınız müalicə olmaldır.

  103. Salam həkim xaiş edirəm CAVABLANDIRA SİNİ mənim 2 övladım var ikinci uşaqdan sora hələ aybasi olmamışam yeni sentyabrın 6si övladım oldu 40 gün məndən qan gəldi sora aybasi olmadım indi aybasi olmuramsa üzür istəyirəm yoldaşımla yaxınlıq edirik hamile qala bilerem

  104. Salam hekim. Size boru muayinesi ile bağlı sual ünvanlamaq isteyirem. Men menstruasiyanin 8ci günü hekimin gösterişi ile boru muayinesine düşdüm. 1-ci sualim budur ki, 8ci günü aybaşı tam şekilde bitmeden boru yoxlanmasindan sonra herhansı bir fesadlar ortaya çıxa bilermi?
    2ci sualim budurki , boru muayinesinden sonra sanki yeniden aybaşı oluram. Hemçinin bu aybaşı sanciları ile özünü gösterir. Sağ terefde cuzi ağrılar var. 3gündüki bu davam edir. Bu hal normaldı??

    1. Salam. Boru müayinəsinin aybaşı sonra ovulyasiyadan öncə keçirilməsinin səbəbi odur ki, ovulyasiyaya qədər boru hərəkəti qarın boşluğuna tərəf istiqamətlənmiş olur və bu da müayinəni asanlaşdırır. Müayinədən sonra diskomfort, yüngülvari ağrıların olması normaldır. Sadəcə spazmolitik effektə malik olan hər hansı bir dərman qəbulu kifayətdir.
      Müayinə aybaşı qanaxması bitdikdən sonra keçirilməsi məsləhətdir.

  105. Salam Doktor. Men Moskvada yasayiram, 1 ildi aileliyem usagim yoxdu. Mende evlendikden sonra aybasi gecikmeleri oldu. evvel 1 hefte daha sonra 10, 16 gun. Hekime getdim mene dyufaston de deksomitazon yazdi. Bunlari qebul eden vaxtlar mensturasiya vaxti vaxtinda olurdu amma hamilelik bas tutmurdu. Daha sonda hekim ovulyasiya yaratmaq ucun dyufastonla beraber proginova ve deyesen klostilbeqiz dermanlarini yazdi. bunlari qebul etdim falikul yarandi mende ancaq mayalanma olmadi ustelik hekimin sozune gore bu dermanlar kista yaratdi. daha sonra yene dyufastonu yazdi. Ustelik mende maye kimi qoxusuz vaginal axinti da yarandi aile qurduqdan 5 ay sonra. uzr istiyirem krem kimidi ve her vaxt gelir tez tez yuyunuram. basqa hekime getdim bugun mene dedi ki multifalikul var sende emeliyyat olunmalisan yoxsa hecvaxt hamile qalmiyacaqsan. Indi men ne edim bilmirem, azerbaycana gele bilmirem, burda emeliyyata girim ya siz ne meslehet gorursunuz? cox caresizem😦 Onceden tesekkur edirem

    1. Salam. Bu suala cavab verməmişdən əvvəl bəzi məlumatlar lazımdır. USM (aybaşıdan sonra) nəticəsi. Neçə dəfə klostibelqitlə müalicə aparılıb? Kostibelqitlə müalicə zamanı ovulyasiya olurdu mu? Yoldaşınızda spermaqramma normaldır mı? Uşaqlıq yolundan və boynundan yaxma götürülüb mü? Uşaqlıq borularının keçiriciliyi yoxlanılıb mı?

  106. Salam hekim,menim qizimin 15 yaşi var,3aydir aybaşi olmur,ginekoloqa apardim uzi muayinesinden kecdi,hekim dedi polikistoz var.Bir necə analiz verdik,hormonlar normal çıxdı.TSH 2.1çıxdı(norma 0.4-6.0)dedi ki,normadan çoxdu.Çox xahiş edirəm deyəsiz bu həqiqətən çoxdur?Çoxdursa hansı həkimə muraciət etməliyik?

    1. dostineks dopamin reseptorları aqonistlərinin ikinci nəsil törəməsidir. Ən az əlavə effekt verən nəsil də bu nəsil sayılır. Alternativi yoxdur. Daha çox əlavə effekt verən və daha tez tez qəbul edilməli variantı da var.( Bromokriptin)

  107. Salam. Men 5 noyabrda menstruasiuya olmuwam. indiye kimi de gecikmem olmayib. q ci defe idiki 20 gunden cox gecikdi. ginekoloqa getdim. FSH Lh E2 analizleri eletdirdim hec bir problem cixmadi. Ginekoloq dedi Janin tableti qebul ele. Bilmek isteyiremki bes menim problemim ne imiwki? cox sagolun

  108. Salam hekim men 9aydir artiq aileliyem hec hamile qalmamisam.gelennen cox gecikmelerim olur analizlerdede prolaktin yuksek cixi malice allram dusur amma yede hamile qalmiram bunun sebebi ne olar?falikulda yaxsi yetismir.xq iynesi vurdursam dermanla falikulu yetisdirsem qalaram?bide gecikmelerim olur ama 10 12gunnen sora yene xestelenirem.

    1. Salam. Əgər sizdə gecikmı olsa belə hər ay aybaşı olursa onda mən sizdə əvvəlcə sarı cisim çatmazlığı olub olmadığını təyin etməyi məsləhət görərdim. Bundan əlavə follikul yetişməsinin nə dərəcədə gecikdiyini də təyin etmək lazımdır (usm ilə nəzarət etməklə).

      1. Doktor lap teze gelende hardasa 3 cu 4cu ayim olardi usm duwdum dedi falikul yetisib izledi 2gun sora partladida hamile qalmadim deye yoldasim analiz verdi varikoseli cxdi emeyat oldu aryq 3ay olarki emelyat olub indide mende bele problem cxdi yeni gecikmeler olur gecikir vaxtimnan kecir xestelenirem yene uziyede duwurem falikul yetismiyib lazimi qeder deyir sora yene aybasi vaxti gecikir analizleri verirem hamsi yaxsi cxr birce prolaktin biraz yuksek cxr indide hekim dostineks yazib bu ay atdim yene hal hazrda gecikmem var 8gun kecib vaxtimnan ama xestelenmemisem .

      2. Doktor bagislayin sizi bir daha narahat edirem yoldasimin analizleri wukur yaxsi cixdi yeni apiratsiyanin xeyri olub spermaqramma analizi duzelib.menim artiq yene vaxtimnan 10gun kecib testde gostermir agrilarm var dostinekside atiram ola bilerki kista olsun falikul yetisib partdamasin?bideki fol tursusu nedir?cox xahiw edirem mene komek edesiz ne edim bilmirem direm belke falikul yetiwdiren derman atim sora partdatmaqcun iyne vurdurum xq yeni edim usm izletdrim.bir terefdende qoxuram birden borularim bagli olar tek borulari yoxlatmamsam analizdrim hamsi verlib.

  109. Salam hekim,bagislayin narahat edirem.menm 24 yasim var,4 aydi aileliyem,.normal cinsi aktlara baxmayaraq hamile qala blmrem,mende hemise aybasi tsikli normal olmuyub,35-40 gun olur.bu falekul prablemi ola biler?mene meslehet verdilerki hele hekime getmeycun tezdi.E vitamini qerbul ve ,bir de darcin bal ve qozu qarsdrb seher acqarina 1 qasiq yemeyimi meslehet bildiler
    siz ne meslehet gorursuz?

  110. salam.menim 39 yasim var.4 yasinda bir oglum var.mende aybasi gecikmeleri olur.indi de ikinci usaq isteyirem.analiz de verdim.tsh ve prolaktinden.yuksek cixdi.hal hazirda mualice olunuram.demek olar ki 2 aya yaxindi ki aybasi olmadm.uziye dusdum.sag yumurtaligimda follikul sisib 37mm olmusdu.indi aybasi olur.amma cox az ve karecnividi.men bu mualice esnasinda yeniden hamile qala bileremmi?onceden tesekkurler

    1. Salam. Aybaşı siklinin 3 gündən az olması əlbəttə ki hormonal pozğunluq səbəb ola bilər. Qanda prolaktin səviyyəsi yüksək olan qadınlarda follikul yetişməsinin pozulması, sarı cisim çatmazlığı ola bilər. Bunların hamısı nəzərə alınmaldır.Əgər başqa bir pozğunluq yoxdursa və problem follikul yetişməsidirsə sizə və yaşınızı nəzərə alaraq, sizə follikul stimulyasiyası məsləhət görərdim. Bu haqqda həkiminizlə məsləhətləşə bilərsiniz. Əgər nəslinizdə vaxtından əvvəl menopausa olursa, onda follikul stimulyasiyasından əvvəl qanda AMH təyini məsləhət görərdim ki, yumurtalıqda ehtiyyat yumurtahüceyrəsi haqqda bir təsəvvür yaransın.

  111. Salam hek men artiq 2 il yarimdiki evliyem usagim olmir .aybasi normal deyil derman qebulu olduqda her defe normal oliram olmadiqda gecikir bir aydann ve ya 2 audan bir olur .anlier vermisem FSH 3.49.CIXIB.TSH ISE 0.94 CIXIB .T3 1.89CIXIB.T4 ISE 69.8 CIXIB.LH ISE 13.0 CIXIB .INDI ISE HEKIM MENE 3 ay dalabadal FEMASTON 2/10 DERMANI BUNUNLA YANASI EVITOL VE METFOR 1 A DERMANLARI YAZIB SIZCE BUNUnla hamile qala bilecem meslehet vererdiniz .indiden tesekurler hekim.

  112. Salam necesiz.helelik aldigim muayineden cixan netice belediki.uwaqliq-45×37×49mm.follikulyar aparat multifolikulyar quruluwlu,merkezi-periferik yerlewimli a,8mm dek follikular…toyun olannan sonra iki ay tam vaxdinda normal adet gormuwem.ama bu ay daxil olmagla ikinci aydir ki adet gormurem.yoxlayan hekimin mesleheti odurki olanda ikinci gu u hormonnarin analizini vermey.deyirler duphaston normaya salir.istiyirem sabahdan qebul eliem.siz ne meslehet gorursuz?

  113. Salam Doktor. Mende lyutein fazasi 7 gun olur. Normalda 12-14 gun olmalidi. Prolaktinim yuksek idi onu saldirmisam. Progesteronum ise asagi idi qismen qalxib. Sebebi bu 2 hormondadi? Sari cism catismamazliginin elametidi sehv elemiremse. Men yene hormonlardan analiz verib yeniden mualiceye baslamaliyam? 9Aydi aileliyem

    1. Salam. Lutein fazası təxminən 14 gün olmaldır. Aybaşı sikli 25 gündən azdırsa, ayabşı öncəsi qanlı vaginal ifrazat olursa bu sarı cisim çatmazlığı əlamətləridir. Prolaktinin yüksək olması sarı cisim çatmazlığına səbəb ola bilər. Hamiləlik arzusu varsa sarı cisim fazası progesteron preparatları ilə dəstəklənməlidir.

      1. Her ay bazal temperaturum menstruasiyanin 20 ya 22ci gunu 37e catir. Ovulyasiya testi de edirem gosterir ki ovulyasiya bas verib. Yoldasimin hec bir problemi yoxdu ama 10aydir ki hamilelik bas tutmur. Ovulyasiyadan 7gun sora menstruasiya oluram. Cox maraqlandim ve bele bir qenaete geldim ki lutein fazam cox qisadir. Hamileliyimin bas tutmamasinin sebebi bu ola biler de ele? Dyufaston icmisem 4ay niujeli progeateronum normaya dusmedi yene de. Doktor bunun mualicesi ne qeder ceker. Uje eseb pozgunlugu yaranib mende

      2. Salam. Əgər sizdə sarı cisim çatmazlığı varsa (dedikləriniz buna dəlalət edir) hamilə qalmaq üçün hamiləlik planlaşdırdığınız aybaşı sikllərində sarı cismin funksiyasını yerinə yetirməsi üçün preparatlar içmək lazımdır, məsələn: Dyufaston

  114. salam hekim.men 1 il 3 aydi evliyem.hamilelik olmur.boru yoxlanmasindan kecmisem aciqdi.folekullarim yetisir partdamir kecen ay hekim xq iynesi yazdi iki gun dalbadal vurdurdum ama yene alinmadi.mene hormonlar, mikroplarla baqli analiz deyilmiyib.sizce men hormonlardan hansi, mikroplardan hansi analizleri vermeliyem.mumkunse adlarini yazardiz.onceden cox saq olun

    1. Salam. Sonsuzluq olan qadınlarda ilk növbədə aybaşı sikli normal deyilsə hormonal analiz verilməlidir.
      Ultrasəs müayinəsi ilə qaxili cinsiyyət orqanlarının normal vəziyyətdə olub olmaması təyin edilməlidir.
      Uşaqlıq yolu və boynundan yaxma- umumi,qonorreya və xlamidiya
      Aybaşı ağrılı olursa laparoskopik yolla endometrioz ocaqları axtarılmalıdır.
      Yoldaşınız spermoqram verməlidir.
      Genetik analiz olmalıdır.

      1. Salam xanim menim 23 yasim var 5aydi aileliyem 3ayliq hamile idim dekabr ayinda duwuk oldu. 26yanvarda uziye getdim polikistoz xesteliyi diaqnozu qoyuldu 30da yene hekime gedecem mualice ucun.menim yeniden hamile qalmam riski azdir? Yoxsa yeniden hamile qala bilerem?

  115. Salam hekim men yanvarın 24 aybaşım olmalı idi ayın 21 menden kariçnivi ne ise geldi birgün sonra dayandı aybaşımın vaxtında 5 gün keçenden sonra yene kariçnivi axıntı yene gelmeye başladı ondanda iki gün sonra xestelendim yeni aybaşım 7 gün gecikdi aybaşım olanda menden deri kimi ne ise geldi sizce bu nedi hekim qeyd edimki men hamile qala bilmirem golekul mende partlamır prolaktinim çox idi indi düşüb amma yene partlamır

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma