wordpress.com

 

Uşaqlıq boynunun leykoplakiyasi adətən reproduktiv dövrdə əmlə gəlir. Səbəbi müxtəlifir. Bunu virus, endokrin, sininr-psixi, infeksion (xlamidiya) faktorlarla əlaqələndirilir.

Uşaqlıq boynunun leykoplakiyası heç bir əlamət vermir adətən, amma bir qrup qadınlarda bu özünü qaşınma ilə biruzə verə bilər.

Uşaqlıq boynunun leykoplakiyası adi gözlə görünür, bəzən isə ancaq kolposkopiya ilə görünər.

Uşaqlıq boynun leykoplakiyası diaqnozu qoyulduqda nəzərə almaq lazımıdr ki, onun iki forması olur – sadə və ziyilli leykoplakiya.

Uşaqlıq boynu leykoplakiyasının diaqnostik mərhələləri:

daxili müayinə

sitoloji müayinə

Şiller sınağı

Biopsiya (leykoplakiya diqnozu qoyulursa, onun növünü təyin etmək üçün)

Uşaqlıq boynu leykoplakiyasının müalicəsi:

Sadə leykoplakiya adətən müalicə olunmur, amma nəzarətdə saxlanılır.

Ziyilli leykoplakiya- daha təhlükəlidir, çünki xərçəngönü xəstəlik hesab olunur. Ziyilli leykoplakiya elektrodiatermokoaqulyasiya, radiocərrahi konizasiya, lazer vaporizasiya, kriodestruksiya yollarla müalicə olunur. Əgər qadın gələcəkdə ana olmaq istəyi varsa, onda uşaqlıq boynunda çapıq toxumasının əmələ gəlməsin deyə lazer vaporizasiya, kriodestruksiya, radiocərrahi yola əl atmaq olar. Əgər ana olmaq arzusu yoxdursa, onda elektrodiatermokoaqulyasiya metoduna əl atmaq olar.

Sadə leykolakiyada bir hissə qadınlarda qaşınma hissi ola bilər, bu halda estrogen tərkibli mazlar, şamlar, hidrokortizon mazı, isti vannalar qəbul etmək məsləhətdir.

About these ads

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

Etiket buludu

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

Digər 84 izləyiciyə qoşulun

%d bloqqer bunu bəyənir: